Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya böhranında Rusiyanı kimlər dəstəkləyir? - Şahin Cəfərli


Suriya böhranında Rusiyanı kimlər dəstəkləyir?


“Dünən axşam İsrail Hələb ətrafındakı İran hərbi bazasını bombalayıb. Bəzi məlumatlara görə, təxminən 20 iranlı zabit ölüb. Digər məlumatlara görə isə koalisiyanın Suriya əməliyyatından əvvəl baza boşaldıldığı üçün ölən yoxdur, sadəcə silah anbarları partlayıb. (Raketləri vurduğunu iddia edən Suriya hökuməti nədənsə təyyarələri vura bilmir)”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Suriyada baş verən hadisələri şərh edərkən deyib.

“Dünən axşamın daha bir vacib hadisəsi BMT Təhlükəsizlik Şurasında Rusiya qətnaməsi üzrə keçirilən səsvermə oldu. Layihənin qəbulu gözlənilmirdi, amma mümkün qədər çox tərəfdar toplamaq baxımından Moskva üçün vacib idi. ABŞ, Britaniya və Fransanın qınandığı layihəni 15 üzv ölkədən 3-ü (Rusiya ilə birlikdə Çin və Boliviya) dəstəklədi. 8 ölkə əleyhinə səs verdi, 4-ü isə bitərəf qaldı. Diqqət çəkən detal budur ki, Rusiyanın rəsmi müttəfiqi Qazaxıstan bitərəf qalaraq Moskvanın yanında yer almadı.

Qərbdə Rusiyaya qarşı sanksiya təzyiqinin də gücləndirilməsi planlaşdırılır. Britaniya hökuməti bəzi rusiyalı oliqarxlara qarşı sanksiyalara hazırlıq görür. ABŞ hökuməti isə Bəşər Əsədə dəstək verməsi səbəbi ilə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi düşünür. Konqresə Rusiyanın qiymətli kağızlarına sanksiya qoyulmasını nəzərdə tutan qanun layihəsi də təqdim olunub, lakin indiki mərhələdə Tramp hökuməti bu cür radikal addımı dəstəkləmir. (Bu tip sanksiya Rusiya iqtisadiyyatı üçün əsl zəlzələ olar.)

Hərçənd, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Pompeo iki gün əvvəl Senatda çıxışında "Putin hələ ki bizim mesajımızı anlamayıb" deyərək sanksiyaların ağırlaşdırılmasına tərəfdar olduğunu bildirdi. Yeri gəlmişkən, Pompeo fevralın 7-də Suriyada rusiyalılar (Vaqner qrupu) ilə baş vermiş toqquşma barədə ilk dəfə danışaraq ABŞ ordusunun zərbələri nəticəsində bir neçə yüz rusiyalının öldürüldüyünü açıqladı”.

Politoloqun fikrincə ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatında 2 siyasi məqsəd güdülür:

“Birincisi, Suriyada uğur qazanan, bu uğurunu regional və qlobal miqyasda yaymağa çalışan Rusiyanın xarizmasını cızmaq, onun nüfuzuna zərbə endirmək. (İranı da bura əlavə etmək olar.)

İkincisi, Rusiya ilə yaxınlaşan və ya yaxınlaşmağı düşünən bölgə ölkələrinə, o cümlədən Türkiyəyə mesaj vermək, bu kontekstdə Rusiyanın hava-raket hücumundan müdafiə silahlarının o qədər də etibarlı olmadığını, yüzdə yüz müdafiə qarantiyası vermədiyini nümayiş etdirmək. (Suriyanın istifadəsində S-300 var.)

Yəni sırf hərbi baxımdan bu əməliyyatın Bəşər Əsədə, onu dəstəkləyənlərə sarsıdıcı zərbə vurğunu söyləmək mümkün deyil. Məqsəd siyasidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar