Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada Dağlıq Qarabağ məşqi

Ekspertlərə görə, Türkiyə və Rusiyanın Suriya mövzusunda razılığa gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı anlaşmanı da mümkün edir


Rusiya və Türkiyə hökumətləri arasında Suriya münaqişəsinin həlli ilə bağlı anlaşma əldə olunub. Dekabrın 23-də Ankarada ekspertlər səviyyəsində başlayan müzakirələrin nəticəsi olaraq iki ölkənin XİN rəhbərləri arasında razılaşma əldə olunub. Anlaşma bir neçə əsas bənddən ibarətdir və Astanada gələn ay baş tutacaq əsas danışıqların bazası hesab olunur. 

Ankara və Moskva arasında əldə olunmuş razılaşmaya əsasən, Suriyada atəşkəs Hələbdən başlayaraq ölkənin bütün bölgələrinə tətbiq olunur. Yalnız “ən-Nusra” (Şamın Fəth Cəbhəsi) və İŞİD atəşkəsə daxil deyil, bu terror təşkilatlarına qarşı mübarizə davam edəcək. Türkiyə və Rusiya Suriyada atəşkəsin təminatçısı olacaq.

Qeyd edək ki, artıq Qərb mediası da bu hadisəni Suriyada münaqişənin həlli istiqamətində ciddi irəliləyiş adlandırır. Çünki məlum olduğu kimi, hazırda Suriyada əsas oyunçular Türkiyə, Rusiyaİrandır. Rusiyaİran hökuməti, Türkiyə isə müxalif qrupları dəstəkləyir. 

Suriya ilə bağlı Rusiya-Türkiyə anlaşması həm də mühüm əhəmiyyət daşıyan siyasi hadisədir. Çünki uzun illərdən sonra regionun ən güclü və əks qütblərində olan dövləti arasında hərbi-siyasi münaqişənin həlli istiqamətində anlaşma əldə olunub. Heç şübhəsiz ki, bu vəziyyətdə yada düşən iki dövlət arasında yaxınlaşmanın digər sahələrə də  təsiridir. Məsələ ondadır ki, Rusiya və Türkiyə arasında münasibətlər daha əvvəl, xüsusən də sovetlərdən sonra da normal olsa da, bu cür ciddi bir münaqişənin həllində ortaq mövqeyə gəlməmişdilər. Suriya anlaşması bu mənada Moskva-Ankara münasibətlərində yeni səhifədir. 

Əcəba bu danışıqlar və yaxınlaşma Cənubi Qafqaza, xüsusən də Ermənistan-Azərbaycan münqaişəsinə də təsir edə bilərmi? Nəzəri baxımdan Suriyada əldə olunmuş anlaşma təcrübəsi növbəti mərhələdə Moskva və Ankaranı Qarabağ münaqişəsinin həlli ilə bağlı bir masa arxasına gətirə bilər. Çünki Ankara siyasi baxımdan Qarabağ münaqişəsinə heç də Suriya münaqişəsindən az diqqət etmir. Üstəlik, Ermənistan-Azərbaycan arasında hazırda gərgin vəziyyət var və hər an savaş başlaya bilər. 

Image result for <a href=Rusiya Türkiye anlaşması Suriyede">

Nəzəri baxımdan Suriya anlaşmasından sonra Rusiya və Türkiyə diplomatlarının Qarabağ münaqişəsi üçün masa arxasına keçməsinə üçün heç bir maneə yoxdur. 

Siyasi analitik Elxan Şahinoğlu deyir ki, nəzəri olaraq indi bu mümkündür. Onun fikrincə, Ankara və Moskvanın  Suriyada atəşkəslə bağlı anlaşması artıq müsbət nümunədir: “Əslində Suriya məsələsindən əvvəl də Rusiya və Türkiyə arasında yaxınlaşma var idi. Daha sonra bu əlaqələr pozuldu. Lakin Türkiyə Rusiyadan üzr istədikdən sonra yenidən yaxınlaşma oldu. Moskva və Ankara yalnız Suriya məsələsində anlaşa bilmirdilər. Amma zamanla bu da oldu. Hələbin boşaldılmasında bunu gördük. Rusiya hökumət, Türkiyə isə müxaliflər tərəfindən bu məsələni yoluna qoydular. Daha çox itki olmadan Hələb boşaldıldı. Hətta Lavrov dedi ki, Vaşinqtondansa Ankara ilə anlaşma daha rahatdır. Bbildiyimiz kimi, Suriya mövzusunda Vaşinqtonla Moskva arasında uzun müddət davam edən Cenevrə müzakirələri nəticəsiz bitdi. Digər tərəfdən, indi Ankara ilə Qərb arasında münasibətlər soyuqdur, ilk dəfə prezident Ərdoğan İŞİD-in Amerikanı dəstəkləməsi haqda ən yüksək səviyyədə bəyan etdi. Bu onu göstərir ki, Ankara indi Moskva ilə daha yaxşı anlaşır”.

E.Şahinoğlunun fikrincə, Suriya anlaşması möhkəm olsa və uğurla davam etdirilsə, növbəti mərhələdə Dağlıq Qarabağ münaqişəsi müzakirə masasına gətirilə bilər: “Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox fəaldır. İndi əsas məsələ Suriya olsa da, Dağlıq Qarabağ məsələsini Türkiyə tərəfi bütün beynəlxalq toplantılarda qaldırır. 

Image result for Elxan Şahinoğlu

Yeri gəlmişkən, artıq Rusiya rəsmiləri də Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakının mümkünlüyünə işarə edirlər". 

Ekspert deyir ki, artıq bu istiqamətdə ilk addım, yəni təcrübə var. Rusiya və Türkiyə Suriyada atəşkəsin təminatçısı kimi çıxış edir. Qarabağ münaqişəsində də belə ola bilər, Rusiya və Türkiyə atəşkəsi təmin edə və münaqişə tərəfinin nümayəndəsi kimi çıxış edə bilər. Bunun üçün ilk növbədə Suriyada anlaşmanın uğurlu olması vacibdir: “Əgər Suriyada atəşkəs və danışıqlar uğurlu olacaqsa, növbəti mərhələdə Qarabağ məsələsi gündəmə gələ bilər. Digər tərəfdən, hardan baxsan münaqişənin nizamlanması Rusiyanın da xeyrinə olacaq. Çünki Rusiya artıq Türkiyə ilə dostlaşır, Azərbaycanla da yaxındır. Münaqişənin qalması bu vəziyyətdə Rusiyanın maraqlarına uyğun deyil. 

Image result for <a href=Rusiya Türkiye anlaşması Suriyede">

Yeganə məsələ Rusiya hakimiyyətinin ortaya iradə qoyub çalışmasıdır. Amma gözləmək lazımdır, görək Suriya anlaşması necə olacaq".

 Image result for Hasan Oktay

Ankarada yerləşən “Kafkassam” Starteji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay da bu variantı nəzəri baxımdan mümkün sayır. Ekspert deyir ki, Türkiyə və Rusiyanın Suriya mövzusunda anlaşması müsbət bir təcrübədir, hər iki ölkə birlikdə qlobal bir münaqişənin həllində mühüm addımdır. Sırada Qarabağ münaqişəsinin olması realdır: “Türkiyə və Rusiya Suriyada münaqişənin həlli istiqamətində mühüm bir anlaşma əldə etdilər. Bunun bir sonrakı mərhələsi Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları ola bilər. Suriya təcrübəsi göstərdi ki, iki ölkənin bunu etməyə gücü və imkanları var”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar