Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda böyük məbləğdə pul və qızıl oğurlandı


Zərər çəkən qadının qardaşı Atim Məmmədov: "Polislər şübhəli bilinən şəxsi tutmaq istəmir"


 Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində məcburi köçkün ailəsinə basqın edilib. 

Laçın rayonundan olan məcburi köçkün İlqar Cabbarovun evinə girən 3 maskalı şəxs onun həyat yoldaşının əl-qolunu bağlayıb, ağzına "skoç" vurub, evdən 25 min manat pul və 5 min dəyərində qızıl oğurlayıblar. Bu dəhşətli hadisə 1 və 4 yaşlı uşaqların gözü qabağında baş verib. 

İlqar Cabbarovun həyat yoldaşı Gülnar ANS PRESS-ə verdiyi açıqlamasında bildirdi ki, avqustun 21-də səhər saatlarında maskalı şəxslər qonşu adı altında onu aldadıblar, qapı açıldıqdan sonra isə evə giriblər: 

"Həyat yoldaşım səhər tezdən evdən çıxıb işə getmişdi. Maskalılar mənə bıçaq çıxardaraq, səs-küy salmamağımı tələb etdilər. Məndən pulların və qızılların harada olduğunu soruşdular. Evdə pul olmadığını, yoldaşımın pulları üzərində götürdüyümü dedim. Qızılların da Əhmədlidə qohumlarımızgildə saxladığımızı dedim. Üstümdəki sırğaları, üzüyü, boyunbağını açıb götürdülər. Və evləri axtardılar. Əllərimi skoçla bağlamaq istəyəndə müqavimət göstərdim. Bu zaman uşaqlar ağlaşmağa başladı. Yalvardım ki, imkan verin uşaqların yanına gedim. Xəstə uşaqdır. Ağlayanda özündən gedir. Buna məhəl qoymadılar. Bu zaman özümdən getdim. Onlar isə otaqları axtarmağa başladıllar. Özümə birtəhər gəlib qonşuları köməyə çağırmaq üçün çölə qaçdım. Qohumumuzun evi bizdən 200 metr uzaqlıqda idi. Ora çatıb, hadisəni deyəndən sonra geri qayıtdım. Evdə olan pulun və qızılların oğurlandığlnı və maskalı şəxslərin isə qaçıb getdiyini gördüm.

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verdik".

Gülnar Cabbarovanın sözlərinə inansaq, evdə 25 min manat pulun olması barədə qohumları və evə gedib-gələnlərin əksəriyyətinin xəbəri olub: "Bizim ev o qədər gözəgəlimli deyil. Heç kim inanmazdı ki, belə evdə bu qədər pul olar. Heç polislər də inanmadılar. Sonardan bizi sorğu sual edəndən sonra inandılar. Yoldaşım qəssab işləyir. Bərdədən Bakıya mal-heyvan dalınca gedir-gəlir".

Qeyd edək ki, basqın hadisəsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Bölməsi araşdırma aparır. Bölmənin növbətçi hissəsindən də ANS PRESS-ə oğurluq hadisəsinin olduğunu təsdiqləsələr də əlavə məlumat verə bilməyəcəklərini dedilər.

Gülnar Cabbarovanın dediyinə görə, maskalı şəxsləri və onların gəldikləri maşını qonşular görüb.

Gülnar Cabbarovanın qardaşı Atim Məmmədov isə bacısının həyatı üçün olan təhlükədən narahat olduğunu ANS PRESS-ə bildirdi. Onun sözlərinə görə, polis hadisə ilə bağlı lazım olan işləri görməyib: 

"Məsələn evdə ekspertiza aparılmayıb, qonşu qız dindirilməyib. sadəcə maskalı şəxslərin maşınının rənginin "metallik" olduğunu eşidib, qəsəbədə makler işləyən birini gətirib, bacımın onu tanıyıb tanımadığını soruşublar. Bacım da maskalı şəxslərin heç birinin ona oxşamadığını bildirib. Qohumlar və evə gedib-gələnlərdən şübhələndiyimiz adamlar var. Yeznəmin dayısı oğlunun dostu olduğu bildirilən Qarayağdı adlı adamı üzləşdirmək üçün evə gətiriblər. Bacım onu görən kimi özündən gedib. Özünə gələndə maskalı şəxslərdən birinin həmin Qarayağdı olduğunu deyib. Digər birinin isə onun dostu Aqşin olduğuna şübhəmiz var. Hər ikisi bacımgildə vaxti ilə qonaq olublar. Bu barədə polisə də məlumat vermişik. Polis həmin Qarayağdı adlı şəxsi saxlamayıb, Tərtərdə Murad adlı adam zəng edərək Qarayağdını buraxdırıb. 3 gündür ki, həmin şəxs barədə heç bir tədbir görülməyib. Bacımın onu tanıdığına görə, gəlib bacımı öldürə də bilər. Bu variant istisna deyil. Məcbur qalıb rayondan gəlib, bacımın yanında qalıram". 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar