Xəbər xətti

21 APREL

21:58 Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

21:49 Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub

21:38 Eyni gündə həm nişanlandı, həm də ərə getdi

21:30 Goranboy sakini dəm qazından zəhərlənib

21:17 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21:04 Dərbənddə əməliyyat: 9 silahlı məhv edildi

20:48 “Azərbaycan Kubokunun finalı Naxçıvanda və ya Lənkəranda keçirilməlidir”

20:33 Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

20:26 Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı

19:59 Londonda Sarkisyan əleyhinə nümayiş keçirilib

19:48 Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb

19:35 Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:23 “Lokomotiv”dən ardıcıl 2-ci çempionluq

19:17 Bahçeli: “Seçkilərdə partiyamızın prezidentliyə namizədi Ərdoğandır”

19:10 Hökumətdəki bu postlara təyinat olmayıb - Siyahı

18:56 Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşdü

18:47 Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - Dosye

18:41 Bu il tütün idxalı və ixracı azalıb

18:33 Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib

18:26 Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır

18:14 Azərbaycanda işsizlərin sayı azalıb

18:08 Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

18:00 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

17:55 ASAN Xidmətin rəhbəri kənd təsərrüfatı naziri təyin edilib

17:53 Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

17:50 Səlim Müslümov vəzifəsindən azad edildi

17:46 “Heç vaxt saçımı kəsdirməmişəm“ - xalq artisti

17:40 Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

17:32 Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - Siyahı

17:29 Fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq

17:16 Qızıl 11 dollardan çox ucuzlaşıb - Qiymət

17:11 Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

17:03 Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

16:54 Ermənistanın daha üç şəhəri etiraz aksiyalarına qoşuldu

16:47 Rusiyada təyyarə sərt eniş edib - Ölənlər var

16:41 Şamaxıda yeni istifadəyə verilən 3 yol dağıldı

16:33 Türkiyə Azərbaycana alça ixracına başladı

16:25 Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

15:55 ABŞ marixunanı leqallaşdırır – Federal səviyyədə

15:40 “İlhamə Quliyeva dedi ki, qoyma...“ Nüşabə Tunar qalmaqalı haqda

15:33 “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

15:20 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

15:12 “Kvadrat” - Tatyana Tolstayanın məşhur hekayəsi

15:05 Şimali Koreya bütün nüvə sınaqlarını dayandırır- Bu gündən

14:33 Yeni baş nazirimiz kinoya da çəkilib – Video

14:22 İraq Küveytə 90 milyon dollar ödəyəcək- 1990-cı il təcavüzünə görə

14:15 Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər - Təhlil

14:09 Fransa yığması dünya çempionu olarsa…- Hər oyunçu 400 min avro alacaq

14:05 Saakaşvilidən Sərkisyana: Moskvanı az imitasiya et

13:27 Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb

13:22 AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

13:13 “Müşviq mənim çörəyimi yeyir“ - İzzət

13:09 "Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artır"

13:05 Erməni ordusu Nikol Paşinyanın tərəfdarlarını təhdid etdi

12:55 Sabahın hava proqnozu

12:40 Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

12:35 "Bundan sonra başqa formada işləməyə başlayacağam"

12:30 Ağcabədidə ağır yol qəzası:ölən və yaralananlar var

12:25 Yeni Baş nazir: Parlament Novruz Məmmədova yekdilliklə səs verib

12:17 Azərbaycanda 12 sm hündürlüyündə qar yağıb

12:05 Milli Məclis Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinə baxır

11:55 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

11:47 Maskalı şəxslər Bakıda evə basqın ediblər

11:42 Yerevanda müxalifətin mitinqi başlayıb

11:37 Dünya getdikcə daha çox nizamsız, etibarsız və hətta təhlükəli hala gəlir

11:33 Azərbaycanın yeni baş nazirinin adı açıqlandı

11:20 Bakıda yol qəzasında iki nəfər ölüb

11:13 Azərbaycan Premyer Liqasında XXIV tura start verilir- Bu gün

11:09 Röyadan küsülü olduğu Faiq Ağayevə barışıq jesti - Video

11:09 “Skripal işi” üzrə əsas şübhəlilər müəyyən edilib- Britaniyada

11:05 Türkiyənin qərarının ardınca Jirinovskidən təklif

10:44 “Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb”

10:40 NATO PA-nın 97-ci “Rouz-Rout” seminarı keçiriləcək- Gürcüstanda

10:36 Bakıya yeni başçı gəlir! – Abutalıbovun xələfinin adı çəkilir

10:30 Rusiya və ABŞ maliyyə nazirləri sanksiyaları müzakirə ediblər- Toplantı

10:26 Bakıda xəstəxanada yanğın olub

10:22 Erməni silahlı bölmələri atəşkəsi 93 dəfə pozulub

10:17 Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək

10:13 Bu il içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq

10:09 “Bu, bütün dünya üçün xoş xəbərdir” – Tramp

10:05 "Artur Rasi-zadə Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb"

0:59 SİM-kartdan qızıl əldə olunacaq - Maraqlı kəşf

0:47 Firmino bu statistikaya görə bəzi müdafiəçiləri qabaqlayır

0:34 “Google” SMS-ə yeni rəqib gətirir

0:23 Yuri Maksimov altıncı ukraynalı ola bilər

0:11 Sərdar və xanımı dedi-qodulara bu paylaşımı ilə son qoydu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 APREL

23:59 Nikol Paşinyan: “Serj Sarkisyan istefa verməlidir!”

23:54 El Pais: Baskların ETA qruplaşması qurbanlarından üzr istəyib

23:48 Türk ordusundan ilk: Bu silah ələ keçirildi

23:42 Teymur Rəcəbov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirində

23:36 Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

23:30 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü - Fotolar

23:24 Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib

23:18 53 yaşlı qadın sirkə turşusu içdi

23:12 Ermənilərin Kölndəki “soyqırımı” memorialı söküləcək

23:06 Dinq Liren: “Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır”

23:00 Sarkisyanın başı dərddə - Paşinyan “etirazlara davam” dedi

22:55 Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma

22:49 Türkiyəli ilahiyyatçı: “Qadınlar bununla kişilərə təcavüz edir” – Video

22:43 Məşhur di-cey vəfat etdi

22:37 Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəsarət alıb

22:31 Ölkənin qızıl-gümüş bazarında qiymətlər dəyişdi

22:25 İrəvanda etirazçılar hava limanına gedən yolu bağladı

22:19 Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

22:13 Tramp açıqladı: Rusiya ilə gizli anlaşma olmayıb

22:10 Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

22:07 Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

22:01 Əsəd Fransanın verdiyi ordeni qaytardı

21:56 Yaponiyaya getsəniz, çıxanda rüsum ödəməli olacaqsınız

21:50 Avstriyada qatar qəzası - 54 yaralı

21:44 Bakıda müsəlman dünyasının nadir hadisəsi - Vəhdət namazı + Video

21:38 Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış

21:32 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

21:26 Fələstinə aid tarixi xəritə Misirdən qaçırılarkən ələ keçirildi

21:20 ABŞ məktəbində daha bir atəş açılıb

21:14 Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

21:08 ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

21:02 Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

20:57 Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb



MÜSAHİBƏ

...

Sülhəddin Əkbər: “Zəngəzurun verilməsində başlıca məqsəd bu idi”

Tarix 16.04.18, 9:10

Font ölçüsü : - / +
bitmap-img6


“Söhbət Türkiyə ordusunun Naxçıvan üzərindən Qarabağa, birbaşa Laçın və Şuşaya çıxışından gedirdi”


Sülhəddin Əkbərdən 25 il öncəki Mehri əməliyyatı barədə sensasion açıqlama.

1993-cü ilin aprelində, Kəlbəcər rayonunun işğalından bir həftə sonra Azərbaycanın silahlı bölmələri qədim Zəngəzur torpaqları istiqamətində, müvəqqəti də olsa, qələbə ilə nəticələnmiş bir hücum əməliyyatı keçirib. Ötən həftə Moderator.az saytı bununla bağlı maraqlı bir material tirajladı. Yazıda bildirilirdi ki, Ermənistanın Zəngilan rayonunun kəndlərini işğal etməsinə cavab olaraq, Qafan-Mehri istiqamətində keçirilən uğurlu əməliyyat nəticəsində hətta Naxçıvana dəhliz açılmasına az qalırmış...

Üstəlik, Türkiyənin də əməliyyatda iştirakı məsələsi razılaşdırılıbmış. Lakin Azərbaycan rəhbərliyi, konkret olaraq prezident Əbülfəz Elçibəy xarici təzyiqləri əsas götürüb əməliyyatı dayandırır. Bütün bunlar haqda Elçibəy hakimiyyətində təmsil olunmuş, sabiq milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a ilginc məlumatlar açıqladı.

- Sülhəddin bəy, 25 il əvvəl Azərbaycan hərbi bölmələrinin Mehri dəhlizini açmaqla bağlı əməliyyat keçirməsindən xəbəriniz var idimi?

- Mən özüm həmin əməliyyatın hazırlanmasında iştirak etmişəm. Xatırlayırsınızsa, həmin dövrdə Füzuli istiqamətində də ağır vəziyyət yaranmışdı və İsa Qəmbər başda olmaqla bir sıra dövlət rəhbərləri cəbhədə vəziyyəti normallaşdırmaq üçün həmin bölgəyə getmişdilər. O zaman İsa Qəmbərlə bərabər mən də milli təhlükəsizlik nazirinin 1-ci müavini kimi orda olmuşam. Dövlət müşaviri Arif Hacılı da ordaydı. O vaxt biz İsa bəylə ölkədəki həm ictimai-siyasi vəziyyəti, xüsusən də hərbi vəziyyəti geniş müzakirə etdik, vəziyyətdən çıxış yolları haqqında variantları götür-qoy elədik. Bir sıra prinsipial qərarlara gəldik və bu qərarları prezidentlə bölüşmək fikri ortaya çıxdı. Həmin vaxt prezident Elçibəy də Füzuliyə səfər etdi və onunla da fikir mübadiləsi apardıq. Demək istədiyim odur ki, həmin dövrdə  biz ölkədə yaranmış ağır hərbi-siyasi və ictimai-siyasi vəziyyəti müzakirə etdik. Ondan sonra bizim İsa bəylə birlikdə bir ideyamız ortaya çıxdı. Biz ölkədə hərbi-siyasi durumu öz lehimizə yenidən dəyişmək üçün hansı addımları ata bilərik, bunun üçün hansı siyasi, hərbi, ya hərbi-siyasi qərarlar lazımdır, təhlükəsizlik sahəsində hansı addımlar atılmalıdır, hətta hansı kadr dəyişiklikləri olmalıdır, bu barədə geniş fikir mübadiləmiz oldu. Həmin dövrdə İsa bəyin müdafiə naziri postuna keçməsi fikri ortaya çıxdı. Bizim İsa bəylə razılaşmamız beləydi ki, əgər Əbülfəz bəy razılıq verərsə, İsa bəy müdafiə naziri olur, kəşfiyyat təhlükəsizlik qüvvələri birləşdirilir, mən də müdafiə nazirinin müavini postuna keçməyi düşünürdüm, daha doğrusu, danışığımız beləydi.

- Hərbi əməliyyat qərarı da orda verildi?

- Həmin dövrdə biz bir sıra hərbi-strateji əməliyyatların keçirilməsi haqqında fikir mübadiləmiz oldu və bu kontekstdə Zəngilanın icra başçısı İlham Hüseynovla görüşdük. Oranın hərbi rəhbərliyi ilə görüşümüz oldu və o zaman biz yoxlama kəşfiyyat yürüşü, hərbi səfəri ideyası ortaya çıxdı. Bu zaman Mehri dəhlizini açmaq ideyası var idi. Təbii ki, biz bu zaman Türkiyənin də dəstəyi haqqında düşünürdük. Biz ora yoxlama hərbi ekspedisiya yürüşünün təşkil olunmasını istədik və çox uğurlu bir hərbi yürüş oldu. Həmin dövrdə hərbi rəhbər polkovnik Şabanov idi, kifayət qədər peşəkar hərbçi, Əfqanıstan təcrübəsi olan alay komandiri idi, hərbi detalları haqqında daha dəqiq məlumat verə bilər. Bizi əsasən məsələnin hərbi-strateji tərəfi maraqlandırırdı. Oradakı erməni qüvvələrinin mövqeləri, nə qədər gücləri var, hərbi əməliyyatın güclənməsi üçün bir yoxlama yürüşü idi. Yəni kəşfiyyatın yoxlama döyüşü idi. Səhv etmirəmsə, bir itki olmuşdu, o da döyüş itkisi deyildi, hərbçilərimizin ehtiyatsızlığı üzündən baş vermişdi.  Demək olar ki, heç bir müqavimətə rast gəlməyən əməliyyat uğurla nəticələndi. Ancaq mən indi neçə kilometr irəli getdiyimizi dəqiq deyə bilmərəm. 

- Söhbət 1993-cü ilin aprelindəki əməliyyatdan gedir?

- Bəli. Biz ondan sonra Bakıya yüksək əhval-ruhiyyə ilə qayıtdıq ki, deməli, bizim planlarımız reallıqdan uzaq deyil.

- Ancaq uğurlu əməliyyatdan sonra mövqedən geri çəkildi. Burada beynəlxalq güclərin təsiri nə dərəcədə oldu?

- Bu, sadəcə, yoxlama döyüşü idi. Digər tərəfdən, bu hərbi yürüşdən, demək olar ki, heç kəsin xəbəri olmadı.

- Bəs, Elçibəyin bu əməliyyatın dayandırılması və qüvvələrin geri çəkilməsi barədə tapşırıq verməsi barədə iddialar nə dərəcədə əsaslıdır?

- Mən o barədə bir söz deyə bilmərəm. Bunun şahidi olmamışam. Dediyim kimi, məqsədimiz oraya girib, orda mövqe tutmaq deyildi. Bizim məqsədimiz yoxlama idi. Burada hərbi-strateji hədəf gələcəkdə bu dəhlizi açıb Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Yadımda qalan odur ki, bizim qüvvələrimiz nəzərdə tutulduğundan daha irəli getmişdilər.

- Səhv etmiriksə, 1992-ci ildə də Naxçıvan istiqamətindən Mehri əməliyyatının keçirilməsi nəzərdə tutulurdu. O barədə nə deyə bilərsiniz?

“Məqsədimiz daha ciddi əməliyyat keçirmək, Mehri dəhlizini açmaq, Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi”


- Mən onun iştirakçısı olmamışam.

- Bu əməliyyatda Türkiyənin hansı şəkildə iştirakından söhbət gedirdi?

- Türkiyənin iştirakı olmayıb. Bu, Ərdoğanın termini ilə desək, yerli və milli əməliyyat idi.

- Bəs, əgər savaş qızışacaqdısa, o halda Türkiyənin müdaxiləsi olacaqdı?

- Bu əməliyyat elə birdən-birə ortaya çıxmadı ki. Kəşfiyyat əməliyyatları aparıldıqdan, informasiyanı topladıqdan sonra yoxlamanı dərinləşdirmək məqsədilə keçirilib. Bu dərin yoxlama da bizim ilkin məlumatlarımızı təsdiq edib. Yəni orda nə ermənilərin, nə Rusiyanın ciddi bir qüvvəsinin olmadığı haqqında məlumatımız var idi. Sadəcə birbaşa, praktiki olaraq bunu yoxlamaqla təsdiq etmək istəyirdik. Qeyd etdiyim kimi, məqsədimiz daha ciddi əməliyyat keçirmək, Mehri dəhlizini açmaq, Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Ondan sonra Türkiyə ilə bu istiqamətdə danışıqlar da aparılırdı və Türkiyənin də analoji əməliyyat planı var idi. Amma Türkiyənin əməliyyat planı daha geniş idi. Həm hakimiyyət dövründə bu danışıqlar olub, həm də biz hakimiyyətdən getdikdən sonra Türkiyə rəhbərliyi ilə bununla bağlı müəyyən danışıqlar olub.

- Artıq üstündən xeyli keçdiyi üçün artıq bunun detalları barədə danışmaq olar. Söhbət konkret nələrdən gedirdi?

- Söhbət Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan üzərindən Qarabağa çıxışından gedirdi. Birbaşa Laçın və Şuşaya çıxışından. Orda lap qədim dövrlərdən hərbi yürüş yolları olub, onlar da, yeni yaranmış situasiya da nəzərə alınırdı. Yəni bu, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının planlaşdırması idi.

- Bu söhbətlər nə vaxt dayandı?

- İyun qiyamından sonra. Həmin dövrdə bizim geniş planlarımız var idi. Təkcə bu istiqamətdə deyildi ki. Eyni zamanda mən iştirakçısı olduğum başqa məsələni də deyə bilərəm. Türkiyə NATO-nun üzvü olduğu, Azərbaycan isə münaqişəsi olan ölkə olduğundan Ankara bizimlə rəsmi şəkildə hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilmirdi. Bizim həm MİT-lə gizli əməkdaşlıq protokolumuz var idi. Eyni belə bir əməkdaşlıq planı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə həyata keçirmək istəyirdik. Əgər qiyam baş verməsəydi, 6 iyunda mənim Ankara səfərim var idi və 8 iyunda baş qərargah rəisi Doğan Günəşlə görüşüm olacaqdı. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının hazırlanması haqqında bizim protokol imzalamağımız nəzərdə tutulurdu. Təbii ki, bu protokol gizli olacaqdı.

- Mehridən dəhliz açmaq nə dərəcədə mümkün idi - İran, Rusiya faktorunun olması və bu ərazinin Ermənistan üçün nəfəslik olması halında?

- Bu yoxlamanı etməkdə məqsədimiz bu idi ki, görək biz ölkədə hərbi-siyasi vəziyyətə nəzarəti götürə bilərikmi? O zaman biz belə qərara gəldik ki, milli qüvvələr hakimiyyəti saxlamaq üçün mütləq müharibədə qalib gəlməlidir. Yəni əgər biz müharibədə uğura və qələbəyə nail olmasaq, hakimiyyətdən çəkilməliyik. Biz siyasi hədəfə çatmaq üçün hərbi sahədə bu yoxlamaları aparırdıq. Bu yoxlamalar kəşfiyyat, təhlükəsizlik, hərbi-siyasi sahədə, informasiya siyasəti, kadr siyasəti sahəsində aparılırdı. Yəni hərtərəfli, kompleks tədbirlər planı nəzərdə tuturduq. Ölkədə radikal dəyişiklik nəzərdə tutulurdu.

- Ancaq demədiniz ki, iki böyük qonşu dövlətin bu əməliyyata reaksiyası nəzərə alınmışdımı?

- Həmin dövrdə biz düşünürdük ki, Türkiyənin dəstəyini ala biləriksə, de-fakto durum yarada bilərik. Siz Rusiyanın indiki gücü, təsiri ilə düşünürsünüz. Bir qədər geriyə gedin... Biz həmin dövrdə Rusiya ilə də müəyyən razılığa gələcəyimizi, siyasi danışıqlara gedə biləcəyimizi düşünürdük.

- İran necə?

- İranla da xüsusi problem olacağını düşünmürdük. Həm də bu, gizli nəzərdə tutulan əməliyyat idi. Təbii ki, əməliyyat həyata keçirilərkən Rusiya və İranla, hətta Qərblə də danışıqlar qaçılmazdır. Onun siyasi-diplomatik təminat məsələsi artıq başqa məsələdir. Yəni həmin dövrdə bu, yalnız bizim fikrimiz halındaydı, dövlət siyasəti halına gəlməmişdi. Biz onu dövlət siyasəti halına gətirə bilmədik.

- Bu, faktdır ki, Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılması əslində Azərbaycanla Türkiyənin əlaqələrini kəsmək niyyətindən irəli gəlirdi. Belə olan təqdirdə beynəlxalq güclərin sizin əməliyyata münasibəti nəzərə alınırdımı?

- Şübhəsiz. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması və Zəngəzurun verilməsində başlıca məqsəd bu idi. Sonra da Naxçıvanın alınması nəzərdə tutulurdu. İstəyirdilər bu dəhlizi daha da genişləndirsinlər və Türkiyənin Türk dünyası ilə əlaqəsi tamamilə kəsilsin.

- Vaxtilə Levon Ter-Petrosyan da etiraf etmişdi ki, İran Ermənistan üçün Qarabağ müharibəsi illərində nəfəslik rolunu oynayıb. Elə isə Mehri dəhlizinin açılması real görünürmü? Naxçıvanla Azərbaycanın digər əraziləri arasında birbaşa quru əlaqənin bərpasına nail olmaq mümkündürmü?

- Vallah, indiki halda bu, bir qədər real görünmür. Çünki vəziyyət köklü şəkildə dəyişməyib - həm ölkədə, həm regionda. Eyni zamanda da bunun üçün hakimiyyətdə milli iradə ilə seçilmiş milli hökumət olmalıdır. Həmçinin məqsədyönlü, uzunmüddətli, strateji hazırlıq və plan olmalıdır. Yəni bu, sadəcə, sözlə olan məsələ deyil.

- Xatırladaq ki, Sədərəyin Kərki kəndinin işğal olunması ilə faktiki olaraq Qars müqaviləsinin şərtləri pozulub.

- Yenə deyirəm, milli hökumət olmalıdır və o hökumətin strateji planı olmalıdır, qısa, orta, uzunmüddətli. Bunun siyasi-diplomatik, iqtisadi, sosial, hərbi tərəfləri, kəşfiyyatı, təhlükəsizliyi, kibersiyasət məsələsi var və sair.

- Bir ölkənin ərazisi məcburi şəkildə digər ərazilərindən ayrılıb. Bu məsələni Qarabağla bağlı aparılan danışıqlar masasına gətirmək mümkündürmü?

- Tamamilə mümkündür. Birincisi, Azərbaycan bu məsələdə haqlıdır, əsas budur. Məsələnin tarixi dərinliyini də gündəmə gətirmək olar. Ən başlıcası isə döyüş meydanında de-fakto durum yaratmaq lazımdır. Əsas odur. Azərbaycan güclü müttəfiqliklər, tərəfdaşlıqlar qurmalıdır, güclü əməkdaşlıq sistemi yaratmalıdır. Yəni bu, çox ciddi, uzunmüddətli bir dövlət siyasəti tələb edən bir məsələdir. Bunun üçün də dövlətin milli strateji siyasəti olmalıdır. O milli strateji siyasət kontekstində də konkret bu məsələnin həlli üçün strateji plan işlənib hazırlanmalıdır.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Rusiyada təyyarə sərt eniş edib - Ölənlər var

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru