Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada 30 günlük atəşkəs qətnaməsi gəlir - Türkiyənin Afrinə hücumu əngəllənir?


Politoloq: “Əslində bu qətnamənin qəbul olunmasında məqsəd başqadır və burda humanist dəyərlər rol oynamır. Əsas məqsəd türk ordusunun Afrini terroristlərdən təmizləməsini əngəlləməkdir”


“Müharibə altında olan insanlara da təbii ki, humanitar yardımın çatdırılması vacib şərtdir. Amma bu qətnamənin məhz Türkiyənin Afrin mühasirəsini yekunlaşdırmaq həddində olduğu zamana təsadüf etməsi diqqət çəkir”.

Bu sözləri politoloq Qabil Hüseynli İsveç və Küveyt nümayəndələri humanitar yardımların çatdırılması məqsədi ilə Suriyada 30 günlük atəşkəs elan olunması barədə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İsveç və Küveyt nümayəndələri humanitar yardımların çatdırılması məqsədi ilə Suriyada 30 günlük atəşkəs elan olunması barədə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuqun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq. ABŞ da BMT-nin Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsə dair qətnaməni  dəstəkləyəcəyin bəyan edib. Həmçinin Rusiya bu qətnaməyə veto qoymazsa, çox böyük ehtimalla bu layihə qəbul ediləcək. 

Qətnamənin tez-teləsik müzakirəyə çıxarılması da müəyyən suallar doğurur. Əsas maraq doğuran suallardan biri də odur ki, əgər bu qətnamə qəbul olunarsa Suriyada yüzlərlə, hətta minlərlə hərbiləşdirilmiş dəstələri kimlər və necə atəşkəsə məcbur edəcək. Əgər Suriyada müharibəni BMT-də səsvermə ilə durdurmaq mümkündüsə, niyə bu günə qədər bu müharibə belə asanlıqla durdurulmurdu. Halbuki bu müharibə bütöv bir regionu təhlükə altına alıb, bütöv bir ölkə xaraba qalıb, milyonlarla insan qaçqın düşüb, yüz minlərlə insan ölüb. Ölənlərin böyük əksəriyyəti isə sivil insanlar, uşaqlar, qadınlar, qocalardır. Digər tərəfdən qəbul olunması gözlənilən qətnamədə humanitar yardımın hansı marşurutlarla və kimlərin qarantiləri ilə yollanılacağı da öz həllini tapmayıb.  

Bütün bunlar onu deməyə əsas verir ki, bu qətnamə layihəsi məhz Türkiyənin Afrin hücumunu əngəlləmək məqsədi ilə hazırlanıb və qətnamə layihəsi qəbul edilərsə, Ankaraya qarşı basqılar artacaq və bütün dünya mətbuatı Türkiyəyə qarşı ayağa qaldırılacaq. 

Türkiyə Afrini PKK terroristlərindən təmizləmə əməliyyatını dayandıra bilərmi? Ümumiyyətlə kürdlərin Suriyadakı bütün güclər tərəfindən bu qədər müdafiə olunmasını Türkiyənin əməliyyatının qarşısının alınmasına bu qədər cəhdlərin edilməsini nəylə əlaqələndirmək olar?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Картинки по запросу qabil hüseynli pia.az
Qabil Hüseynli: “Qərb ölkələrində müəyyən dairələr Türkiyənin bu bölgədəki fəallığından narahatdırlar”.


Türkiyənin bu gün təkcə regional güc kimi deyil, dünya siyasətinə təsir edən böyük gücə çevrildiyini vurğulayan politoloq Qabil Hüseynli PİA.AZ-a açıqlamasında qeyd edib ki, bir çox qüvvələr də Türkiyənin güclənməsini, Türkiyənin bölgədəki nüfuzunun və təsirinin yayılmasını istəmirlər. Buna görə də Türkiyənin bu imkanlarının, potensialının artmasına maneçilik törətmək üçün müxtəlif fəndlərə və yollara əl atırlar:

“Mən düşünürəm ki, İsveç və Küveyt nümayəndələri humanitar yardımların çatdırılması məqsədi ilə Suriyada 30 günlük atəşkəs elan olunması barədə BMT Təhlükəsizlik Şurasına təqdim qətnamə layihəsi Türkiyənin Afrin hücumunu əngəlləmək məqsədi ilə hazırlanıb. BMT-nin yumanitar yardımları çatdıran təşkilatı niyə həmin yardımları Türkiyə ərazisində yerləşən 3,5 milyonluq Suriya qaçqınları üçün nəzərdə tutmur? Əgər həmin vəsait Türkiyədə yaşayan Suriya qaçqınlarına verilsə, bunun üçün hərbi əməliyyatları dayandırmağa da ehtiyac qalmaz. Müharibə altında olan insanlara da təbii ki, humanitar yardımın çatdırılması vacib şərtdi. Amma bu qətnamənin məhz Türkiyənin Afrin mühasirəsini yekunlaşdırmaq həddində olduğu zamana təsadüf etməsi diqqət çəkir. Burdan da öz-özünə aydın olur ki, əslində bu qətnamənin qəbul olunmasında məqsəd başqadır və burda humanist dəyərlər rol oynamır. Əsas məqsəd türk ordusunun Afrini terroristlərdən təmizləməsini əngəlləməkdir. 

Qeyd edim ki, hərbi əməliyyatlar da Türkiyənin təhlükəsizliyi üçün aparılır. Hesab edirəm ki, qaçqınların və Suriyada yaşayan insanların humanitar yardıma ehtiyacı var. Bəs bu vaxta qədər niyə bu məsələni gündəmə gətirməyiblər? Humanitar yardımın məhz Afrin döyüşləri vaxtına təsadüf etməsi onu göstərir ki, Qərb ölkələrində müəyyən dairələr Türkiyənin bu bölgədəki fəallığından narahatdırlar.

Düşünürəm ki, dünyada Türkiyəfob amili də meydana çıxıb və sürətlə yayılır. Eyni zamanda Türkiyənin güclənməsindən qorxan dairələr var. Həqiqətən də Türkiyə bu gün təkcə regional güc kimi deyil, dünya siyasətinə təsir edən böyük gücə çevrilməkdədir. Bir çox qüvvələr də Türkiyənin güclənməsini, Türkiyənin bölgədəki nüfuzunun və təsirinin yayılmasını istəmirlər. Buna görə də Türkiyənin bu imkanlarının, potensialının artmasına maneçilik törətmək üçün müxtəlif fəndlərə və yollara əl atırlar. Bu yollardan biri də humanitar yardımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar