Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TANAP-ın açılışında iki diqqətçəkici olay


Gürcüstan rəhbərliyi mərasimə niyə qatılmadı?


“Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəmma diqqətimi çəkdi. Açılışda qonaq qismində İlham Əliyevlə yanaşı, Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi. Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım”.

Strateq.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

O, boru xəttinin Gürcüstandan da keçdiyini xatırladıb: “Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər. Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı, mütləq bugünkü mərasimdə iştirak edərdi”.

Politoloq daha sonra diqqət yetirilməsi gərəkən ikinci məqamı açıqlayıb: “TANAP-ın açılış mərasimində Küzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən KKTC TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, KKTC lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu.

Fikrimcə, KKTC liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın təşəbbüsüdür və bu təşəbbüsü dəstəkləyirəm. Çünki KKTC-də yaşayan insanlar Türkiyə ilə yanaşı Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azrəbaycan prezidentindən sonra çıxış edən KKTC lideri Mustafa Akıncı İlham Əliyevın sözlərinə belə bir əlavə də etdi: “Türkiyə ilə yanaşı biz də Sizinlə qardaşıq”.  KKTC üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır. Məsələn,KKTC istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına yunan Kipri üzərindən deyil, TANAP üzərindən dünya bazarlarına daşısın. İsrail bu variantı nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha da artıracaq. Bu, elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa, öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar