Suriyada hökumət qoşunları bu ilin əvvəlindən "İslam dövləti" beynəlxalq terror təşkilatı tərəfindən ələ keçirilmiş 228 yaşayış məntəqəsini azad edib
PİA.AZ Trend-ə istinadən bildirir ki, bu haqda Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması Mərkəzi məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilmiş bülletendə deyilir: "Suriyanın hökumət qoşunlarının "İslam dövləti" terror təşkilatının silahlı birləşmələrindən 2017-ci il yanvarın 1-dən azad etdiyi yaşayış məntəqələrinin sayı 228-ə çatıb".
Qeyd edək ki, sutka ərzində hökumət qoşunlarının nəzarəti altına keçib 6 kvadrat kilometr ərazisi keçib.
pia.az