Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya müharibəsi boru kəmərləri savaşıdırmı?


2013-cü ildən məşhur olan tezisdə doğrular və yalanlar


Pol Koşrane

"Middle East Eye

Ən azı 400 min nəfərin həlak olduğu altı illik münaqişə ilə əlaqədar belə geniş yayılmış inam ki, Suriyada axan qanın dayanmaması sadəcə Yaxın Şərqin enerji resursları naminə müharibədir.

Qətliamın səbəbi, proksi nəzəriyyəyə görə, Türkiyə və Avropaya uzanacaq iki boru kəməri təklifi uğrunda davadır.

Hərçənd kəmərlərdən biri layihə lövhəsində hələ də qalır, yaxud həqiqətən bir vaxtlar real görünürdü və bu, Suriyada münaqişə əsas səbəb kimi nəzəriyyənin populyarlığını zəiflətməyib.

Güman edilir ki, ilk boru kəmərinə iddialı ABŞ-dır və Qətərdən Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə Suriyaya qədər uzanacaq. Rusiyanın dəstəklədiyi ikinci kəmər İrandan İraq vasitəsilə Suriyaya istiqamət götürür.

İddia edilir ki, Suriya prezidenti Bəşər Əsəd Avropanın Rusiya qazından asılılığının sarsılmaması üçün Moskvanın xahişi ilə 2009-cu ildə Qətərin kəmər layihəsini rədd edib.

Nəticədə, bəzi şərhçilərin iddia etdiyi kimi, ABŞQətər, o cümlədən Avropa və Körfəz müttəfiqləri, İran seçənəyi deyil, onların boru arzularının reallaşmasını təmin etmək üçün Əsədə qarşı üsyan təşkil etdilər. Rusiya da öz növbəsində, enerji maraqlarının üstünlüyünü təmin etmək üçün Suriyaya dəstək verdi. İran, həmçinin Dəməşqdəki mövcud rejimin müttəfiqidir.

Bu iddialar bir neçə rüb ərzində təşviq edilib: Qətərin “Əl-Cəzirə” kanalı ilk dəfə 2012-ci ildə "Boru kəmərləri müharibəsi" ("Pipelineistan") anlayışını dövriyyəyə çıxardı.

Hətta ABŞ-ın “Foreign Affairs” jurnalı və “Guardian” qəzetində oğul-Robert Kennedinin məqaləsində qeyd olunan bu nəzəriyyə sonradan, digərləri, o cümlədən 2016-cı ildə ABŞ prezidentliyinə sabiq namizəd, Yaşıllar Partiyasından olan Cill Steyn tərəfindən dilə gətirilib.

Həmin fikir aprel ayında ABŞ-ın Suriyanı bombalamasından sonra yenidən gündəmə çıxarıldı. Bu, iddiaya görə, Vaşinqtonun Əsəd sıxışdırmaq və Avropaya şaxələndirmə ilə Rusiyadan qaz asılılığını azaltmaq imkanı istəyinin daha "sübut" idi.

ABŞ Əsəd rejiminə qarşı Körfəz müttəfiqləri gizli əməkdaşlıq etdiyi dövrdə Suriyada enerji resursları və boru kəməri şəbəkələrinə nəzarət əsas vəzifə deyildi. Amma əgər belə idirsə, bu rejim dəyişikliyi üçün çox aşağı prioritetdir.

Niyə?

Birincisi, xronologiya səhvdir. Suriyaya qarşı gizli fəaliyyət 2005-ci ildə oğul-Corc Buşun administrasiyası dövründə başladı. Yəni 2009-cu ildə Qətərin Dəməşqə iddia edilən təklifindən əvvəl.

"Biz ABŞ-ın Suriya rejiminə qarşı tədbirlərini “kəmər müharibəsi” anlayışından qabaq meydana gəldiyini görə bilərik", – Oksford Universitetinin enerji alimi Custin Dargin deyir.

İkincisi, boru kəməri fərziyyələri reallıqlarla uzlaşmır və Yaxın Şərq vasitəsilə nəqlin başqa maneələri var. Məsələn, hətta ikinci mərhələsi 2005-ci ildə başlayan Ərəb qaz xətti problemlər içində itib-batdı.

“Yanar Ölkə: suriyalılar inqilab və müharibədə” kitabının müəllifi Robin Yassin-Kassab deyir ki, «Pipelineistan» nəzəriyyəsi münaqişənin başlanması vaxtı və inqilabın erkən aylarına uyğun gəlmir.

"Bütün sui-qəsd nəzəriyyələri kimi, bu nəzəriyyə ölkə barədə biliklər və məzmun yoxluğundan inkişaf edir", – analitik deyir.

1. Daxili tələb

2009-cu ildə Suriya öz hüdudlarından kənarda minimal diqqət cəlb edən siyasət elan edib. "Dörd dəniz strategiyası" “Mashreq” Avro-Ərəb qaz kəməri (AGP) olmaqla, ölkədə 6.300 km-lik qaz və neft kəmərlərinin genişləndirilməsi ilə, Körfəz, Qara dəniz, Qafqaz və Aralıq dənizi arasında qaz tranzit mərkəzə çevrilməsi məqsədinə hədəflənmişdi.

AGP artıq “Pipelineistan” əhvalatında əsas xüsusiyyət deyil, lakin söhbət bu regionda boru kəmərlərinin çəkilişindən düşərkən, ortaya çıxan problemləri göstərir.

Avropa-Ərəb borusunun tikintisi təxminən 20 ildir davam edir. Türkiyəyə çatanadək Misirdən İordaniya və Suriyaya uzanacaq 1200 km-lik kəmərin 1,2 milyard $-a başa gələcəyi nəzərdə tutulurdu. 2003-cü ildə inşası başlayan xətt Avropaya qaz ixrac edəcəyi planlaşdırılan “Nabucco” kəməri ilə birləşməli idi.

2011-ci ilin fevralında Sina yarımadasının şimalında boru kəməri hücumdan sonra (AFP)

AGP planının əsas elementlərindən biri Misirin Suriya və İordaniyaya qaz nəql etməsi idi. Suriya Misir qazını istifadə etməli və sonra yola salınana qədər öz şimal yataqları hesabına qaz kəmərindəki ehtiyatları artırmalıydı.

2011-ci ildə Suriyada müharibə başladıqda, AGP-in son mərhələsi – Hələbdən Kilisə (Türkiyə) uzanan xəttin inşası dayandı. Amma münaqişədən əvvəl onun hər kilometri 1,5 milyon $-a başa gəlmişdi.

Cim Dikons layihənin final mərhələsini dizayn etmiş, o cümlədən AGP-nin Suriya hissəsində çalışmış şotlandiyalı enerji məsləhətçidir.

"Mən 2010-cu ildə Dəməşqi tərk edəndə, İordaniya vasitəsilə ötürülməli kifayət qədər qaz yox idi, – o deyir. – Misirlilər qaz tələsinə düşmüşdü. Onların ixrac etmək üçün kifayət qədər qaz yox idi. Baxmayaraq ki, hamı ilə müqavilələr imzalayırdılar, amma öhdəliklərini yerinə yetirə bilmirdilər”.

Misirdə qaz hasilatı 2010-cu ildə sutkada 220 milyon kub futdan (MCF) 2011-ci ildə 80 MCF-yə düşmüşdü. AGP Sina yarımadasında kəmərə terror hücumlarının ardınca əməliyyatların bərpa edilməməsi və Misirin artan ehtiyaclarından sonra 2012-ci ildə bağlanıb”.

Kifayət qədər qaz olmadan AGP “ağ fil” olardı. "Bütün layihə Misirdən Avropaya qaz ixracı üçün idi, – Dikons deyir. – Əslində, onda heç vaxt kifayət qədər qaz olmayacaqdı".

AGP kimi, Suriya vasitəsilə nəqli planlaşdırılan İran boru kəmərinin də eyni problemi olacaqdı.

"İran uzun müddət Fars körfəzində “Cənubi Pars” yatağını inkişaf etdirməyə cəhd edib, lakin hansı inkişaf planlarının prioritet olması ilə bağlı İran daxilində rəqib nəzəriyyələr, böyük maneələr az deyil. Onlar arasında öz ehtiyaclarını ödəmək fikri üstünlük təşkil edir".

Həqiqətən, hətta 2011-ci ildə Dəməşqlə müqavilə imzalanana qədər İran öz qaz ehtiyaclarını ödəyə bilmədi.

Dikons izah edir: "Məsələ ondadır ki, Suriya fəal şəkildə İran qazından bəhs edərkən, Tehran qış aylarında Azərbaycandan qaz idxal edib. Bu, həqiqətən, pəncərədən qaz işğal etmə nəzəriyyəsini öldürür. İranın Suriyaya qaz nəql etməsi söhbəti tam cəfəngiyatdır və bunu o zaman Suriyanın enerji nazirinə demişdim".

2. Mənzərənin itkin parçası

AGP-nin Suriyadan kənarda davamlılığı da “Nabukko”dan – Avropanın qaz idxalını şaxələndirmək üçün nəzərdə tutulmuş boru kəməri təklifindən asılı idi.

2002-ci ildə Avropa və Türkiyənin enerji şirkətləri konsorsiumu tərəfindən təklif edilmiş bu ideya 10 milyard $-dan çox vəsait hesabına başa gələcəkdi. Bu layihə Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Baumqartenə qədər (Avstriya) 3 min km-lik boru xəttilə 31 milyard kubmetr təbii qaz nəql etməli idi. Amma 2009-cu ildə “Nabucco” hələ açılmamış onun proqnozlaşdırılan tikinti xərcləri 25 milyard $ həddini aşdı.

Səkkiz il keçsə də, “Nabucco” hələ də qeyri-adi dəyəri və siyasi oyunlar ucbatından inkişafdan qalıb. Dargin deyir: "Enerji konfranslarında “Nabucco”dan söz açılır. Amma söz gəlişi".

Nabucco” boru kəməri Avropaya qaz satmaq istəyən hər iki digər boru kəməri üçün əhəmiyyətlidir. RusiyaNabucco”ya və Qətər kəməri ideyasına qarşı çıxsa da, bu münaqişə üçün kifayət deyildi. Dargin deyir. "Sizin motiviniz var, qurban da, lakin cinayət aləti yoxdur. Deməli, dəlil-sübut da".

Bundan başqa, Rusiya Bolqarıstan və Avropa vasitəsilə Qara dənizdən keçməklə tamamilə Türkiyəni kəsib-biçən “Cənub Axını” layihəsinin elan edərək, 2007-ci ildə “Nabucco”nu kökündən baltaladı.

Layihə Avropa İttifaqı ilə siyasi problemlər ucbatından 2014-ci ildə ləğv edildi.

Sonra, 2014-ci ildə Moskva Qara dəniz vasitəsilə Türkiyənin Avropa hissəsindən keçməli olan "Turkstream" layihəsini təklif etdi. 2015-ci ildə Rusiya təyyarəsi Türkiyə tərəfindən vuruldu, layihə ləğv edildi.

Hər iki layihə, xüsusilə “Turkstream” yenidən canlansa, Türkiyə İran və ya Qətər qazını nəqli edə bilmədi.

3. Dəməşqə heç bir Qətər təklifi olmayıb

2009-cu ildə rəsmi Dəməşqin Qətərin təklifini rədd etməsi iddiası 2013-cü ildən gündəmdədir. Söhbətin bu hissəsi Rusiya prezidenti Vladimir Putin və Səudiyyə ərəbistanlı Bəndər bin Sultan ilə görüşü haqqında 2013-cü ildə “Agence France-Presse”in məqaləsində adsız diplomatların bəyanatlarına bağlıdır.


Qətərin əmiri Şeyx Hamad bin Xəlifə əl-Tani və xanımı Şeyxa Moza bint Nasir əl-Misned Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma 2010-cu ilin yanvarında Doha hava limanında (AFP)

Məqalədə deyilir: "2009-cu ildə Əsəd Avropanın ən yaxşı təbii qaz təchizatçı olan Rusiya müttəfiqinin maraqlarını qorumaq üçün Qətər ilə Suriya vasitəsilə Avropaya Körfəzdən quru ərazilə uzanacaq kəmərə dair müqavilə imzalamaqdan imtina edib".

Amma Dargin deyir ki: "Qətərin hətta 2009-cu ildə Suriyaya yaxınlaşdığına və rədd cavabı aldığına dair bu iddianı dəstəkləyən heç bir dəlil yoxdur. "Mən demirəm ki, bu proses ümumiyyətlə olmayıb. Sadəcə bunu təsdiqləyən etibarlı mənbələr yoxdur".

Doha və Dəməşq arasında güclənən siyasi və iqtisadi əlaqələri vurğulayan suriyalı ekspertlər də Castin Darginin iddiasını dəstəkləyirlər.

Yassin-Kassab deyir: "Absurd ondadır ki, 2011-ci ilin yayındək Əsəd rejimi və Qətər arasında münasibətlər əla idi. Əsədlə xanımı və Qətərin kral cütlüyü dost kimi təsvir edilirdilər".

Əsəd 2011-ci ilin sonundan etibarən Qətəri terrorçulara verdiyi dəstəyə görə tənqid edib. Amma Qətərin boru kəməri ucbatından üsyançıların tərəfini tutduğunu heç vaxt dilə gətirməyib.

Suriyanın iqtisadi saytının redaktoru Cihad Yaziq deyir: "Suriya hökuməti Qətərin boru kəməri üçün mübarizə apardığını deməyib, Əsəd də belə bəyanat verməyib".

4. Moskva-Tehran əlaqəsi

“Pipelineistan”ın digər hissəsi – İslam boru kəməri kimi tanınan İran-Suriya boru kəməridir.

Yaziq izah edir: "İslam kəməri söhbəti neçə illərdir danışılır, lakin 2011-ci ilin iyuluna, müqavilənin imzalanmasına qədər Suriyaİran arasında qarşılıqlı anlaşma memorandumu təsdiqlənib. Amma bu, bütün ölkəni məhv etmək üçün ciddi səbəb deyil".

2015-ci ilin noyabrında Tehranda Qaz İxrac edən Ölkələrin Forumunda (GECF) İran prezidenti Həsən Ruhani və rusiyalı vəzifədaşı Vladimir Putin (AFP)

Layihə siyasi cəhətdən məqsədəuyğun olsa da, o, iqtisadi və enerji reallıqlarına cavab vermirdi. Birincisi, layihənin 10 milyard $-a başa gələcəyi təxmin olunudu, lakin Tehran və Suriya 2011-ci ildən ABŞ-ın və beynəlxalq sanksiyaların altında olduğundan layihəni kimin maliyyələşdirəcəyi aydın deyildi.

İkincisi, İran qazının böyük həcmdə ixrac imkanları yoxdur. Sanksiyalar onun qabaqcıl ABŞ texnologiyalarına yolunun bağlanması deməkdir. Bu, Qətər ilə sərhəddəki “Cənubi Pars” yatağından istifadə imkanını daraldır.

Rusiyanın İranın xeyrinə Dəməşqi Qətər boru kəmərinə veto qoymağa məcbur etməsi başqa bir reallığı üzə çıxarır – Moskva və Tehran potensial enerji rəqibləridir.

"Regionda qaz ixracı üçün yarış Qətərİran yox, Rusiyaİran arasında gedir, – Yaziq deyir. – Avropa bazarına ən böyük paya sahib olan ruslardır və onlar bu üstünlüyü əldən vermək istəmir. Onlar İrandan qorxur".

Boru kəməri savaşlarının Avropaya şaxələndirmə imkanı verəcəyi müzakirə olunarkən, Rusiya qazının ixracı 2017-ci ilin yanvarında rekord vurdu.

2016-cı ilin dekabrında xammal treyderi “Glencore” və “Qatar Investment Authority” – ölkənin suveren sərvət fondu Rusiyanın “Rosneft” dövlət neft şirkətinin 19,5 faiz səhmini 11 milyard $-a əldə etdi.

Nəticə: Qatar Suriyaya uzanacaq hər hansı bir boru kəməri ilə müqayisədə Avropa bazarına asan çıxışı əldə etdi.

5. Siyasət planlar barədə düşünməyə məcbur edir

İran boru kəməri İraqdan keçməli idi. Münaqişə zonasında infrastrukturun qurulması problemindən başqa, hətta 2009-cu ildə İraqdan Suriyaya qısa məsafəyə qaz nəqli qeyri-mümkün oldu.

Dikson deyir ki, iraqlılar AGP layihəsinin müşahidəçiləri idi və o da İraqdan Aİ-yə İraq qazının nəqlini müzakirə edib.

"Lakin ideya siyasət bataqlığında qaldı. İraq infrastrukturu belə pis saxlanılmış və istismar olunmuşdu ki, onu yenidən bərpa etmək lazım gəldi".

Eyni zamanda, Qətərin planlarına da siyasət təsir etdi.

C.Dargin izah edir: "Belə bir boru kəməri Səudiyyə ərazisindən keçməli idi. Rəsmi Riyad Suriyadan daha böyük maneə olaraq regional boru kəmərləri üçün çoxsaylı təkliflərə qadağa qoydu".

Həqiqətən, Səudiyyə Ərəbistanının maneəsi 2000-ci illərdə Qətərdən BƏƏ-yə qaz nəql edən “Dolphin” kəməri marşrutlarını yenidən planlaşdırmaya səbəb oldu. Bu dövlətlərin üçü də Körfəz Əməkdaşlıq Şurasının üzvləridir.

"Onun dəniz sərhədlərini keçə kimi Səudiyyə Ərəbistanı “Dolphin” boru kəmərinin sualtı keçidinə çoxsaylı maneələr yerləşdirdi, – Dargin deyir. – Səudiyyənin müxalifliyi Bəhreyn və ya Küveytə Qətər kəmərinin çəkilməmisinin əsas səbəbi oldu".

Qətər qaz kəmərlərinə Səudiyyə müxalifliyi ucbatından Doha mayeləşdirilmiş təbii qazı (LNG) kəmərlər strategiyasından üstün tutdu.

Nəticədə, Doha son 15 il ərzində dünyanın ən böyük LNG ixracatçısına çevrilib. 11 milyard $ sərmayə yatırmaqla o, Asiya, xüsusilə Yaponiya, Çin, Cənubi Koreya və Hindistanda ən sürətli böyüyən qaz bazarları əldə etdi.

Qətərli müstəqil enerji mütəxəssisi Nasir Təmimi deyir: "Mövcud infrastrukturu ilə Qətərin boru kəməri vasitəsilə Avropaya satmaq üçün kifayət qədər qazı yoxdur. Çünki müqavilələrin əksəri hazırda Asiyanın payına düşür və uzunmüddətlidir. Boru kəməri isə iqtisadi cəhətdən əsaslı və boru kəmərinin xərcləri bərpa etmək üçün uzunmüddətli və sabit alıcılar tələb edir".

Bu və digər amillər Qətərİranın təkliflərini yaxın dövrdə qeyri-mümkün edir.

Təmimi izah edir: “Suriyaİraqda vəziyyət sabitləşərsə, Səudiyyə Ərəbistanıİraqın siyasi münasibətləri yaxşılaşarsa… onda boru kəməri barədə düşünmək olar. Lakin bu, xam xəyaldır".(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar