Suriyada beynəlxalq sərgi atəşə tutulub
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Sərginin terrorçular tərəfindən raket mərmilərindən atəşə tutulduğu bildirilir. Atəş nəticəsində 4 nəfər öldürülüb, azı 4 nəfər yaralanıb.
Qeyd olunur ki, beynəlxalq sərgi 6 illik fasilədən sonra ilk dəfə təşkil olunub.
pia.az