Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada barışmaz tərəfləri bir araya gətirmənin ödənci böyükdür


Liz Slay, Luiza Lovlak, David Filipov

“Washington Post” (ABŞ)


Rusiya prezidenti Vladimir Putin Suriya dövlət başçısı Bəşər Əsədin Rusiyaya gözlənilməz səfərindən sonra Suriyadakı müharibəni sona çatdırmaq üçün yeni böyük plana təkan verib. Bununla da o, gələcək nizamlamadakı rolunu bir daha təsdiqləyib.

Rusiyanın təşəbbüsü İŞİD-in tam məğlubiyyətə yaxın olduğu bir dövrdə, bu ay Birləşmiş Ştatların və Rusiyanın Suriya diplomatiyasındakı davamlı rollarını müştərək qəbul etməyə dair prezident Trampın əldə etdiyi razılığa əsaslanır.

Əsədlə görüşdən sonra Rusiya prezidenti regional və dünya liderləri ilə telefon söhbəti aparıb və 2015-ci ildə Rusiyanın Əsədin lehinə uğurlu hərbi müdaxilə ilə paralel, mühüm dünya oyunçusu kimi, ona diplomatik qələbə qazandıracaq təklifləri dəstəkləməyə çağırıb.

Putin Əsədə deyib ki, Suriyadakı müharibə sona çatır və diqqəti münaqişənin siyasi həllinə yönəltmək lazımdır.

"Suriya ərazisində terrorla mübarizə sahəsində birgə işimizə gəldikdə, bu hərbi əməliyyat tamamilə sona yaxınlaşır, – Putin deyib. – İnanıram ki, indi əsas məsələ siyasi prosesin başlanmasıdır".

Daha sonra Putin, həm Kremlin, həm də Ağ Evin açıqladığı kimi, Tramla əsasən Suriya mövzusunda telefonla bir saatdan çox danışıb. Putin bildirib ki, Rusiyanın təşəbbüsü ilə Konstitusiya islahatları, prezident və parlament seçkiləri daxil olmaqla, Əsəd üzərinə öhdəliklər götürüb.

Ağ Ev açıqlayıb ki, iki lider Cenevrədə BMT-nin dəstəklədiyi sülh prosesinin parametrləri daxilində, Suriya münaqişəsinin həll edilməsi və Suriyanı "təhlükəli müdaxilə"dən – İranın geniş təsirindən qorumaq öhdəliklərini təkrarlayıb. Tramp Vaşinqtonda jurnalistlərə açıqlamasında "Suriyaya sülh gətirilməsi mövzusunda çox ciddi söhbət apardıq”, – deyib.

Putin daha sonra Misir prezidenti Əbdülfəttah Sisiyə, İsrail baş naziri Benyamin Netanyahuya Əsədlə söhbətlərinin detallarını çatdırıb və Kremlin açıqlamasına görə, həmçinin Səudiyyə Ərəbistanı kralı Salmanla telefonla danışıb.

Suriya mövzusunda başlıca zirvə toplantısı ərəfəsində Putinlə İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüşlər keçiriləcək. İran və Türkiyə Suriyadakı “şahmat partiya”sında ən böyük təsirə malik regional oyunçulardır.

Bu zirvə ilə Rusiyada bütün qlobal və regional oyunçuların, eləcə də suriyalıların müharibənin nəticəsi ilə razılaşacağı Suriyaya dair sövdənin baş tutacağına ümid edirlər.

Səudiyyə Ərəbistanı çərşənbə günü Riyadda müxalifət liderlərinin bir araya gətirərək, demək olar ki, tamamilə yeni müxalifət orqanını – Əsəd əleyhdarı hərəkatı qurmağı planlaşdırır. ABŞ dəstəkli müxalif qruplaşmaların bir çox rəhbəri görüş ərəfəsində istefa verib, onlar müttəfiqlərin Əsədin gedişini təmin etmək öhdəliyini ləğv etməsindən qorxurlar.

Noyabrın 28-də BMT hökuməti və yenilənmiş müxalifət arasında Cenevrədə sülh danışıqlarının səkkizinci turunun keçirilməsi planlaşdırılır. Bu proses Əsədin hakimiyyətindən uzaqlaşmasından sonrakı keçid dövrünü nəzərdə tutur.

Ancaq Tramp-Putin razılaşması hər hansı bir "keçid" formasını kənarda saxlayıb və hazırda vurğu seçkilərə gətirib çıxaracaq yeni bir konstitusiyanın yazılması prosesinə yönəlib. Dekabrın 2-də Rusiyanın yeni konstitusiya şərtlərini müzakirə etmək üçün yenidən qurulan müxalifət, hökumət və digər bir sıra qrupları təmsil edən təxminən 1300 suriyalı bir araya gətiriləcək.

Sənəd yazıldıqdan sonra, Rusiya təkliflərinin layihələrinə görə, Əsədlə rəqabətə icazə verilən seçkilər olacaq.

Diplomatiya Putinlə Tramp arasındakı razılaşmanın yolunu açıb. Birləşmiş Ştatlar əsasən Suriyanın şimal-şərq bucağında təsirini saxlayıb, burada ABŞ əsgərlərinin kiçik bir dəstəsi kürd döyüşçülərinə İŞİD-lə vuruşmağa kömək edir. Müdafiə naziri Cim Mattis ötən həftə bildirib ki, ən azı bu qoşunların bəziləri, gözlənildiyi kimi, Suriyada müharibə bitdikdən sonra belə ərazini sabitləşdirmək üçün orada qalacaq.

Bununla yanaşı, Əsədin altı illik müharibə dövründə hakimiyyətindən kənara qalan əraziləri yenidən qurmağı nəzərdə tutan planına dair də bir çox suallar qalır. Rus təklifləri onu vəzifəsində saxlasa da, – ola bilsin ki, qeyri-müəyyən bir müddətdə, – səlahiyyətlərinin bir hissəsi hökumətdə təmsil olunacaq rəqiblərinə veriləcək.

Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya dünya qüdrətlərinə zəmanət verməyə çalışır ki, Rusiya Suriyaya dair istənilən mümkün razılaşmaya əməl edəcək.

Əsəd isə Putinlə görüşü haqqında mediaya bunu deyib: "Biz siyasi prosesi təşviq etməkdə maraqlıyıq. Ümid edirik ki, Rusiya xarici oyunçuların siyasi prosesdə iştirakının qarşısını almaqla, bizi, yalnız suriyalıların özləri tərəfindən aparılan prosesi dəstəkləyəcək".

"Biz geri boylanmaq istəmirik. Əslində, biz siyasi həll yolu ilə maraqlanan hər kəslə razılaşacaq və danışacağıq", – Əsəd əlavə edib.

Əsədin ən yaxın müttəfiqi, son altı ildə onu silah və pulla təmin edən İranın geniş təsirini sarsıtmaq üçün Tehrana təzyiqi özünə daxil edəcək beynəlxalq müqaviləni yerinə yetirməyə hazır olub-olmayacağı müəmmalıdır.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ötən həftə İstanbulda jurnalistlərə açıqlamasında deyib ki, müxalifətin Əsədi qəbul etməsi, onun gedişinə beynəlxalq dəstəyin azalmasına baxmayaraq, çətin olacaq. "Yalnız Rusiyaİran deyil, ABŞ, hətta Səudiyyə Ərəbistanı və Fransa da Əsədə qarşı daha yumşaq mövqedədir, – Çavuşoğlu bildirib. – Ancaq emosional yox, çox realist olmalıyıq. 7 illik vətəndaş müharibəsində bu rejimin 1 milyon suriyalını öldürməsindən sonra bütün fərqli qrupları Əsəd ətrafında birləşdirmək çox çətin görünür".

Monitorinq qrupları müharibədə 300-500 min arası suriyalının öldüyünü iddia edir. Ancaq hər hansı bir barışıq gətirmənin ödənci daha böyükdür.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar