Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərdən "avtokreslo" tələbinin səbəbi bəlli olub


Onsuz da qanunvericiliyin tələbi olan uşaqlar üçün ön oturacaqda xüsusi oturacaqdan istifadə etmənin xüsusi xəbərdarlıqla elan edilməsi media və sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Əksəriyyət bunun hansısa biznes marağına görə edildiyini açıqladı.

PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, yeni tələblər heç də "kreslo" satışına görə deyil.

Belə ki, bir neçə gün öncə Beynəlxalq Avtomobil Federasiyasının 3 əməkdaşı Bakıya təşrif buyurub. Onlar burada bir neçə gün monitorinq aparıblar, sonda isə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə qapalı görüş keçirilib. Həmin görüşdə 2-si qadın, 1-i kişi olan nümayəndə heyəti DYP rəhbərliyinə monitorinqlərinin nəticəsi barədə məlumat verib və bu işlərin həlli üçün fkir mübadiləsi aparıblar. Nümayəndə heyəti son illərdə görülən müsbət işləri yüksək qiymətləndirsə də, görüşdə ən çox tənqid olunan sürücülərin kəmərdən düzgün istifadə etməməsi və ya ümumiyyətlə, istifadə etməməsi, həmçinin maşınlarda uşaqlar üçün xüsusi oturacaqların olmaması halları göstərilib.

Bundan sonra DYP rəhbərliyi bu problemin həll üçün çox tələbkar addımlar atmaq qərarı verib. Buna görə də şəhərdə bu hallara görə güzəşt edilməyəcəyi açıqlanıb. Bildirilir ki, beynəlxalq normalara görə də, 12 yaşdan aşağı uşaqların daşınması zamanı avtokreslolardan istifadə etmək tələbi məcburidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar