Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Susuz qalmış şəhərdə qarpızla eşq yaşayanlar


Kulis.az “Əsl kino” layihəsində Tsay Minlyanın “Şıltaq bulud” (2005) və Alex van Varmerdamın “Şnayder Baksa qarşı” (2015) filmlərini təqdim edir:


Tayvanlı rejissor Tsay Minlyanın “Şıltaq bulud” filmi 55-ci Berlin festivalında “Gümüş Ayı” mükafatına layiq görülüb. Film Tayvanla Fransanın birgə istehsalıdır.

Süjet: Tayvanda dəhşətli istilər, quraqlıqdır. Əhali suya olan tələbatını qarpızla ödəyir. Şəhərdə demək olar ki, qarpız havayı verilir. Belə bir su böhranı dövründə çoxmərtəbəli binada yaşayan  Syao Kan (Li Kanşen) və Syansi (Çen Syansi) təsadüfən qarşılaşır. Qadın vaxtilə saat satan Syaonu tanıyır. Kişi hazırda porno filmlərdə çəkilir. Və onlar arasında sevgi macərası başlayır...

Kişi və qadın arasındakı sevgi münasibətləri su böhranı fonunda baş verir. Bütün şəhərin ümid yerinə çevrilən qarpız bu filmdə dramaturji elementə, iştirakçıya çevrilir. Hətta qadınla kişi cinsi münasibətdə olanda qarpız burada bir növ üçüncü tərəf kimi iştirak edir. Cinsi akt zamanı kişi qarpızı qadının ayaqları arasında sıxır. Qarpızın şirəsi qadının bədəninə yayılanda kişi susuzluğunu da, cinsi ehtirasını da onun vücudunda yatırır. Bu epizodda qadın (ehtirası söndürən) və qarpız (susuzluğu yatıran) iki həyat mənbəyi kimi birləşir. Başqa bir epizodda isə qadın qarpızla sanki kişiləyə öpüşürmüş kimi ehtirasla öpüşür. Rejissor qarpızı  kinodilinə uğurlu element kimi daxil edə bilir.

“Şıltaq bulud”  həm də  müasir dövrdə ünsiyyətin çətinliyini, köhnə filmlər nostalgiyanı əks etdirir, müziklə xas tərzdən istifadə olunur.


Bu erotik müəllif filmi eyni zamanda novator ifadə vasitələrinə görə müxtəlif festivallarda mükafatlar alıb. 

***

Holland rejissoru Alex Van Varmerdamın “Şnayder Baksa qarşı”  filmi Lokarno festivalında əsas mükafata “Qızıl Qaplan” nominant olub. Film Hollandiya və Belçikanın birgə istehsalıdır.

Süjet: Təbiət qoynunda rahat, xudmani evdə gənc ailə yaşayır. Kübar görkəmli ev sahibəsi və iki az yaşlı qızı səhər erkəndən ailə başçısını yuxudan oyadıb doğum gününü təbrik edirlər. Ata Şnayder (Tom Devispilare) mehribanlıqla qızlarına sarılır, həyat yoldaşını öpür, ona axşam ziyafəti üçün nəzərdə tutulan yeməklərin hazırlanmasında yardım edəcəyini deyir.

Az sonra Şnayderə şefindən zəng gəlir, o növbəti qətli həyata keçirmək sifarişini alır. Killer Şnayder şəhərdən kənarda yaşayan  yazıçı Baksı (Alex van Varmerdamı) qətlə yetirməlidir. Məlum olur ki, yazıçı Baks da ara-sıra sifarişli qətllər törədir. Və onların ümumi şefi Şnayderə onun digər işçisi Baksı öldürməyi tapşırıb…

Minimal ifadə vasitələri, tragikomik yumoru, radikal montajı ilə seçilən Varmerdam bu dəfə də tamaşçıya absurd, fars elementlərinin yükləndiyi heyrətamiz film təqdim edir. Əhvalatda hər epizod az qala bir peripetiya, gözlənilməz dramaturji dönüşdür.

İlk epizod ailə idilliyasının təsviri ilə başlayır. Şnayderin killer olması bəlli olanda ideal ailə tablosu dağılır.

Yaxud yazıçı Baksla tanış olduğumuz ilk səhnələrdə  sadə, zövqlü interyer, məşhur yazıçıların kitabları yığılmış şkaf onun mədəni, sivil insan obrazını yaradır. Və Baksın ziyalı obrazı, eyni zamanda əsəbi, isterik qızının şıltaqlıqlarına dözən, qayğıkeş ata obrazı onun qaranlıq dünyası ilə tanış olanda dağılır.

Varmerdam demək olar ki, bütün filmlərində mədəni, kübar, intellektual  təbəqənin  nümayəndələrinin  içindəki qaranlığı, terrora meylliliyi araşdırır, içlərindəki faşizmə fokuslanır.

Bu tendensiya digər müasir avropalı rejissorların Mixael Hanekenin, Ulrix Zaydlın filmlərində də yer alır.

pia.az

<div style="position:relative;height:0;padding-bottom:75.51%"><iframe src="https://www.youtube.com/embed/oWKdMiOSb4E?ecver=2" style="position:absolute;width:100%;height:100%;left:0" width="477" height="360" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe></div>


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar