Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürətli yemək piylənmə riskini artırır


Alimlər yavaş yeməyin piylənmə riskini azaltdığını müəyyənləşdiriblər


Yaponiyada şəkərli diabet xəstələrin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Tədqiqat əsnasında Yaponiyada 2008-2013-cü illər arasında mütəmadi yoxlanışdan keçən ikinci tip 59 min 700 diabet xəstəsinə yemək vərdişləri ilə bağlı suallar verilib. İştirakçılar gündə neçə dəfə və nə qədər sürətlə yedikləri, səhər yeməyi və yatmadan əvvəl yemək yeyib-yemədikləri barədə 7 suala cavab veriblər.

Nəticələr göstərir ki, sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkdiyi məlum olub.

Bədən kütlə indeksinin yavaş yemək yeyənlərdə ortalama olaraq 22-dən bir az çox, normal yeyənlərdə 23,5, sürətli yeyənlərdə isə təxminən 25-ə yaxın olduğu təsbit edilib. Bel ətrafındakı yağların da yemək yemə sürəti artdıqca çoxaldığı məlum olub.

Tədqiqatın nəticələrinə əsasən, yavaş və müntəzəm yemək yeyən, səhər yeməyini qaçırmayan, gecə yatmazdan əvvəl yeməyən insanlarda şişman olma riski azalır.

Digər tərəfdən yemək yemə vərdişlərini dəyişdirən xəstələrdə də bədən kütlə indeksinin azaldığı müəyyənləşib.

Araşdırmanın nəticələri "BMJ Open" elm dərgisində yayımlanıb. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar