Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda körpəsi oğurlanan ana ilə bağlı ilginc məlumat



4 ay əvvəl Sumqayıtda 2 aylıq körpəsinin oğurlanması hadisəsi tanınan Aysel Əhmədova ilə bağlı maraqlı məlumat yayılıb


Onun övladlarından birini Sumqayıt şəhərindəki 26 saylı körpələr evi-uşaq bağçasına verdiyi bildirilir. 

APA TV-nin əldə etdiyi məlumatda bildirilir ki, üç uşağı olan Aysel Əhmədova böyük övladını 3 ay əvvəl körpələr evinə verib. Uşaq həftənin 5 günü bağçada qalır, anası onu şənbə-bazar günləri evinə aparır. 

Bildirilir ki, qadın övladına qarşı laqeydlik edir, onunla kobud danışır. Bağçada mehriban münasibət görən uşaq anası ilə qalmaq istəmir. Aysel Əhmədova oğurlanan uşağını da körpələr evinə vermək istəyib. Hətta onları sənədsiz bağçada qoymağa cəhd edib. Aysel Əhmədovanın özü ilə görüşmək cəhdimiz baş tutmayıb. Onun yaşadığı ünvanda heç kimi tapmaq mümkün olmayıb. Aysel Əhmədovanın işlədiyi mağazadan bildirilib ki, o bir müddət əvvəl işdən ayrılıb.Telefon vasitəsilə əlaqə saxladığımız Aysel Əhmədova əvvəlcə müsahibə verəcəyini desə də, sonra fikrindən daşınıb. O, bunu valideynlərinin icazə verməməsi ilə əlaqələndirib.

Məlumat üçün bildirək ki, avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova polisə müraciət edərək, tanımadığı qadının övladını qaçırdığını bildirmişdi. Aysel Əhmədovanın iddiasına görə, uşağını parkda müvəqqəti saxlaması üçün tanımadığı qadına verib.Keçirilən əməliyyatla uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayeva saxlanılmış, körpə anasına qaytarılmışdı. O, övladının olmadığı üçün bu addımı atdığını demişdi.Qeyd edək ki, Xırda Babayeva barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar