Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada ABŞ-Rusiya qarşıdurması qızışdı - Gərginlik haraya qədər yüksələcək?


Nəsimi Məmmədli: “Tramp adminstrasiyasının artıq Bəşər Əsədin hakimiyyətdə uzun müddət qalmasına göz yumacağını zənn etmirəm”


Qabil Hüseynli: “Bu ABŞ-ın Rusiyanın Suriyadan vurulub çıxarılması, ümumiyyətlə onun Yaxın Şərqdə təsirinin azaldılması istiqamətində atdığı ilk addımdır”.

Məlumdur ki, dünən axşam ABŞ Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromunu raket atəşinə tutub. Hücum nəticəsində aerodrom tamamilə dağılıb. Hücumdan bir neçə saat əvvəl isə ABŞ prezidenti Suriya hərbiçilərinin kimyəvi silahdan istifadə etməsinə qarşı bu ölkəyə hücum edə biləcəyini bildirmişdi. Hücumdan sonra Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, ABŞ-ın bu hücumu suveren dövlətə qarşı həyata keçirilib. Rusiya prezidenti onu da iddia edib ki, Ağ Ev İraqda ABŞ təyyarələrinin dinc sakinləri öldürməsi faktını unutdurmaq üçün Suriya hakimiyyətini kimyəvi silahdan istifadə etməkdə günahlandırır. Rusiya tərəfinin iddiasına görə, Suriyada kimyəvi silahdan məhz terrorçular istifadə edib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Suriya Mülki Müdafiə Qrupunun (SMMQ) verdiyi məlumata görə, İdlibdə Bəşər Əsəd rejimi kimyəvi silah istifadə edib. Bu silahdan istifadə nəticəsində uşaqlar və qadınlarda olmaqla 43 nəfər həyatını itirib, 215 nəfər isə qazdan zəhərlənib. Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı törətdiyi bu cinayət ABŞ, Türkiyə və digər beynəlxalq güclər tərəfindən kəskin etirazla qarşılanıb. ABŞ tərəfindən Suriaya raket hücumundan sonra prezident Donald Tramp Bəşər Əsədə proporsional cavab verdiyini bildirib. Prezidentin fikrincə, kimyəvi silahdan məhz Bəşər Əsədin əmri ilə istifadə olunduğundan əmindir. Eyni zamanda ABŞ-ın dövlət katibi Reks Tillerson raket zərbələrini Rusiya tərəfi ilə razılaşdırmadıqlarını, sadəcə həmin aerodromda olan rus qüvvələrinin ordan çıxarılması üçün hücumdan bir neçə saat əvvəl Rusiya tərəfini xəbərdar etdiklərini bildirib. Öz növbəsində Tillerson RusiyaSuriyada olan kimyəvi silahın ləğv olunmsı ilə bağlı 2013-cü il sazişini yerinə gətirməməkdə ittitam edib və Rusiyanı da kimyəvi silahdan istifadəyə görə məsuliyyətli tərəf elan edib. Tillerson onu da qeyd edib ki, həyata keçirilən raket zərbəsi Tramın qətiyyətli addım atmasına hazır olduğunun göstəricisidir. 

ABŞ bu tipli hücumlarını Suriyada həyata keçirdiyi halda Suriyada ABŞ-Rusiya qarşıdurmasına açıq şəkilə keçə bilərmi və Suruyada ABŞ-Sutriya müharibəsini ehtimal etmək mümkündürmü? Terrorçulara qarşı kimyəvi silahdan istifadə edən Suriya hökumətini müdafiə etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilə bilərmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşları politoloqlar Qabil Hüseynli və Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

Image result for nəsimi məmmədli pia.az

Nəsimi Məmmədli: “Artıq Suriayada insanlıq dramına son vermək üçün geosiyasi maraqlara deyil, insan amilinə görə önəm verilməlidir”.


Tramp adminstrasiyasının yaxın vaxtlarda Əsəd rejiminə qarşı konkret addımlar atacağını və bu addımların Suriyada yeni situasiya yaradacağını ehtimal edən politoloq Nəsimi Məmmədliyə görə, Suriya böhranının həll edilməsi  üçün beynəlxalq güclər daha ciddi səy göstərməlidirlər:

Suriya diktatoru Bəşər Əsədin yenidən dinc insanları kimyəvi silahlarla öldürməsı ABŞ-da Tramp administrasiyasını hərəkətə gətirib və törədilən bu dəhşətli cinayətlərə görə Pentaqonla ciddi müzakirələr başlayıb. ABŞ-ın yeni administrasiyası belə düşünür ki, əgər 2012-ci ildə kimyəvi silahdan istifadə etdiyi zaman Obama administrasiyası Əsəd rejiminə tutarlı cavab versəydi, indi bu cinayətlər də təkrarlamazdı. Ona görə də fürsətdən istifadə edən Tramp öz qətiyyətini Amerika xalqına və bütün dünyaya nümayiş etdirmək üçün Suriya hökümət qüvvələrinə raket zərbəsi endirmək əmri verdi. Mən bu qərarı dəstəkləyrəm və hesab edirəm ki, Suriayada insanlıq dramına son vermək üçün geosiyasi maraqlara deyil, insan amilinə görə yanaşılmalıdır və Bəşər Əsədin cinayətkar əməllərinə, həmçinin bu diktatoru müdafiə edən güclərə qarşı qətiyyətli addımlar atılmalıdır. 

Daha əvvəl Kimyəvi silahlarla hücumun əsas şübhəlisi kimi Rusiyanın adı çəkilsə də, müdafiə naziri Sergey Şoyqu bunu rəsmən təkzib edib. Rusiyalı nazir bildirib ki, Əsəd rejiminə aid döyüş təyyarələri yalnız müxalifətə aid kimyəvi silah anbarına raket zərbəsi vurub və bu zaman ətrafa sızan kimyəvi qazlar ölümlərə yol açıb.

Sevindirici haldır ki, artıq ABŞ-ın nüfuzlu şəxsləri və qurumları bütün vasitələrlə “Azad Suriya Ordusu”na, (ASO), açıq dəstək verilməsinin vacibliyini dilə gətirir. Donald Trampa Əsədi qısa müddətə hakimiyyətdən salmaq üçün əlindən gələn hər şeyi etmək çağrışları durmadan artır. ABŞ siyasətçiləri və dünənə qədər Trampın fikirlərinə qarşı çıxan senator və konqressmenlər də Trampın bu qətiyyətli addımını alqışlayıblar. Yəni Suriyada həyata keçiriləcək olan hərbi əməliyyat ABŞ cəmiyyətinda parçalanma meyllərinin qarşısını ala bilər. Tramp adminstrasiyasının hələlik cinayətkar Bəşər Əsədə qarşı nə addım atacağını söyləmək çətin olsa da, Amerikanın çağdaş Orta Şərq siyasətinin yaxın günlərdə tətbiqinin reallaşacağı gözlənilir. 

Nəsimi Məmmədli: “Yaxın günlərdə Suriya ətrafında gərginliyin artmasının, hətta pik həddə çatmasının şahidi olacağıq”.


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan Tramın Suriyda Bəşər Əsəd qüvvlərinə qarşı əməliyyat keçirməsini alqışlayıb. Hesab edirəm ki, bu da Rusiya ilə Türkiyə arasında Suriydakı iş birliynə tamamilə son verəcək və Türkiyə ABŞ-la əlaqələrini daha da genişləndirəcək.

Xatırlayırsınızsa, bu ilin əvvəli İngiltərənin baş naziri xanım Tereza Meyin ABŞ-da Trampla görüşündən sonra birbaşa Ankaraya gələrək Ərdoğanla görüşə gəldi və bu görüşdə Orta Şərq böhranı ilə bağlı üst-üstə düşən maraqlı mesajlar ortaya çıxdı. ABŞ və İngiltərənin Suriya böhranı ilə bağlı danışıqlar prosesində Türkiyənin iştirakının müsbət qarşılanması ilə yanaşı, bir an öncə bu böhranın həllinin vacibliyi qeyd edildi. Bölgədə davam edən qanlı hadisələrin sona çatdırılması üçün səylərin birləşdirilməsinin vacibliyi ifadə olundu.  

Təsadüfi deyil ki, bir neçə gün öncə Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğanın da telefon danışığı zamanı Suriyada atəşkəs rejimi, Astana və Cenevrə danışıqları prosesinin təşviq edilməsi ilə bağlı müzakirələr də aparılıb. Suriya böhranın həlli istiqamətində yaxın vaxtlarda həlledici addımların atılacağı istisna deyil. 

Mən hesab etmirəm ki, Suriyada ABŞRusiya arasında müharibə başlasın, lakin tərəflərin açıq şəkildə üz-üzə gəlmələri qaçınılmaz görünür. Rusiya çalışacaq ki, problemin həllini yenidən masaya qaytarsın və həm Bəşər Əsəd üçün, həm də özü üçün vaxt qazansın. Amma Tramp adminstrasiyasının artıq Bəşər Əəsdin hakimiyyətdə uzun müddət qalmasına göz yummasını da zənn etmirəm. Suryada İran kartının da çox aktiv olması Trampı qəti addımlar atmağa sövq edir. Buna görə də hesab edirəm ki, yaxın günlərdə Suriya ətrafında gərginliyin artmasının, hətta pik həddə çatmasının şahidi olacağıq. 

Rusiya bütün hallada geri çəkilmək üçün özünə şərəfli yol tapmağa və Bəşər Əəsdin əvəzinə ABŞ-dan nəyisə qoparmağa çalışacaq. Trampın bu məsələdə Putinin qarşısında nəyi necə güzəştə getməsini isə ehtimal etmək çox çətindir. Ona görə də gəzləmək və hadisələrin gedişatını izləmək lazımdır”.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Putinin ABŞ-ın hücumunu pisləməsi sanksiyaların yeni variantını hazırlayan komissiyanın işlərini sürətləndirəcək”.


Politoloq Qabil Hüseynli hesab edir ki, ABŞın Suriya hökümət qüvvələrinə raket zərbələri endirməsi gecikən addımdır və bu addım çox-çox əvvəl həyata keçirilməli idi. Əsəd rejiminin bu qədər amansızlaşmasının və beynəlxalq aləmə savaş açmasının qarçısı illər əvvəl alınmasını önə çəkən politoloqun fikrincə, raket hücumunun eyni zamanda Rusiyaya Tramp adminstrasiyası tərəfindən verilən göz dağıdır:

“Mən müharibə ehtimalını real hesab etmirəm. Zənnimcə, əvvəldən belə hərəkət etmək lazım idi. Yəni Rusiya Suriyanı alt-üst edərkən qətiyyətli siyasi iradə ortaya qoyulmalı idi. İndi isə öz xalqına qarşı kimyəvi silahdan istifadə edən Bəşər Əsəd bu cür vəhşiliklərinə qarşılıq bir azda olsa cəzalandırıldı. Bunu alqışlamaq lazımdır. Əsəd rejiminin bu qədər amansızlaşmasının və beynəlxalq aləmə savaş açmasının qarçısı illər əvvəl alınmalı idi. Beynəlxalq ictimaiyyət və Qərb dövlətləri Bəşər Əsədin və Vladimir Putinin qarşısında bu qədər geri addım atmasaydı, Suriya problemi çoxdan öz həllini tapmış olardı. Bəşər Əsdin qüvvələrinə ABŞ tərəfindən zərbələr endirilməsi Rusiya verilən göz dağııdır. Bu ABŞ-ın Rusiyanın Suriyadan vurulub çıxarılması, ümumiyyətlə onun Yaxın Şərqdə təsirinin azaldılması istiqamətində atdığı ilk addımdır. Bu addım alqışlanmalıdır. Və məncə bu addımların ardı gələcək. Müharibə yox, sadəcə olaraq Rusiyanın öz yerində oturdulması prosesinin başlanğıcıdır. 

Qabil Hüseynli: “Bəşər Əsdin qüvvələrinə ABŞ tərəfindən zərbələr endirilməsi Rusiyaya verilən göz dağııdır”.


Bundan sonra Bəşər Əsəd höküməti danışıqlar prossesindən uzaqlaşdırılmalı və Əsəd hakimiyyətinin sonunu hazırlayan ciddi siyasi iradə ortaya qoyulmalıdır. Rusiya isə bu faktorla razılaşdırılmalıdır. Çünki cinayətkar bir rejimi qoruyan Rusiya özü də bu cinayətkar rejiimin cinayətlərinin şərikinə çevrilir. Məncə bundan sonra Putin Suriya siyasətini bir daha gözdən keçirməyə məcbur olacaq.

Suriyaya görə, konkret olaraq kimyəvi silah tətbiq etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyalar isə tətbiq oluna bilər. Onsuzda ABŞ Konqresində yeni sanksiyalar müzakirə edilir. Yəqin ki, bundan sonra bu sanksiyalar haqqlnda qərarın verilməsi tezləşdiriləcək. BMT-də Rusiyanın Suriya ilə bağlı qəbul ediləcək qərara səs verməməsi, bugün də Putinin ABŞ hücumlarını pisləməsi sanksiyaların yeni variantını işləyib hazırlayan komissiyanın işlərini sürətləndirəcək. Bu da Yeni sanksiyalar yolda olduğunun siqnalını verir”.

Gülşən ŞƏRİF
Sübü Əzizli
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar