Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə şəhərin Çerkassi küçəsində baş verib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan 99-GR -620 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişini ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report.az)
pia.az