Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya və İraqda Türkiyənin əli boşda qalıb? –Təhlil


Güngör Mengi


Vatan (Türkiyə), 17.03.2017

Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşdən sonra deyib: “Heç kim Suriyanın ərazi bütövlüyünü təhlükəyə məruz qoymamalıdır”.

Prezident qeyd edib ki, Suriyaİraqın ərazi bütövlüyünün saxlanması “əsas vəzifəmizdir”, “biz bu ölkələrin bölünməyini qəbul etməyəcəyik”. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Mənbicdə “Rusiya və beynəlxalq koalisiya gücləri ilə birlikdə qarşılıqlı fəaliyyətdə olmaq istərdi”.

Uzun illər ərzində deyirik ki, Suriyaİraqın ərazi bütövlüyü uğrunda çıxış edirik, lakin bunu əvvəlki tək israr etmək mümkündürmü?

İraq Kürd bölgə administrasiyasının bu yaxınlarda Türkiyəyə səfər etmiş başçısı Məsud Bərzani jurnalistlərin sualına cavabında bu səfərə qədər dediklərini təkrar edib.

İraqSuriyanın rəsmi sərhədləri əhəmiyyətinin itirib… İndi İraqSuriyada vahid dövlətdən (unitar mənasında) necə danışa bilərik? İraqda güclü mərkəzi dövlətin olduğu dövrlər arxada qalıb”.

Başqa əməkdaşlıq

Məlum olduğu kimi, İraqın Kürdüstan bölgə administrasiyası öz ərazisini xeyli genişləndirib və bu bölgəyə “İraq Kürdüstanı” deyirlər. İraq hökuməti və ABŞ Bərzani və peşmərgə ilə birlikdə Mosulda əməkdaşlıq edir. PKK Mosul yaxınlığında yeni “Qəndillər” yaradır.

Suriyaya gəlincə, Bərzani deyir ki, “sərhədlər önəmini itiirb”, çünki orada “Rojava” adı altında Kürdüstan elan olunub.

Biz deyirik ki, “ərazi bütövlüyü uğrunda çıxış edirik”, bu nəyisə dəyişir?

Bizim Mənbicdə Rusiya və koalisiya gücləri ilə qarşılıqlı hərəkət etmək cəhdimiz bir qədər gecikmiş qərardır.

“Koalisiyaya başçılıq edən” ABŞ öz qüvvələrini Mənbicin  girişində yerləşdirib ki, Türkiyə SQ-nin şəhərə girməyinə mane olsun. Əsəd, Rusiya və “Demokratik Birlik” partiyası (PYD) isə onun tərəfindədir. PKK-nın Kobani kuratoru (niyəsə) Rusiya mətbuatı üçün açıqlama verib və deyib ki, PYD-PKK Mənbicdə mülki administrasiya yaradacaq.

Bundan dərhal sonra bunu elan ediblər, eyni zamanda PKK-nın minlərlə terrorçusu burada məxsusi yaradılmış düşərgələrdə təlim keçir.

Ciddi dilemma

Bu son xəbərlər meydana çıxmamışdan xeyli əvvəl ABŞRusiyann eyni cinahda olduğu haqda yazmışdım, buna görə də ABŞ senatoru Con Makkeyn “Biz Rusiya ilə eyni tərəfdə Türkiyəyə qarşı çıxış edirik” deyərkən məni qətiyyən təəccübləndirmədi. Məni bu fakt təəccübləndirir ki, Rusiya hazırda “ABŞ və koalisiya gücləri ilə qarşılıqlı hərəkət edərkən” Türkiyəyə münasibətdə özünü elə aparır ki, “guya belə şey yoxdur”.

Oxşar ziddiyyətli mövqeyi Türkiyə ilə əməkdaşlıq görüntüsü yaradıb başqa planlar hazırlayan Bərzani sərgiləyir. (strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar