Sumqayıt şəhərində iki nəfər dənizdə batıb
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı çimərliyində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Muradov və 1997-ci il təvəllüdlü Nuranə Musayeva dənizdə çimərkən boğularaq ölüblər.
Hər iki ölüm faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
pia.az