Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya üzrə strateji rəqiblər alyans qura biləcəkmi? – Təhlil



Aleksandr Jelenin

rosbalt.ru, 04.04.2018


Ekspertlər proqnozlaşdırırlar – rəhbərləri Ankarada görüşən Rusiya, İran və Türkiyənin gerçək ittifaqı çətin ki mümkün olsun.

Çox ehtimal ki, Putin, Ərdoğan və Ruhani konkret sazişlər əvəzinə deklarativ bəyanatla kifayətlənəcəklər.

RF prezidenti Vladimir Putin Türkiyə başçısı Rəcəb Tayib Ərdoğanın dəvətilə çərşənbə axşamı ikigünlük səfərlə Ankaraya gəlib. Bu səfər çərçivəsində habelə İran prezidenti Həsən Ruhaninin iştirakıyla üçtərəfli danışıqlar baş tutacaq.

Başlanan sammit Rusiya KİV-lərinin təqdimində artıq baş tutan, indiki mərhələdə əsas məqsədi Suriyanın nüfuz zonalarına bölünməsi və ABŞ və müttəfiqlərinin bu ölkədən sıxışdırılması olan hansısa antiqərb alyansının müşavirəsi kimi görünür. İstənilən halda, SİTA-nın xəbər verdiyi kimi, Ankara danışıqlarında əsas mövzulardan biri məhz Suriyada durumun olduğu Rusiya prezidenti köməkçisi Yuri Uşakovun sözlərindən yaranan təəssüratdır. O, xüsusən də bu görüşün gündəliyindən danışarkən bildirib: “Gözlədiyimiz kimi, liderlər görüşün gedişində, həm də birgə bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tərəfdarlıqlarını qeyd edəcəklər, bu məsələ son dərəcə önəmlidir”.

Təbii, Rusiya prezidenti köməkçisi Suriya hərbi münaqişəsinin tənzimlənməsi üsullarına üç ölkə liderlərinin baxışlarındakı vahidliyi hər cür vurğulayıb. Lakin aydındır ki, indiki halda sülhsevər ritorikanın arxasında Suriyada və bütün Yaxın Şərqdə antiqərb alyansı yaratmaq cəhdləri nəzərdən keçirilir.

“Rosbalt” Rusiya, İran və Türkiyə prezidentlərinin bu cür ittifaq yaratmağa nə qədər yaxın olduqları haqda danışmağı ekspertlərdən xahiş edib. Onların hamısı əmindir ki, belə alyansın yaranması hələ çox uzaqdadır – doğrudan da, bu situativ müttəfiqlərin maraqları son dərəcə ziddiyyətlidir.

Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Vladimir Sajin qeyd edib: “SuriyaABŞ-sız bölmək çətindir, çünki amerikalılar hazırda Fəratın şərq sahilindədirlər”.

O xatırladır, bundan savayı, “əlbəttə, birliyi olmayan, amma orada böyük rol oynayan kürdlər öz sözlərini hələ deməyiblər. İsrail də öz sözünü deməyib”.

Ekspert qeyd edib ki, cari ilin yanvarında Suriyanın gələcəyi haqda ameriaklılar, ingilislər, fransızlar, iordaniyalıların “gizli müşavirəsi” keçirilib, burada həm də bu ölkənin taleyi həll olunurdu. “Buna görə də, – o, qeydə alıb, – düşünmürəm ki, onu birtərəfli qaydada bölmək olar, amma tam əminəm ki, o, xarici güclərin başçılıq etdiyi xeyli anklavlara bölünəcək və ya parçalanacaq”.

Şərqşünasın fikrincə, bu ölkənin savaşsonrası quruluşunu Suriyada fəaliyyətdə olan iki beynəlxalq koalisiyadan yalnız birinin həll etmyə nail olacağı şübhəlidir. O, hesab edir ki, Suriya münaqişəsinə qatılan bütün tərəflər anlaşmağa məcbur olacaq, amma Sajin hesab edir ki, bu “olduqca çətindir, çünki hətta indi Ankarada danışıqlar aparan üçlü koalisiyanın daxilində də Suriyanın gələcəyi müxtəlif cür anlaşılır – bu üçlükdəki hər bir ölkənin iki başqasının maraqları ilə çox da uzlaşmayan öz maraqları var”.

Şərqşünaslıq İnstitutu Yaxın və Orta Şərq ölkələrini araşdırma Mərkəzinin elmi əməkdaşı İlşat Sayetov ümumiyyətlə düşünümr ki,  bu gün Rusiya, Türkiyə və İranın başladığını ittifaqın qurulması adlandırmaq olar. O deyir: “Bu daha çox Qərbin ən gərgin  vaxtında hansısa bir yetərincə lət birlikdir”.

Onun baxışınca, bu daha çox “Suriyada nüfuz zonalarını bölmək, hansısa ərazi və ya siyasət hüdudlarında bir-birinin  iddialarını məhdudlaşdırmaq cəhdinə oxşayır. Orada ziddiyyətlər o qədər çoxdur ki, hansısa ittifaqdan danışmaq çətindir”.

Habelə bu da önəmlidir ki, RusiyaBəşər Əsədə ancaq qismən təsir edir” deyə ekspert qeyd edir. Onun fikrincə, “Hətta, bəlkə də, Rusiyadansa İran Əsədi daha çox təmsil edir”.

Sayetov deyir – hazırda Suriyanın Türkiyənin nəzarətində olan şimaldakı ərazilərinin necə idarə olunacağı haqda da böyük suallar qalır – xüsusən də nəzərə alınsa ki, Ankaranın bu rayonları işğal etməsi İranı qətiyyən razı salmır.

O davam edir – eyni zamanda Suriyanın şimalında türklərin kürd birləşmələrini özlərinin əsas hədəfi elan etdiyi nəzərə alınsa, onda burada Tehranla Anklaranın mövqeyi üst-üstə düşür, çünki İranda da xeyli kürd yaşadığından bu ölkə də “kürd mövzusu”nun genişlənməsində maraqlı deyil.

Bütünlükdə isə Rusiya, İran və Türkiyənin əsil ittifaqı çətin ki mümkün olsun və liderlər daha çox “konkret sazişlərlə deyil, deklarativ bəyanatlarla kifayətlənəcəklər”.

Ekspert belə düşünür. Bundan başqa, inanmır ki, “Ankara ən yaxın illərdə NATO-dan çıxa və Rusiya ilə ciddi siyasi ittifaq qura bilər. Və doğrusu, o, dəqiq Avropa Birliyindən qırılmayacaq, çünki Türkiyədə bu zaman sadəcə iqtisadi fəlakət olacaq”.

Sayetov hesab edir ki, məhz buna görə Ərdoğan görünən ən yaxın gələcəkdə, çox ehtimal ki, “Qərbdən asılılıqla özünün şaquli hakimiyyətini qurmaq və elektoratı cəmləmək üçün daxili siyasi planda ona sərfəli olan antiqərb ritorikası arasında manevr edəcək”.

Rusiya EA ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələrinin təhlili Mərkəzinin direktoru Aleksandr Şumilin də əmindir ki, “Ankaranı RF və İran alyansına birləşdirmək o qədər də asan deyil”.

Ekspert vurğulayır: “Ərdoğan uduzduğunu bu durumda özünəməxsus şəkildə yaxşı udur, bu zaman məsafəni gözləyir və aydın siqnallar verir ki, Birləşmiş Ştatlarla ciddi dalaşmağa hazırlaşmır. Xüsusən də eyham vurub ki, Mənbici (Suriyanın şimalında rayon) kürd elementindən azad etmək, amma Amerikadan deyil və ABŞ gücləriylə toqquşmadan yayınmaq   istəyir. Bundan savayı, Əsədlə bağlı mövqeyini dəyişməyib”.

Şumilin qeyd edir: “Bu mənada Ərdoğanın Putinlə alyansı strateji deyil, taktikidir. Bu, Rusiya bölmələrinin Türkiyənin maraqları üçün təcili tərk etdiyi Afrində işlədi. Ankarada indiki görüş hələ alyans deyil, konkret məsələlər üzrə anlaşmalardır. Cəlb edilmiş üç tərəf, bir-birndən və bütünlükdə durumdan baş açmalı olan üç yırtıcı var. Amma hər üçünün strategiyaca yolları ayrılır”.

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar