Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib



Bu gün Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan”nın Suraxanı rayonunda icrasına həsr olunmuş tədbir keçirilmişdir.

 Tədbiri giriş sözü ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova açaraq qeyd etdi ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial addımları sayəsində korrupsiyaya qarşı mübarizə vahid strategiya çərçivəsində qurulub, bu sahədə görülən tədbirlər davam etdirilib, dövlət orqanlarının fəaliyyəti təkmilləşdirilib və onlara səmərəli nəzarət mexanizmləri yaradılıb, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyi, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılıb. 

Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) rəhbəri  Edqardo Anqaranın sözlərinə görə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atan ölkələrdən biridir. Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub və qanunvericilik bu sahədə tam təkmil hesab oluna bilər. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bəyan etdi ki, keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq. Bu mübarizənin gözəl nəticələri var. Kompleks tədbirlərin görüldüyünü bildirən dövlət başçısı keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını, bir yenilik gətirdiyini qeyd edib. 

Sevinc Hüseynova qeyd etdi ki, rayon müəssisələrində belə tədbirlərin xüsusi qrafik üzrə keçirilməsi nəzərdə tutulub. Davamlı olaraq əhali və əmək kollektivləri arasında hüquqi maarifləndirmə işləri aparılacaq.

Tədbirdə iştirak edən rayon Prokuronun əməkdaşı Aqil Cəfərov, rayon Məhkəməsinin nümayəndəsi Ceyhun Qədimov, Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndəsi Esmira Hacıyeva və 24 nömrəli BŞX-nın şöbə müdiri Şərdiyyə İsmayılova çıxışlarında görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdılar və bütün cəmiyyətlər üçün sosial bəla olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərəli olması üçün birgə fəaliyyətin zəruriliyini xüsusi qeyd etdilər. Əhali arasında maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsi də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyi də çıxışlarda vurğulandı.

Qeyd edildi ki, rayonun əhali ilə birbaşa təmasda olan dövlət müəssisələrinin, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və ya nümayəndələrinin iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısının yerlətdə keçirdiyi səyyar qəbullar vətəndaşların müraciətlərinə operativ baxılmanı təmin etməklə bərabər, həm də korrupsiyaya qarşı yönəlmiş tədbirdir. Belə qəbullar Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinin iştirakı ilə qəsəbə İnzibati ərazi üzrə nümayəndəliklərində, xidmət sahələrində və digər dövlət qurumlarında həyata keçirilir. Vətəndaşların qəbullarda qaldırılan məsələlrin həllində bələdiyyələrlə birgə iş təcrübəsi də var və yaxşı nəticə verir. Korrupsiyaya qarşı ciddi mübarizə şəffaflığın tam təmin olunmasına, idarəetmənin ən yüksək kreativ mexanizmlərlə həyata keçirilməsinə və Azərbaycanda açıq hökumət quruculuğunun möhkəmlənməsinə səbəb olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar