Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda məcburi köçkünlərlə bağlı - Müşavirə


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətində iclas keçirilib və konkret tədbirlər müəyyənləşdirilib


İclasda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə həsr etməsi Azərbaycan dövlətinin yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımıza olan diqqətinin bariz nümunəsidir.

İlqar Abbasov bildirib ki, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ümumiyyətlə, ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Onlardan 20246 nəfəri Suraxanı rayonu ərazisindəki uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, digər sosial obyektlərdə, tikintisi tamamlanmamış, istismara qəbul olunmamış binalarda və başqalarına məxsus zəbt edilmiş mənzillərdə məskunlaşıblar.

Onlardan 4 bina - Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi, keçmiş 1 saylı Texniki Peşə Məktəbi, Xanlar Ələkbərov küçəsi, 72 ünvanındakı yataqxana, Xanlar Ələkbərov küçəsi, 41 saylı bina və Əmircan qəsəbəsi, Park küçəsi, 32 ünvanındakı bina qəzalı vəziyyətdədir.

Soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi Suraxanı RİH-in daim diqqət mərkəzində saxlanılır və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə lazımi tədbirlər görülür. Bildiyiniz kimi, dövlətimizin başçısının göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün xüsusi proqram çərçivəsində böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. Bu proqrama əsasən 2016-cı ildə 1072 nəfər işsiz rayon sakini işlə təmin edilib, 2017-ci ildə isə rayonda 1435 müvəqqəti iş yerinin açılması nəzərdə tutulub, hazırda Rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında həmin iş yerlərinə 715 nəfər işsiz vətəndaş, o cümlədən Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində yaşıllaşdırma və yaşayış binalarının cari təmiri işlərinə 542 nəfər vətəndaş işə qəbul edilib və hazırda bu proqram üzrə işlər davam etdirilir.

Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Suraxanı rayonunda da operativ qrup yaradılıb və ötən bir neçə gündə təxirəsalınmaz tədbirlər reallaşdırılıb. Qəzalı yerlərdə və ağır şəraitdə yaşayan, ilk növbədə köçürülməyə ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilib, məşğuliyyətsiz məcburi köçkünlərin müvafiq iş yerləri ilə təmin olunması üçün işlər aparılıb.

İclasda çıxış edən məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar