Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada dronla “məhv edilmiş” S-400 kompleksinin fotoları yayıldı

Rusiyanın Suriyadakı Hmeymin aviabazasına yanvarın 6-da edilmiş kütləvi dron hücumu zamanı S-400 zenit-raket kompleksi ciddi zədələnib və təmiri mümkün olmayan hala salınıb


Dronla vurulmuş S-400 “Triumf” kompleksinin görüntülərini Suriya rejiminə qarşı döyüşən yaraqlılar internetdə yayıblar.

 Fotoların həqiqiliyini və S-400 kompleksinin vurulmasını müstəqil mənbələrdən təsdiq etmək hələlik mümkün deyil.

Əvvəllər internetdə Kremlin maraqlarının müdafiəçisi kimi tanınan bloqqer və Yaxın Şərq üzrə ekspert, “El Mürid” ləqəbli Anatoli Nesmiyan bu fotoları özünün “Live Journal” şəbəkəsindəki bloqunda (https://el-murid.livejournal.com/) yerləşdirib. Bildirilib ki, yaraqlıların internetdə bildirdiklərinə görə yanvarın 6-da edilmiş hücumda bir Rusiya təyyarəsi də məhv edilib.



Xatırladaq ki, Hmeymin aviabazasına əvvəlcə dekabrın 31-də minomyot zərbələri endirilib. Bu hücumda 3-ü yüngül olmaqla cəmi 10 döyüş maşını-təyyarələr və vertolyotlar zədə alıb. Bazaya hücum barədə yanvarın 4-də ilk dəfə “Kommersant” yayıb. Müdafiə Nazirliyi bu məlumatı bir gün şərh etməyib, ertəsi gün bazaya hücum və iki hərbçinin həlak olması təsdiqlənib, ancaq aviatexnikaya zərər dəydiyi inkar olunub.

Lakin cəmi bir gün sonra rusiyalı jurnalist Hmeymin bazasında sıradan çıxarılmış təyyarələrin görüntülərini yayıb. Rusiyanın Suriyada olduqca möhkəm qorunan aviabazasına minomyot zərbələri ətrafında səs-küy səngiməmiş bazaya bu dəfə kütləvi dron hücumu edilib.

Müdafiə Nazirliyi bu hücumu iki gün sonra-yanvarın 8-də təsdiqləyib. Bazaya kustar üsulla hazırlanmış və partlayıcılar bağlanmış 13 dronla hücum edildiyi, lakin “Pantsir-S” zenit-müdafiə qurğusunun onlardan bir neçəsini vurub saldığı, qalanlarının isə radioelektron mübarizə vasitələri ilə endirildiyi açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi bazaya hücumda istifadə edilən dronlardan bir neçəsinin fotolarını yayıb. Həmin dronların Suriyanın şimalındakı İdlib bölgəsindən-Türkiyənin məsuliyyət zonasından qaldırıldığı açıqlanıb. Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən məsələ ilə bağlı izahat istəyib, habelə dron hücumuna görə ABŞ-ı günahlandırıb. İddia olunub ki, dron hücumu ərəfəsində Hmeymim bazası ətrafında ABŞ təyyarəsi görünüb. Pentaqon bu məlumatı təkzib edib və Rusiyanın hərbi bazaya dalbadal hücumlarla bağlı pərtliyini gizlətmək üçün “hansısa böyük dövləti” günahlandırdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi bazaya dron hücumunun “baş tutmadığını” bildirsə də yaraqlıların internetdə yaydığı fotolarda sıradan çıxarılmış S-400 “Triumf” kompleksi əks olunub. Kompleksin ətrafındakı coğrafi məkan məhz Hmeymin bazasının yerləşdiyi məkanı xatırladır. Bununla belə bloqqer qeyd edir ki, fotonun həqiqiliyini hələlik başqa mənbələrdən təsdiqləmək mümkün olmayıb. Əgər bu fotoların həqiqliyi təsdiqlənərsə Rusiya aviabazasına doğrudan da ciddi zərbə vurulduğunu demək olar.

Rusiya prezidenti Vladimir Putin ötən gün yanvarın 11-də qəzet və informasiya agentlikləri redaktorları ilə görüşü zamanı Suriyadakı hərbi obyektlərə qarşı təxribatı kimin törətdiyini bildiklərini deyib. Putin bildirib ki, görüş ərəfəsində Suriyadakı situasiyanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirə edib və Ankaranın bu hücumlara heç bir aidiyyatının olmadığına əmin olub.

“Bu o demək deyil ki, orada kimsə qızışdırıb, mən türk partnyorlarımızı nəzərdə tuturam. Orada təxribatçılar olub, ancaq türklər deyil. Və biz onların kim olduğunu bilirik. Habelə bilirik ki, bu təxribata görə onlara nə qədər ödəyiblər”-Rusiya prezidenti redaktorlara deyib. Putin əlavə edib ki, Suriyada Rusiya hərbi obyektlərinə hücum diqqətlə planlaşdırılıb.

“Biz həmin pilotsuz aparatların haradan qalxdıqlarını, saylarını bilirik. Heç şübhə yoxdur ki, onlar bu hücuma diqqətlə hazırlaşmışdılar. Əslində aydındır ki, orada yüksək texnoloji xarakterli elementlər olub, yəni radiolokasiya və müşahidə, sursatın atılması sistemi”-Putin əlavə edib.

P.S. Hmeyim aviabazasında "dronla vurulmuş" S-400 kompleksinin fotolarını yaymış bloqqer "El Mürid" az əvvəl öz bloqunda belə qeyd yerləşdirib: "Fotolarla bağlı məsələ ortadan qalxdı. Həmin fotoları yaymış "Umma News" yumşaq desək "uydurub".(Virtualaz.org )

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar