Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sümüklü tarix

Son vaxtlar səhiyyədə çoxlu problemlər haqda xəbərlər ortaya çıxır, bu mənada, keçmiş səhiyyə nazirinin 11 illik həbsdən sonra yenidən cinayət işi ilə üzləşməsi bir az da qrotesk elementləri ilə zəngin tamaşa kimi bir zad oldu


Keçmiş günahları adamın yaxasından əl çəkmir. Əgər qurduğu sistem Əli İnsanova qarşı bu qədər qəddardırsa, Əli müəllim təsəvvür eləsin ki, bunlar bizə nələr ediblər, nələr edirlər. Mircəfər Bağırovun məhkəməsində dediklərini təkrarlasa yerinə düşər: “Məni şaqqalasanız da azdır”.

Bəzən onun uzun illər həbsdə saxlanmasından danışıb mərhəmət oyatmağa çalışırlar. Düzdür, hər kəs mərhəmətə layiqdir, ancaq bəs biz - bədbəxt azərbaycanlılar nə edək? Axı biz Əli müəllimin banilərindən biri olduğu sistemin sayəsində daha uzun müddətə məhkum edilmişik, heç bu zindandan haçan qurtulacağımız da məlum deyil. Əlbəttə, hər millət öz taleyinə özü cavabdehdir, bunu mübahisə eləmək istəmirəm. Ancaq quyu qazmağın dərinliyi haqda müdrik el məsəlini də unutmayaq.

Madam ki, proses başlayıbdır, Əli müəllimi “türmədə türməyə salıblar” (Nazlı Ağayeva), bunu başqa dustaqlara tətbiq eləsəniz nə olacaq? ABŞ narahat olmaz, Britaniya şahzadəsi Endryünün kefi pozulmaz, davam edin. Misal üçün, REAL sədri, İsmayıllı hadisələrini təşkil edib guya xalqı üsyana qaldırmaqda suçlanan İlqar Məmmədova təzədən cinayət işi açın. Elə Əli müəllimə açılan iş stilində: “İstintaq araşdırması nəticəsində məlum olmuşdur ki, İlqar Məmmədov həbsxanada İsmayıllı hadisələrini yenidən törətməyə hazırlaşıb, bu məqsədlə Tofiq Yaqubluya telefon etmişdir, daha sonra gecələr türmənin divarından aşıb Basqala getmiş və səhərə yaxın geri qayıtmışdır”. Televizorda bunu çoxlu təkrar eləsən millət inanacaqdır. Körpə qəlbli xalqımız var.

Natiq Cəfərlini türmədə qanunsuz sahibkarlıqla məşğul olmaqda, məsələn, təsbeh düzəltməkdə suçlayırsan, jurnalist Seymur Həzini isə su butulkasını türmənin hasarından atıb yoldan keçən günahsız vətəndaşı al qana qərq eləməkdə. Cahangir Hacıyev təzədən Beynəlxalq Bankı soysun, lap elə Çovdarov reketlik eləsin. Hərəni öz maddəsindən “asmalıyıq”, təzə maddə düşünməyə nə ehtiyac? Açığı, təzə yaradıcılığa elə maliyyə də qalmayıbdır. Afrikadakı filləri və gərgədanları təzəcə sponsorluğa götürmüşük, vəziyyət gərgindir. Şəkər tozunun, el dilində desək, “pəsöy”ün qiyməti də bu yandan qalxıb vəziyyətimizin şirinliyini azaldıbdır.

Ümumiyyətlə, şəkər tozuna pəsöy deyən xalqın demokratiya harasına yaraşır? Elə bu cür yaşamalıyıq. Bu yaxında uşaqları yığdım başıma, guya bunları patriot edəcəm deyə apardım Azərbaycan Tarixi Muzeyinə. Yəqin xəbəriniz vardır, bu, Hacı Zeynalabdin Tağıyevin evi olmuş bir binadır. Uşaqlar muzeyə baxdılar, 7 yaşlı Oğuzdan təəssüratını soruşuram. Cavab nokaut kimi: “Yaxşı idi, ancaq sümük çox idi”. Birinci mərtəbədə qoyulan, qədim qəbirlərimizdən çıxan insan sümüklərini, qəbir maketlərini nəzərdə tutub deyirdi. Ancaq Azərbaycan tarixini bir cümlədə ifadə elədiyindən xəbərsiz idi.

Bizim tariximiz elə sümüyü çıxmış xalqın tarixidir. Muzeydə hara getsən məğlubiyyət, cəsəd, repressiya, zəlillik, məzlumluq başımıza yağırdı. Bu filankəslərin hücumları zamanı ölənlərin şəklidir, o behmənkəslərin uduzması haqda sənəddir. Orda Azərbaycanın bölünməsindən kağızlar, burda Xocalı faciəsi qurbanlarının fotoları. Bunlar Stalin repressiyası qurbanları, onlar da bunları repressiya edib sonra özləri repressiya olunanlar... Hətta guya neft bumuna həsr edilən - Bakının, Azərbaycanın “uğurlarına”, iqtisadi dirçəlişinə aid bölmədən də nifrət, kədər, dəhşətin qoxusu gəlirdi, çünki yüz il qabaqkı yazıq neftçi fəhlələrin paltarlarını, iş alətlərini nümayiş etdirirlər.

Yəqin belimizin sümüyü çıxdığı, qabırğalarımız sayıldığı üçün ətrafdakı itlər bizdən gözlərini çəkmirlər. Hər qonşu çalışır bir az gəmirsin...(musavat.com)


Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar