Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyalı jurnalist: “Əsəd rejimi İdlib üçün “Qroznı ssenarisi” hazırlayır”

İdlibdə yaşayan jurnalsit Əkrəm əl-Əhməd Suriyanın hələ də müxalifətin əlində olan şimal bölgəsində “Qroznı ssenarisi”ndən danışır


Peşəkar jurnalist Əkrəm əl-Əhməd yeddi ildə 450-dən çox jurnalist hazırlayan və o cümlədən bir sıra Avropa dövlətlərinin vəsaiti ilə  işləyən Suriya mətbuat mərkəzini yaradıb. 

O rejimin keçən ilin dekabrında başladığı hücumu öz gözlərilə görüb. Fevralın 4-dən əyalətin üzərinə əsil odlu yağış ələnib, atəşlər isə onlarla həyatı aparıb. Sərakibdə 11 boğulma hadisəsi qeydə alınıb, hadisə yerində olan həkimlər isə şəhərdə “zəhərli qaz”ın olduğunu bildiriblər. Ehtimal ki, söhbət Suriya hökumətinin artıq dəfələrlə işə saldığı xlordan gedir. Yolüstü Fransada olan Əkrəm əl-Əhmədin İdlibdəki durum haqda Fransa nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik.

-Rejim İdlibdə nəyə nail olmağa çalışır?

-Bu, Qroznı ssenarisinə bənzəyitr. Onlar hər şeyi darmadağın etmək və yalnız bundan sonra siyasətdən danışmaq istəyirlər. Astanada şərtləşdirilən barış belə də gerçəkləşməyib. Soçidə konfrans zamanı atışmalar kiçik miqyasda olsa da, davam edib. Sonra yenidən güclənib. Xmeymimdəki Rusiya bazasının komandiri Soçidə bildirib ki, zərbələrin hədəfi “terrorçular” idi. Bu yalandır. Onlar hər şeyi bombalayıblar, zərbələr heç də nöqtəvi deyildi. Hər gün adamlar həlak olurlar. Bəziləri hətta ruslarla lokal barışıqlar haqda anlaşıblar, amma şərtlətə əməl olunmayıb. Rejim 2017-ci ilin oktyabrında hücumun başlanğıcında İŞİD-in zonasından yan keçərək Xamədən İdlib istiqamətinə çıxıb. Müxalifətin əraziləri bir neçə ay ərzində təkcə rejim tərəfindən deyil, həm də İŞİD cihadçıları tərəfindən döyüşlə alınıb. Rejim bir ay müddətində 110, cihadçılar isə 70 kəndi alıb. Rejimin ələ keçirdiyi ərazidən 350 000-dən çox adam çıxardılıb. Hər gün İdlibə daha çox adam axışır. Orada hazırda əhalinin cəmi 5%-i yerli sakinlərin payına düşür.

-Sizcə, rejimin strategiyası nədən ibarətdir?

-Rejimə sadiq 5 000 əsgər Kəfrayə və Fuada (İdlibdən şimala iki şiə qəsəbəsi) çevrələnib. Rejim cənubdan və Latakiya tərəfdən ora yaxınlaşır. O, İdlibə birbaşa həmləyə başlamayacaq, çünki dağlıq landşaft üzündən oranı ələ keçirmək asan olmayacaq. Rejim oranı dövrəyə almaq və Türkiyə sərhədindən təcrid etməyə çalışır. 3 milyon adam mühasirənin qurbanı olacaq. Hələb ssenarisi təkrar olunacaq. Buna paralel olaraq İŞİD hücuma keçir. Rejim şəhərə yol açmaq və orada döyüşə başlamaq üçün ondan istifadə edir. Beynəlxalq basqı son dərəcə kəskin  olarsa, mühasirəyə bəraət qazandırmaq üçün İŞİD kartını ortalığa ata bilər. Problem bundadır ki, müxalif qruplar rabitəsizdir. Hətta “Təhrir əş-Şam”da da ixtilaflar var. Müxalifətin üçdə biri “Cəbhət ən-Nusra”nın, üçdə ikisi isə “Azad Suriya Ordusu”nun payına düşən 5 500 döyüşçüsü var, halbuki rejimin 100 000 əsgəri var. ASO döyüşlərə qatılmaqdan imtina edib, amma 50 000 nümayişçi küçələrə çıxıb ondan müdaxilə tələb edib. Onlar iki gün döyüşlərə qatılıb, amma sonra döyüşdən çıxıblar. Yerli sakinlər özünümüdafiə qüvvələri formalaşdırır. Məsələn, Sərakibdə ailələr şimala qaçanda 3500 kişi əlinə silah alıb.

-İdlib “əl-Qaidə”yə bağlı “Əhrar əş-Şam” cihadçı qruplaşmanın nəzarəti altındadır. Onun əhaliylə münasibətləri necə formalaşır?

-Xalq dəstəyi zəifləyib, çünki hərəkat döyüşlərdə fəal iştirak etməyib və dinc sakinlərə münasibətdə səhvlər buraxıb. Onun tərəfindən vətəndaş birliklərinə, yerli şuralara və jurnalistlərə basqı və həbslər baş verib. O, müvəqqəti hökumətə paralel qurumlar formalaşdırmağa cəhd edib. Yerli şuralar ona tabe olmaqdan imtina edib. Bütün kəndərdə “şuralar” yaradıb, amma onların işi effektsiz çıxıb. Məktəblərlə bağlı da heç nə alınmayıb. Adamlar əvvəlkitək uşaqlarını rejimdən maaş alan müəllimlərin dövlət  qulluqçusu olduğu məktəblərə göndərirlər. Hətta bəziləri imtahan vermək üçün rejimin tabeliyindəki zonalara gedirlər. “Təhrir əş-Şam”da paralel mətbuat mərkəzi yaratmağa səy ediblər, lakin təkdənbir jurnalist ora qoşulub. Jurnalistlər hərəkata tabe zonalarda durumu işıqlandıra bilmirlər. Maliyyələşmə, hakimiyyət və rəhbərlik kimi məsələləri qaldıranların hamısını xəyanət ittihamı üzrə həbs edirlər. Sakinlər “Təhrir əş-Şam”a və korrupsiyaya qarşı müntəzəm etiraz aksiyaları keçirirlər. Məsələn, keçən cümə günü belə olub.

Rejim “Cəbhət ən-Nusra”ya və İŞİD-ə yardım edib. Kazarmaları döyüşsüz onlara verib. Rejimin yük daşıyanlarının buğda və neft alverində “Təhrir əş-Şam”la əlaqələri var. Müxalifət əvvəldən deyir ki, İŞİD rejim tərəfindən yaradılıb. O, 2000-ci illərdə İraqSuriyada ABŞ- zərbə üçün “əl-Qaidə”ni hazırlayıb. Sədnayədə həbsxanaın birinci mərtəbəsi imtiyazlı davranışdan faydalanan islamçılara ayrılmışdı. Ora İŞİD-in, “Cəyş əl-İslam” və “Cəbhət ən-Nusra”nın indiki rəhbərliyinin çıxdığı islamçılıq ocağı idi. Rejim onları inqilabın əvvəlində azad edib ki, bu, islamçı üsyan kimi görünməyə başlasın. Bu dəstələr ağır silahlar və pul alıb. Rejim pulla dolu Raqqa banklarını onlara tərk edib.

-Fransa auditoriyasına hansı ismarıcla müraciət edərdiniz?

-Mən Suriyadakı vətəndaş və demokratik hərəkat haqda danışmaq istəyirəm, hansı ki KİV-lərdə və beyinlərdə əsla yoxdur. Hamı düşünür ki, İdlib ancaq İŞİD və “Təhrir əş-Şam” deməkdir. Adamların vətəndaş cəmiyyətinin – yerli şuraların, qeyri-hökumət təşkilatlarının varlığından xəbəri yoxdur. “Təhrir əş-Şam”la daim qarşıdurma baş verir. İdlibdə 600 hörmətli adam və ziyalı Siyasi Şura yaradıb və dəfələrlə “Təhrir əş-Şam”a qarşı çıxan rəhbərliyini seçib. Müharibə nəticəsində çoxlu hakimiyyət qurumunun meydana çıxması cəmiyyəti zəiflədir və onu təhlükə altında qoyur.

Elen Sallon

Le Monde (Fransa), 07.02.2018

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar