Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanılıb


Sumqayıtda törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən Trend-ə verilən birgə məlumata görə, noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunması barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar