Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərə şad xəbər


Bakının bəzi küçə və prospektlərdə təmir-tikinti işləri yekunlaşır


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirir. 

"Azəryolservis" ASC-dən verilən məlumata görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir. Hələlik işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan ərazidə aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyü üst qatı döşənir. Asfaltlanma işləri bitəndən sonra ərazidə nişanlanma xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq. 

Qeyd edək ki, küçədə artıq yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib , kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

Anoloji işlər küçənin qalan ərazisində,daha doörusu “Şamaxinka” ərazisinə qədər olan hissəsində də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar