Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin nəzərinə!


Sənədsiz taksi və avtobus sürücüləri ilə mübarizə sərtləşəcək


Azərbaycanın Nəqliyyat Nazirliyi sərnişinlərə xüsusi icazə olmadan xidmət göstərən taksi və avtobus sürücülərinə qarşı mübarizəni sərtləşdirmək niyyətindədir. PİA.AZ-ın məlumatına görə, bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib. Həsənov deyib: “Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır”.

Şöbə müdirinin sözlərinə görə, Nəqliyyat Nazirliyi qanunla müəyyən olunmuş çərçivədə xidmət göstərilməsinə tərəfdardır. Həsənov bildirib ki, məhz bu məqsədlə taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələrin alınması üçün müraciət etməlidirlər: "Reydlər habelə qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Bütün bu hallar aşkar edilib aradan qaldırılacaq".

Onun sözlərinə görə, sərnişin avtobusu sürücülərinin işinə daim nəzarət edilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin xarici və daxili müşahidə kameralarından əldə etdiyi məlumatlara görə, 2014-cü ildə sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı 23 309 hal, siqaret çəkməsi ilə bağlı 12 750, avadanlığın işinə müdaxilə ilə bağlı 59 941, eləcə də qanunsuz parketmə ilə bağlı 20 333 hal qeydə alınıb.

Həsənov deyib ki, bu, paytaxtın nəqliyyat sisteminin daimi müşahidə və nəzarət altında olmasından xəbər verir. “Öz növbəsində, qanunu pozanlara qarşı sərt tədbirlər görülür. Belə ki, 2014-cü ildə 221 sürücü barəsində inzibati protokol tərtib edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar