Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt şəhər 22 saylı məktəblə bağlı cinayət işi: Direktorun təqdimatı da verilib…


Sumqayıt şəhər 22 saylı orta məktəblə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işinin açılmasından bəhs etmişdik


Həmin yazıda cumhuriyyet az bildirmişdi ki, bu məktəbin də adı tez-tez qalmaqallarda, müəllimlər və direktor arası intriqalarda, valideyn narazılıqlarında hallanır. 

Bu yaxınlarda baş vermiş və mətbuatda geniş işıqlandırılmış iki hadisə məktəb haqqında kifayət qədər təsəvvür yaratmağa, fikir sahibi olmağa imkan verir. Bir müddər öncə tarix müəlliminin şagirdi amansızcasına döyməsi, onu təhqir etməsi cəmiyyətin bütün təbəqələrinin kəskin etirazına səbəb olmuş, həmin müəllim işdən azad edilmiş, direkror Tahirə Cəfərovaya töhmət verilmişdir. Bundan başqa məktəbin müdirinin qanunsuz olaraq məktəbə bir neçə laborant işə götürdüyü, əslində isə onların maaşlarını özü aldığı, belə demək olarsa məktəbdə “ölü canlar”ın hesabına sərvətinə sərvət qatdığı haqqında da məlumatlar getmişdi.
Bu əsrarəngiz olaylarla, direktorun özünü külli ixtiyar sahibi hesab etdiyi bu qalmaqallı məktəblə bağlı mövzuya bu gün bir daha qayıtmağımızın səbəbi etibarlı mənbələrdən aldığımız maraqlı bir məlumat oldu. Belə məlum oldu ki, sən demə Tahirə Cəfərovanın balaca krallığında sular bir az bulanıbmış və prokurorluq tərəfindən 22 saylı orta məktəblə bağlı işi qaldrılıbmış. Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Sumqayıt Şəhər Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluğun müstəntiqi Fərman Abdullayev cumhuriyyet.az-a adı çəkilən məktəblə bağlı cinayət işinin açıldığını təsdiqlədi. Məktəblə bağlı açılan cinayət işinin mahiyyətinə gəlincə, prokurorluq əməkdaşı bunun istintaq sirri olduğunu əsas gətirərək, ətraflı məlumat verməkdən imtina etdi. Baş verənlərlə bağlı əməkdaşımızın sualını cavablandıran məktəbin direktoru T.Cəfərova da məktəblə bağlı cinayət işinin açılmasını təsdiqləyib. O, bildirib ki, cinayət işinin açılmasına səbəb bir il öncə məktəbdə şagirdlərdən birinin döyülmə olayı ilə bağlıdır.

Bildirək ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məktəb direktorunun azad edilməsi ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərməsi də bildirilirdi. Bu haqda cumhuriyyet.az-ın sualına gəlincə, məktəb direktoru bu məlumatı nə təsdiq, nə də təkzib etdi: “Bu barədə hər hansı bilgim yoxdur. Allah icra başçısınıncanını sağ eləsin. O, işləyənə qiymət verən insandır. Şəhərimizə gələndən təhsilin də, şəhərimizin də üzü gülür”.

Bütün bunlarla bərabər bildirək ki, övladları Sumqayıt şəhər 22 saylı orta məktəbdə təhsil alan bir qrup valideynlərin bildirdiyinə görə, cinayət işinin qaldırılmasının səbəbi məktəbdə 11-ci sinif şagirdlərinin pul müqabilində evə buraxılması, sinif otaqlarının müəllimlərə icarəyə verilməsi, məktəbdə yeyinti hallarının aşkar edilməsi və digər korrupsiya hallarının baş verməsidir. Maraqlı olan məqam odur ki, bütün bu neqativ halların baş verməsinə, məktəbin cəmiyyət arasında nüfuzdan düşməsinə, Təhsil Nazirliyinin və təhsil sisteminin adının ləkələnməsinə baxmayaraq direktor Tahirə Cəfərova haqqında lazımi ölçü götürülmür. Və yaxud götürə bilmirlər. Valideynlərin redaksiyamıza ünvanladığı məktubun sonunda şəhər rəhbərliyinin təhsilə diqqətindən söz açılaraq 22 saylı məktəblə bağlı da tədbir görüləcəyinə ümid edilir: “Ümid edirik ki, Baş verən bu və digər korrupsiya hallarına görə Sumqayıt şəhər rəhbərliyi və Təhsil Nazirliyi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar