Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellekt xəstəlikləri diaqnozlaşdıracaq


Bu il Böyük Britaniyanın dövlət xəstəxanalarında həkimlərə ürək və ağciyər xəstəliklərinin diaqnozlaşdırılmasında kömək edəcək ilk süni intellekt alqoritmlərinin tətbiqinə başlanılacaq


Bütün xəstələr süni intellekt xidmətlərindən pulsuz yararlana biləcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, səhiyyə sahəsi üzrə ekspertlər əmindir ki, xəstəliklərə diaqnozun qoyulması üçün süni intellektin tətbiqi hər il 1 milyard funtadək vəsaitin qənaətinə kömək etməklə yanaşı, xəstəliklərin diaqnozlaşdırılması prosesini sürətləndirəcək - alqoritmlər şəkillərlə sürətli və fasiləsiz işləyəcək. Bu isə öz növbəsində tibbi heyətin yorulması ilə əlaqədar məhsuldarlığın aşağı düşməsinin qarşısını alacaq.
 
Məlumata görə, ağciyər xərçəngini aşkarlayan və ürək-damar xəstəliklərini diaqnozlaşdıran süni intellekt əsaslı sistemlər Con Redkliff adına Hospitalın mühəndisləri tərəfindən hazırlanıb. "Ultromics" alqoritmi infarkt və ağciyər xərçəngi əlamətlərini aşkarlamaqla yanaşı, rentgen şəkillərində kiçik detallara diqqət yetirir və digər xəstəliklərin müəyyənləşdirilməsinə kömək edir.
 
Bildirilir ki, həkimlər arasında diaqnozqoymada səhvlərə tez-tez rast gəlindiyinə görə tərtibatçılar tərəfindən alqoritm tibb müəssisələrinə pulsuz təqdim ediləcək. "BBC" televiziya şirkətinin məlumatına görə, hər il orta statistik xəstəxanada çəkilən 60 min şəklin 12 mini səhv diaqnozun qoyulmasına səbəb olur.
 
Hazırda proqram təminatının sınaqları aparılır və onun nəticələrinin dərc olunmamasına baxmayaraq həkimlər süni intellektin şəkillərə görə diaqnozqoymanın öhdəsindən insanlardan daha yaxşı gəlməsini qeyd edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar