Xəbər xətti

23 MAY

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?

10:27 5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

10:23 Azərbaycan nefti bahalaşdı

10:20 Türkiyədə 70 hərbçinin həbsinə sanksiya verilib

10:16 Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib

10:12 Su İdmanı Sarayında məşq edərkən öldü

10:08 Azad Rəhimovun oğluna: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

10:04 Problemli kreditlər yenidən gündəmdə

10:00 Gədəbəydə güclü yağış bəzi fəsadlar törədib

9:55 Neft ucuzlaşdı

9:50 BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

9:46 Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

9:42 Parisdə 100 tələbə saxlanıldı

9:38 Çimərliklərdə monitorinqlər başladı

9:34 Atəşkəs 92 dəfə pozulub

9:30 73 yaşlı qadın baş prokuror təyin edildi

9:25 Əli İnsanov azadlığa buraxıla bilər

9:21 “Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

9:17 OPEK iyunda neft hasilatının həcmini artıra bilər

9:13 Kamçatka sahillərində güclü zəlzələ olub

9:08 AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar

9:04 İsrail təyyarələri Qəzza zolağına zərbələr endirib

9:00 Həftəsonu əfv sərəncamı veriləcək

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi



ANALİZ

...

Suriyada dünya müharibəsi təhlükəsi

Tarix 12.02.18, 16:16

Font ölçüsü : - / +
bitmap-img6

Bu ölkəni bölüşdürməkdə böyük dövlətlər razılığa gələ bilmir


İndi Yaxın Şərqdə nələr baş verdiyindən hətta bu bölgədən xəbərləri həmişə izləyənlər də getdikcə daha çətinliklə baş çıxardırlar. KİV-lərin məlumatları bəzən bir-birinə o qədər zidd olur ki, ən diqqətli müşahidəçilər baş verənlərin məğzini tutmaqdan əl çəkiblər.

Deməli, bu günlərdə bütün dünyada xəbər dolaşıb ki, Amerikayönlü koalisiya gücləri (əslində, indiki halda ABŞ-ın özü) Suriyanın hökumətyönlü qüvvələrinə nəticədə yüzdən çox adamın həlak olduğu güclü zərbə endirib. Amerika hərbçiləri bunu belə izah ediblər: "zərbə Birləşmiş Ştatların müttəfiqi, kürd döyüşçülərin üstünlük təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nin qərargahına “qəsdən törədilməmiş”, amma qeyd edək ki, yaxşı hazırlanmış (tanklar və artilleriyanın iştirakıyla) hücuma cavabdır”.

Həm də Rusiyanın bəzi xəbər resursları, demək olar, bununla eyni zamanda xəbər verib ki, əsədçilər nəzarət etdikləri ərazidən öz qardaşlarının köməyinə tələsən kürd hərbi birləşmələrini türklərin mühasirəyə aldıqları Afrinə buraxıblar.

Bundan bir qədər qabaq isə, BBC-nin Hərbi Əməliyyatların Araşdırılması İnstitutunun (ISW) təzə məlumatına istinadən xəbər verdiyi kimi, Suriya hökumət qüvvələri müxalif güclərin əlində olan ərazidən Hələbdən cənubi-qərbdə cənuba doğru irəliləyən Türkiyə zirehli dəstəsini atəşə tutaraq dayandırıb.

Ciddi danışsaq, hər şeyin bu qədər qarışdığı bütün bu xəşil haqda yetərincə çoxdan öncədən deyilmişdi. Bu sətirlərin müəllifi iki ildən yuxarı müddətdə yazıb ki, Suriya müharibəsinə qatılmış dünya və bölgə dövlətlərinin maraqları o qədər fərqlidir ki, Yaxın Şərqdə və hər şeydən qabaq Suriyada onların toqquşması qaçılmazdır.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid bu xüsusda dəqiqləşdirir ki, “ciddi desək, artıq heç bir Suriya yoxdur – böyük dövlətlər hazırda orada öz müttəfiqlərinə söykənərək onun ərazisini bölüşdürür”.

Onun sözlərinə görə, indi bölgü bu cürdür: amerikalılar SDQ-yə (PKK döyüşçüləri və bəzi ərəb tayfalarının ittifaqı) söykənir və onların köməyi ilə Suriya ərazisinin 20%-nə, habelə Suriya neftinin 80%-nə nəzarət edirlər. Əsəd və müttəfiqləri (İranyönlü şiə könüllü yığması, İran silahlı qüvvələri və RF qoşunları) Suriya ərazisinin böyük hissəsinə göz qoyurlar.

Bununla yanaşı, Türkiyə Suriya müharibəsində getdikcə daha müstəqil oyunçuya çevrilir. Maqid qeyd edir: “Ankara antiəsəd müxalifətin bir qisminə söykənməklə Suriyanın şimalında bir sıra rayonları, hər şeydən əvvəl Bab-Cərablus-Əzaz rayonunu ələ keçirib”.

O, yada salır: “Əsədin və İranın qoşunları Suriyanın şimalında İdlib bölgəsində antiəsəd müxalifətin mövqelərinə bir vaxta qədər olduqca uğurlu əməliyyatlar aparıb. Hazırda bu hücum müvəqqəti dayanıb: Əsəd və iranlılar arxa cəbhəni təmizləyirlər, Əsədin rəqibləri isə bir neçə ciddi əks-hücuma başlayıblar. Lakin onların mövqeyi bütövlükdə dayanıqsızdır”.

Bu arada İdlibdə son dərəcə gərgin durum yaranıb. “Türkiyə qoşunları da buraya giriblər. Türklər antiəsəd müxalifətin nəzarət etdiyi ərazilərdə, əl-Əys bölgəsində hərbi baza qurmağa başlayıblar. Bu, türk ordusuyla Əsəd tərəfdarları arasında atışmaya səbəb olub. Başqa sözlə, İdlibdə iki bölgə dövlətinin  – İran və Türkiyənin maraqları toqquşub”, – deyə ekspert davam edir.  

Onun fikrincə, Rusiya bu durumda Yaxın Şərqdəki müttəfiqləri – Türkiyə və İran arasında bir növ vasitəçi olmağa çalışır. Ekspert qeyd edir: “Lakin Ankaranın öz əməliyyatlarını Tehranla deyil, Moskva ilə məsləhətləşməsi iranlıları hövsələdən çıxardır. İran prezidenti Həsən Ruhani Türkiyə və İran arasında son zamanların tərəfdaşlıq münasibətləri üçün tamamilə qeyri-səciyyəvi, olduqca kəskin bəyanat verib ki, Türkiyə qoşunları dərhal Suriyanı tərk etməlidir”.

Görünür, Vladimir Putin bu ziddiyyəti birtəhər yoluna qoymaq üçün, KİV-lərin məlumatına görə, RF, Türkiyə və İran rəhbərlərinin üçtərəfli sammitini keçirməyi təklif edib.

Maqidin qeyd etdiyi kimi, bu hadisələrə paralel “Türkiyə ordusu və suriyalı müttəfiqləri (Azad Suriya Ordusunun bəzi fraksiyalarına bağlı ərəb və türkmən dəstələri) Afrinə hücum edir. Bu, şərqi kürd kantonudur, RF-nin nüfuz dairəsinə daxil idi və Suriyadakı qalan kürd bölgələrindən təcrid olunub”.

Ekspert deyir: “Əsədə müttəfiq çıxan Rusiya nail olmağa çalışırdı ki, kürdlər Dəməşqin onlar üzərində hakimiyyətinə razılaşsınlar. Amma kürdlər bu təklifi rədd ediblər. Onda RF öz qüvvələrini Afrindən çıxardaraq türklərə bu bölgəyə hücum imkanı verdi”.

Qeyd edək ki, prakrik olaraq Rusiya qüvvələrinin Afrindən çıxarılmasına paralel olaraq Rusiyanın bəzi hökumətyönlü informasiya resurslarında materialların təqdimi dəyişilib. Onlar buna qədər kürd azadlıq hərəkatını ehtiyatla dəstəkləyib, indi isə birdən “kürd döyüşçülər tərəfindən dinc sakinlərin qətlə yetrilməsi”ndən danışmağa başlayıblar. Ekspert Türkiyə və İran kimi bölgəsəl böyük dövlətlərin bu gün hərbi baxımdan maraqlarının toqquşduğu İdlibdə durumu “çox təhlükəli” adlandırır.

Maqid davam edir: "Qaldı ki Afrinə, orada SDQ ilə Türkiyə ordusu arasında tammiqyaslı döyüş gedir. Ankara buna həm İraqın şimalında və Türkiyənin özündə PKK-ya qarşı aparılan geniş savaşın tərkib hissəsi kimi yanaşır”.

Ekspert söyləyir: “PKK döyüşçüləri İraq və Suriyadakı bazalardan hərəkətlənərək Türkiyə ərazisində yaşayan 20 milyon kürd üçün muxtariyyətə nail olmaq üçün partizan fəaliyyəti göstərir. Türkiyə inadlı müqavimətlə üzləşərək ləng irəliləyir. Türkiyə silahlı qüvvələri hazırda Afrinə girməklə xeyli istiqamətdən hücum edir. Ola bilsin, bu, kürdlərin qüvvələri əsas zərbə istiqamətində cəmləşdirməyinə mane olmaqdan ötrü edilir. Afrinlə sərhədə yüzlərlə türk zirehli texnikası və artilleriya yığılıb”.

Onun sözlərinə görə, türk qüvvələrinin əsas zərbəni cənubi-qərb istiqamətindən vuracağı haqda fikir var. Ekspert əndişələnir: “Amma bu, yalnız fərziyyədir. Türkiyə ordusu NATO-nun bütün qaydaları üzrə hücum edir. Suriyadakı savaş illərində böyük hərbi təcrübə əldə etmiş kürdlər əks-hücumlarla hərəkət edərək pusqudan türk tankları və ciplərinə od vururlar. Ən böyük təhlükə bundan ibarətdir ki, işğal halında Afrində kürd əhalinin etnik təmzilənməsi genişlənə bilər”.

Maqid deyir: "Bütövlükdə etiraf etmək olar ki, Suriyanın bölgə və dünya dövlətləri tərəfindən faktiki bölünməsi onlar arasında ciddi qarşıdurmaya səbəb olub”.

Onun fikrincə, “çox ehtimal ki, hərbi əməliyyatlara qatılmış dövlətlər ərazilərin bölünməsi haqda necəsə anlaşmağı bacaracaq. Hazırda heç kim böyük müharibə marağında deyil. Prezident Ərdoğan Afrində qalib gəlməklə Türkiyədə öz nüfuzunu möhkəmləndirməyi nəzərdə tutur. İranda xalq etirazları və iqtisadi problemlərin doğurduğu ciddi daxili sabitsizləşmə var. ABŞ və RF-nin dünya müharibəsinə başlamaq üçün heç bir istəyi yoxdur. Lakin bu münaqişələr gələcəyin problemlərinə işarədir”.

Mütəxəssis hesab edir ki, Suriyanın bölünməsi “böyük dövlətlər arasında zidiyyətləri azalatmayaq, gücləndirəcək”.

Onun fikrincə, çağdaş şərait ABŞ-ın kürəsəl rolunun azalmasıyla səciyyələnir: “Yeni ölkələri münaqişəyə cəlb edən hakimiyyət boşluğu meydana çıxır. “Dünya polisi” gedirsə, bölgə imperiyalarının qurulması başlanır. Dövlətlər arı kimi vızıldaşır, onlar darlıq hiss edir, bir-birini rəqib kimi qavrayır, biri digərinə ziyan vurmağa çalışır. Bu cür hadisələr potensialca təhlükəlidir və həmişə dünya müharibələrindən əvvəl gəlir”.

Aleksandr Jelenin

rosbalt.ru, 10.02.2018

Tərcümə Strateq.az-ındır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru