Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyalı generaldan Türkiyəyə xəbərdarlıq

"Əsəd PKK-ya sizə qarşı istifadə etmək üçün kimyəvi silah verib"


2012-ci ilə qədər Suriyada kimyəvi silahlara nəzarət edən general Zahid Sakit PKK-ya kifayət qədər xardal qazı verildiyini iddia edib.

General bəyan edib ki, PKKBəşər Əsəd arasında Dəməşqdə əldə edilən razılaşmaya əsasən, terror təşkilatı bu silahlardan Türkiyəyə qarşı istifadə etməli idi.

Teleqraf.com xəbər verir ki, general Zahid Sakit Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Bəşər Əsəd ordusundan ayrılıb. Onun dediyinə görə, PKK/PYD-nın əlində xardal qazı quraşdırılmış 100 ədəd raket var.

“Əsəd və PKK arasında əldə olunan kimyəvi silah anlaşmasının ilk maddəsi bu silahların Türkiyəyə qarşı istifadə edilməsi ilə bağlı idi. PKK-ya bu silahlar sonuncu dəfə Deyr-əz-Zorda təhvil verildi. Terror təşkilatının əlində olan kimyəvi silahlardan ABŞ-ın məlumatı var. PKK-ya xardal qazı verən rejimin məqsədlərindən biri hazırda ciddi müzakirəsi aparılan kimyəvi silahdan istifadə edilməsi məsələsində aranı qarışdırmaqdır. Çünki BMT-nin əlində Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadə edildiyinə dair 32 qovluq var”, – deyə general bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar