Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sünnət toylarına qadağa qoyulur?


Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu, israfçılıq əleyhinə çıxışların tez-tez səsləndirildiyi bu günlərdə Modern.az saytı maraqlı məlumat əldə edib


PİA.AZ  xəbər verir ki, saytın əldə etdiyi məlumatda bildirilir ki, bir-ik gündür Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina esinlər.

Paytaxtdakı şadlıq evlərinindən birinin adının çəkilməməsini istəyən administratoru sayta deyib ki, qeyri-rəsmi göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan göstərilməyib. Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərndən imtina etdikləri söylənilir.

Qeyd edək ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik mərasimlərinin keçirldiyi məkanlara çevirilib. Bu məsələdə yalnız həmin obyektlər ittiham olunur, halbuki təmtəraqlı ad günləri, nişan və elçilik mərasimləri düzənləyən bəzi imkanlı azərbaycanlılar da ictimai qınaq obyekti olmalıdırlar.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov  deyib ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını istəyir. “Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyülər düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla,  işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur.  İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır”.

Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ qaldırıla bilər. 

“Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar