Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada rəqabət güclənir


ABŞ heç bir regional aktyoru öz tərəfinə çəkə bilmir

 
Aytun Orhan

"Anadolu News Agency"

Suriyada hər bir aktyor nəzarət etdiyi sahələri genişləndirmək səyi göstərir. Türkiyə-Rusiyaİranın zaminliyi ilə imzalanan hərbisizləşdirilən zonalar razılaşması sayəsində hərbi mübarizə İŞİD bölgələri, yəni Suriyanın şərqi və şimal-şərqində cəmləşib.

İŞİD bölgələrinin ələ keçirilməsi üçün iki düşərgənin rəqabəti iyun ayından getdikcə qızışır. Rəqib düşərgələrdən birincisi – Rusiya liderliyi və hava dəstəyi altında irəliləyən Suriya rejimi, İranİran dəstəkli milis gücləridir. Digər düşərgənin liderliyini isə ABŞ edir və quru gücü olaraq şimal-şərqdə SDF / YPG, cənubda də Dəra mərkəzli müxaliflər iştirak edir.

ABŞ ilə Rusiya eyni bölgələr uğrunda mübarizə aparır

İki cəbhənin mübarizəsində İordaniya sərhədindəki əl-Tanf, İraq sərhədindəki Əbu Kamal və Fərat hövzəsində iki böyük şəhər – Raqqa və Deyr əz-Zur önə çıxıb. ABŞRusiya artıq eyni bölgələr uğrunda mübarizə aparır və bu ay tərəflər bir neçə dəfə üz-üzə gəldi.

İlk mübarizə əl-Tanfda yaşandı. ABŞ-ın Suriya ordusu və İran dəstəkli milisləri havadan vurmasına baxmayaraq, suriyalı müxaliflərə qarşı irəliləyən rejim qüvvələri əl-Tanfın ətrafını ələ keçirdi. Bu hücum suriyalı müxaliflərin Deyr əz-Zura doğru irəliləyişinin önünü kəsmək üçün əhəmiyyət daşıyırdı.

Buna paralel hadisələr Suriyanın şimal-şərqində baş verdi. Hələbin şərqinə uzun müddətdir nəzarət edən Suriya ordusuna bağlı "Pələng" birliyi Fərat çayının qərb sahilində irəliləməyə başladı. Böyük əhəmiyyət daşıyan Məskənənin ələ keçirilməsi ilə önü açılan rejim, qısa müddətdə, SDF / YPG tərəfindən ələ keçirilən Tabqa həbi bazasının cənubuna qədər irəlilədi.

Dərhal sonra SDF / YPG sahələrinin cənubunda irəliləyən rejim qüvvələri Raqqaya da çox yaxınlaşdı.

Rejim qüvvələri ilə YPG arasında qarşıdurmalar

Tam bu sırada çox mühüm hadisə baş verdi. Rejim qüvvələrinin Raqqaya yönəlməsinə maneə törətmək istəyən SDF / YPG, ABŞRusiya arasında əldə olunan razılaşma əsasında çəkilən sərhədi aşaraq rejim qüvvələrinə hücum etdi. Buna havadan cavab zərbəsi verildi və rejimə aid döyüş təyyarəsi ABŞ tərəfindən vuruldu.

ABŞ-ın, sahədəki müttəfiqlərini qorumaq adı ilə, atdığı bu addıma qarşılıq olaraq Rusiya öz ortağının mühafizəsini təmin etmək üçün Suriyada ABŞ ilə imzalanan uçuş təhlükəsizliyi razılaşmasını ləğv etdi.

Birləşmiş Ştatlar isə əl-Tanf bölgəsində İranın dronunu vurdu.

Yaxın zamana qədər İŞİD-lə mübarizədə SDF / YPG vasitəsilə tək başına hərəkət edən ABŞ artıq digər düşərgə ilə açıq rəqabət aparır. Rusiya liderliyindəki cəbhə getdikcə YPG bölgələrinə soxulur və ABŞ-ın nüfuz sahələrinə yaxınlaşır.

Qarşıdurmanın son səhnəsi Deyr əz-Zur

Bu qarşıdurmanın bəlkə də son səhnəsi Deyr əz-Zurda olacaq. Tam da bunu işarə edərcəsinə İran, Suriya təyyarəsinin salındığı gün Kirmanşahdan atılan raketlərlə Deyr əz-Zurdaki İŞİD hədəflərini vurdu.

Suriyadakı bu proseslərə paralel olaraq İraqda İran dəstəkli milis qrupları Suriya sərhədinə çatdı. Əl-Tanfda nəzarəti ələ keçirən rejim güclərinin hədəfində isə İraq sərhədi boyunca irəliləyərək Əbu Kamal sərhəd qapısını ələ keçirmək olacaq.

Hər şey bu şəkildə davam edərsə, İran, İran dəstəkli milis qruplar və rejim qüvvələri İraq-Suriya sərhədində birləşəcək. Deyr əz-Zur isə bu hədəfə çatmaq üçün son qalalardan biri olacaq. Əgər bu coğrafi bütünlük təmin edilsə, İran və rejimin sonrakı hədəfləri Haseki və Qamışlı olacaq. YPG idarəçiliyindəki bu yerlərdə hazırda rejimin zəif bir varlığı var.

İndiyə qədər YPG ilə davam etdirilən razılaşma çərçivəsində varlığını qoruyan rejim qüvvələri əvvəllər YPG-yə “əmanət” verdiyi bu məkanları geri almaq istəyəcək. Bu vəziyyətdə Rejim / İran-YPG qarşıdurmasının yaşanması yüksək ehtimaldır.

YPG yeni ittifaq axtarır

ABŞ rejim təyyarəsini vuraraq "sahədəki müttəfiqlərimi qoruyacağam" işarəsini verir. Ancaq bu mübarizədə İranın əlinin daha güclü olduğunu söyləmək olar.

Şimal-şərqi Suriyadakı vəziyyət ABŞ baxımından getdikcə çıxılmaza çevrilə bilər. İŞİD-lə mübarizənin bitdiyi bir mühitdə ABŞ-ın Suriyadakı hərbi varlığının qanuni və hüquqi zəmini də aradan qalxacaq.

ABŞ, YPG-nin əliylə qurduğu quruluşu İran, Suriyaİraq kimi aktyorlara vermək istəmir. Onun texnoloji üstünlüyünə baxmayaraq, bu aktyorlar öz torpaqlarında ABŞ varlığı və özləri istisna olmaqla, xarici silahlı strukturları görmək istəmirlər.

İran düşərgəsi Suriyanın şimal-şərqini ABŞ üçün etibarlı olmayan bir sahəyə çevirməyə səy göstərir. İran dəstəkli güclərin Suriyanın şərqində irəliləməsinə paralel Mənbic, Haseki və Qamışlı kimi yerlərdə Suriya rejiminə bağlı İran dəstəkli yerli milis qrupları yaradılır. Suriya “Haşdi-Şəabi”si adı altında təşkilatlanan qrupların hədəfində YPG, yəni ABŞ var.

YPG də artan İran və rejim təzyiqini görür və buna görə də, bölgədə yeni bir ittifaq yaratmaq istəyir. Bəzi xəbərlərə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İngiltərə və İordaniya rəsmiləri Haseki şəhərində bir araya gələrək İranın dayandırılması qarşılığında YPG-yə dəstək verilməsində razılığa gəlib.

Bütün bunlar YPG-nin hamının dəstəyini alma strategiyasının artıq sona çatdığını göstərir. YPG / PKK getdikcə çətinlik çəkir və bu da onu qarşıdurmanın tərəfi halına gətirəcək.

ABŞ-ın ödəyəcəyi əvəz yüksək ola bilər

ABŞ heç bir regional aktyoru öz tərəfinə çəkə bilmir. İranın uğurunu artıran da bu faktdır. Tehran, bir tərəfdən, Rusiyanın sayəsində ABŞ-a qarşı ciddi bir tarazlıq təmin edir və hətta Suriya hava sahəsini ABŞ üçün riskli hala gətirə bilir. Digər tərəfdən, Suriya, İraq, Livandakı vəkillərinin vasitəçiliyi ilə sahədə ən güclü aktyordur.

Türkiyə uzun zaman ABŞ-ı Raqqa əməliyyatını birlikdə həyata keçirməyə razı salmağa çalışdı, ancaq bu təklifi qarşılıq tapmadı. ABŞ-ın Türkiyənin də həyati maraqlarına təhdid olaraq gördüyü terror təşkilatı vasitəsilə bu ittifaqa qarşı necə müqavimət göstərəcəyi sual altındadır.

Ankara YPG ilə mübarizə üçün gözləmə mövqeyi tutub. ABŞ hələ də güclü aktyordan vaz keçir. Buna görə də, Suriyanın şimal-şərqindəki mübarizənin necə nəticələnəcəyi, "ABŞ-ın Suriyada öz nüfuz dairəsini və YPG bölgələrini qorumaq üçün nə qədər əvəz ödəməyə hazır olduğu" sualının cavabı müəmmalıdır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar