Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada kimyəvi hucumlara görə cavabdeh kim olacaq?

BRİTANİYA RUSİYA İLƏ QARŞIDURMAYA GEDİR


Britaniyanın xarici işlər naziri Boris Consonun hərəkətləri Rusiya ilə toqquşmaya yönəlb, belə ki, o, Haaqadakı görüşdə Suriyada kimyəvi silahın tətbiqinə cavabdeh olanların müəyyən edilməsi üçün müfəttişlərə genişləndirilmiş səlahiyyətlərin verilməsi tələbi ilə əlaqədar səsvermə keçirmək niyyətindədir.

Bu sərt diplomatik qarşıdurmaya qoşulan Rusiya belə bir addımın Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) siyasiləşməsinə gətirib çıxaracağını elan edərək var gücü ilə müqavimət göstərir və iddia edir ki, Britaniyadakı “rusofobiya” kimyəvi silahlar üzrə konvensiyanın həyata keçirilməsinə cavabdeh olan bu nüfuzlu və əsasən elmi təşkilatı məhv edə bilər.

Britaniya Haaqada xüsusilə bunun üçün təşkil edilmiş görüşdə KSQT-nın yeni səlahiyyətlər əldə etməsi üçün təxminən 60 ölkənin dəstəyini qazanmalıdır.

Britaniya öz miqyasına görə çox böyük diplomatik əməliyyat keçirərək, çərşənbə axşamı KSQT-nin xüsusi konfransını keçirmək qərarına gələn təxminən 90 ölkənin dəstəyini qazanıb.

KSQT-nin səlahiyyətlərinin genişləndirilməsi Suriya prezidenti Bəşər Əsədın dəfələrlə müxalif qüvvələrə qarşı kimyəvi silah tətbiq etməklə ittiham olunmuş ordularının həyəcanlanmasına səbəb olacaq. Sonuncu dəfə bu cür vəziyyət Dəməşqin yaxınlığında yerləşən Dumada qeyd olunub.

Dumadakı hücuma görə ABŞ, Fransa və Britaniya aprel ayında Suriya kimyəvi silah anbarlarına zərbə endiriblər. KSQT müfəttişləri 12 həftə əvvəl hücumun aparıldığı yeri ziyarət etmiş, lakin hələ ki, yoxlama nəticələrinə dair bir hesabat hazırlamayıblar.

Əsəd, özünün sponsoru olan Rusiyanın dəstəyindən istifadə edərək kimyəvi silahın tətbiqini daim inkar edir və bu hadisələri Qərbin xüsusi xidmətlərinin qurduğu səhnələr adlandırır.

Hal-hazırda, KSQT müfəttişlərinin yerlərdə faktların müəyyənləşdirilməsindən sonra, kimyəvi silahın tətbiq olunub-olunmaması haqqında məlumat vermək hüququ var, lakin onlar bu və ya digər konkret halda onu tətbiq etmiş təşkilat, yaxud ölkənin adını söyləyə bilməzlər.

Ötən ilin noyabr ayında Rusiya Birgə Müstəqil Mexanizm adı ilə tanınan bu təşkilatın mandatını uzatmaq üçün BMT-yə veto qoyub. Qurum kimyəvi hücumların müəlliflərini müəyyənləşdirmək üçün məsuliyyət daşıyır. Qərb, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz veto hüququndan istifadə edərək Mexanizmin səlahiyyətlərini blok etmək istədiyini iddia edir. Belə ki, KSQT öz hesabatlarında prezident Əsəd rejiminin dəfələrlə öz vətəndaşlarına qarşı əsasən zarin və ya xlor istifadə edərək, mövcud konvensiyanı pozduğunu bildirib. Birgə Müstəqil Mexanizm belə nəticəyə gəlib ki, Suriya hökuməti 2017-ci ildə Xan-Şeyxunda 90 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşıyır.

KSQT Katibliyi bu orqana daha çox səlahiyyət vermək və kimyəvi silahların qadağan edilməsi haqqında müqavilənin yerinə yetirilməsini təmin etməyi təklif edən Britaniyanı dəstəkləyir. London deyir ki, günahkarların müəyyən edilməsi KSQT-nin mövcud səlahiyyətlərinə daxildir.

Britaniya, günahkarların müəyyənləşdirilməsi üzrə səlahiyyətlərin əvvəlcə Suriyada istifadə olunmasını və altı aydan sonra KSQT-nin növbəti xüsusi konfransını keçirərək orada KSQT mandatının gücləndirilməsini tələb edir. London bəyan edir ki, bu təşkilatın özünü daha da gücləndirməsi vacibdir, əks halda o, faydasız olacaq.

Səsvermənin keçirilməsi üçün 97 ölkədən ibarət kvorumun təşkil olunması, qətnamənin qəbul olunması üçün isə iştirakçıların üçdə ikisinin lehinə səs verməsi tələb olunur. Britaniyanın rəsmi nümayəndələri qalib gələcəklərinə inanırlar və bu əhəmiyyətli çoxtərəfli qurumun rolunun artırılmasının tərəfdarı olan ABŞ-ın dəstəyini alqışlayırlar.

Rusiya, Britaniyanın sözlərinə görə ona KSQT-nin nəticələrinə veto qoymaq və bu təşkilatın baş direktorunun müstəqilliyini zəiflətmək hüququ verəcək əks təklif irəli sürüb.

Əgər kimyəvi silah konvensiyasını imzalamış istənilən ölkənin iştirak edə biləcəyi xüsusi konfrans həm Britaniyanın qətnaməsinə, həm də Rusiyanın əks təklifinə səs versə, bu İngiltərə üçün diplomatik bir zərbə olacaq.

KSQT proseduru bir gün düşünmək üçün fasilədən sonra çərşənbə günü açıq səs vermə keçirməyi nəzərdə tutur.

Patrik Vintur

“The Guardian” qəzeti

Xpressa.net.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar