Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər kitab yazdı - “Dövlət siyasətinin əsasları”nda nələr var?


Azad Demokratlar Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər 3 ildir üzərində çalışdığı kitabı, nəhayət, tamamlayıb


“Dövlət siyasətinin əsasları” adlanan kitab əsasən siyasi, diplomatik, hərbi və güvənlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub.

Sülhəddin Əkbər mediaya açıqlamasında bildirib ki, kitabı yazmaqda əsas məqsədi gənclərimizi intellektual cəsarət göstərməyə təşviq etmək və onları Azərbaycanda milli siyasi məktəbin əsasını qoymağa həvəsləndirməkdir: “Çünki müstəqilliyini tarixi baxımdan yeni bərpa etmiş bir millət və dövlət olaraq buna ciddi ehtiyacımız var”.

Xatırladaq ki, kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir və hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən çoxsaylı məqalələr yer alıb.

Sülhəddin Əkbər onu da bildirib ki, kitabı tamamlasa da, hələlik kütləvi çapı üçün hər hansı nəşriyyata müraciət etməyib.

Aşağıda kitabın mündəricatını təqdim edirik:

I. Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik

Dövlət siyasətinin əsasları — 3

Azərbaycan Respublikasının başlıca siyasi məqsədi, milli maraqları və milli təhlükəsizliyi — 10

Azərbaycan Respublikasının strateji gücü — 13

Mövcud qlobal və regional şərait, onların başlıca inkişaf meylləri— 121

Azərbaycan Respublikasının daxili və xarici təhlükəsizlik mühiti — 127

II. Milli təhlükəsizlik və milli maraqlar

Milli təhlükəsizlik və milli maraqlar — 130

AR-in milli maraqları, milli maraqlar sistemi və milli təhlükəsizlik paradiqması – 132

Milli maraqların kəskinliyi və onların qiymətləndirilməsi kriteriyaları — 135

III. Azərbaycan Respublikasının milli maraqları

Azərbaycan Respublikasının milli təhlükəsizliyində milli maraqların yeri və rolu— 142

Azərbaycan Respublikasının milli maraqları— 142

IV. Azərbaycan Respublikasına yönəlik təhlükələr

Azərbaycan Respublikasına yönəlik təhlükələr. Təhlükə və onun səviyyələri— 150

Azərbaycan Respublikasına yönəlik əsas təhlükələr və onların analizi — 155

Azərbaycan Respublikasına yönəlik əsas təhlükələrin qiymətləndirilməsi – 168

V. Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi

Milli təhlükəsizlik durumunun qiymətləndirilməsi — 177

Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun əsasən qiymətləndirilməsi — 180

VI. Azərbaycan Respublikasının milli siyasəti

Azərbaycan Respublikasının dövlət siyasəti — 195

Azərbaycan Respublikasının milli inkişaf siyasəti — 199

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti — 250

Azərbaycan Respublikasının xarici siyasəti — 281

VII. Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri

Azərbaycan Respublikasının tarixi inkişaf perspektiv(lər)inə təsir edən amillər — 285

Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və təbii tarixi inkişaf perspektivi — 291

Azərbaycan Respublikasının tarixi inkişaf alqoritmi – 298

Azərbaycan Respublikasının perspektiv tarixi inkişafında milli təhlükəsizlik mühitinin rolu

və əhəmiyyəti — 299

Azərbaycan Respublikasının təbii tarixi inkişaf perspektivinə yönəlik başlıca aktual təhdidlər — 300

Azərbaycan Respublikasının natamam təbii tarixi inkişaf perspektivləri — 308

Azərbaycan Respublikasının alternativ tarixi inkişaf perspektivləri – 327

Azərbaycan Respublikasının perspektiv tarixi inkişaf yolunun seçilməsi – 336

Nəticə — 338

Azərbaycan Respublikasının perspektiv inkişaf siyasətinin strateji planlaşdırılması – 340

Əlavələr – 342

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar