Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhə yox, savaşa aparan Qarabağ danışıqları


Yalnız atəşkəsi qorumaq naminə vasitəçilik ədalətli sülhə gətirməyəcək; rusiyalı tarixçi-alim: “Təmas xəttində istənilən insident müharibəni körükləyə bilər”, “Azərbaycan hərbi üstünlüyünü gec-tez reallaşdıracaq...”


Bu ay AzərbaycanErmənistan prezidentlərinin sonuncu - Sankt-Peterburq görüşündən bir il ötür. 

O vaxt Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə baş tutmuş həmin görüşdə problemin mərhələli həll variantının alternativinin olmadığı qənaəti daha da möhkəmlənmiş, bu yöndə anlaşma əldə olunacağına ümidlər artmışdı. Sankt-Peterburq görüşü həm də “4 günlük” aprel müharibəsindən az sonra reallaşan ikinci yüksək səviyyəli təmas olması ilə yadda qalmışdı.

Əfsuslar olsun ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin passiv fəaliyyəti, xüsusən də vəziyyəti və şansları real dəyərləndirə bilməməsi nəticəsində keçən bir il münaqişə tərəflərini böyük sülhə deyil, böyük savaşa yaxınlaşdırıb. Xüsusən də rəsmi Moskva ötən ilin aprel əməliyyatlarının dayandırılmasının əsas təşəbbüskarı olsa da, bundan o tərəfə faktiki, getməyib və ardınca çox vacib olan işi - sülh prosesinin davamlı olması üçün gərəkən addımları atmayıb. Bu da acı reallıq: yeni müharibə riski hazırda ekspertlər tərəfindən heç vaxt olmadığı qədər yüksək qiymətləndirilir.

***
AzərbaycanErmənistan işğal olunmuş ərazilərdə hazırda genişmiqyaslı əməliyyatların bərpasına yaxındır”.

Musavat.com xəbər verir ki, belə bir qənaəti tanınmış rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsov “Vestnik kavkaza” nəşrinə açıqlamasında dilə gətirib. Onun sözlərinə görə, bunun bir səbəbi də son ildə hər iki ölkədə baş verən siyasi dəyişikliklərdir.

Ermənistanda siyasi idarəçilik sisteminin parlament formasından prezident formasına keçidi bu ölkədə siyasi rejimin xarakterini dəyişməyib. Hələ də Ermənistanda Qarabağ müharibəsi dönəmindəki qanunsuz silahlı birləşmələrin səhra komandirləri olanların xuntası hakimiyyətdədır. Və bu zaman prezident Serj Sərkisyan konstitusiya-hüquq islahatları sayəsində siyasi qərarlara gərə məsuliyyəti öz üzərindən götürüb, bu məsuliyyət indi Ermənistan parlamentinin bütün deputatları arasında bölünüb. Bu da təbii ki, ona xidmət edir ki, Ermənistan rəhbərliyi bundan sonra özü üçün daha az şəxsi siyasi itki riski ilə məsələnin hərbi həllində təkid edəcək və ya hətta problemin hərbi həllinə cəhd edəcək”, - deyə rusiyalı analitik qeyd edib.

Analitik daha sonra deyib: “Azərbaycana gəlincə, orada da vitse-prezident institutunun tətbiqi ilə hakimiyyətin şaquli xətt üzrə güclənməsi baş verib. İndi Azərbaycan prezidenti İlham Əliyev ölkədə daha böyük inzibati və siyasi dəstəyə malikdir və o, genişmiqyaslı hərbi əməliyyatlara başlamağa göstəriş vermək üçün daha böyük hüquqi əsaslar əldə edib”.

Politoloqa görə, önəmli olan həmçinin son zamanlar Azərbaycanın öz hərbi gücünə görə işğalçı tərəfi üstələməsidir: “Son vaxtlar Azərbaycan müntəzəm şəkildə erməni qüvvələrinin bahalı hərbi texnikalarını məhv eləməklə və öz hərbi-texniki üstünlüyünü göstərməklə, düşmənin mövqelərinə dəqiq zərbələr endirmək bacarığını nümayiş etdirir. Təbii ki, bunlar təsadüfi edilmir. Bununla təkcə döyüş bacarığının potensial tətbiqi imkanları nümayiş olunmur, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ məsələsini daha radikal üsulla həll etməyə hazır olması qabardılır. Məsələ də ondadır ki, əgər hansısa tərəfin hərbi-texniki üstünlüyü varsa, o, gec-tez bunu praktikada da reallaşdırır”.

Rusiyalı təhlilçi hərbi qarşıdurmanın de-fakto Azərbaycan əraziləri daxilində getməsinə rəğmən, Dağlıq Qarabağdakı separatçı qüvvələrin Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olmasını nəzərə alaraq, bunun məhz de-yure Azərbaycanla Ermənistan arasında müharibə olacağına diqqət çəkir: “Madam belədir, biz hesab edə bilərik ki, siyasi gərginliyinin qradusu kəskin artıb. Son illər ərzində hər iki münaqişə tərəfi mövqe müharibəsindən aktiv döyüş əməliyyatları fazasına yaxınlaşıb”.

Ekspertə görə, genişmiqyaslı döyüşləri praktik olaraq, istənilən hadisə körükləyə bilər. “Təmas xəttində ölgün döyüş hərəkətləri həmişə baş verir. İstənilən atışma öncə genişmiqyaslı artilleriya duelinə keçə, ardınca isə ağır hücum silahlarının - tankların, hücum vertolyotlarının, yaylım atəşli raket sistemlərinin və s. tətbiqinə gətirə bilər. Yəni həm bu, həm də digər tərəfdən kiçicik insidentin miqyaslı hərbi qarşıdurmaya səbəb olması mümkündür”, - deyə politoloq sonda xəbərdarlıq edib.

***
Ancaq yaranmış vəziyyətə görə məsuliyyət müstəsna olaraq işğalçı Ermənistanın üzərinə düşür - hansı ki, hamıdan çox öz təxribatçı mövqeyi ilə böyük sülhü deyil, məhz böyük müharibəni yaxınlaşdırmaqdadır. Aydındır ki, Azərbaycan öz əzəli və qanuni torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bunu ən yaxşı elə İrəvanda bilirlər. Vasitəçi dövlətlərdə də artıq çoxdan əminlik var ki, Azərbaycan öz ərazisində ikinci saxta erməni dövlətinin qurulmasına heç vaxt imkan və razılıq verməyəcək. Belə bir təslimçi sülhə imza atacaq hansısa siyasətçi, siyasi qüvvə bizim ölkədə yoxdur.

Odur ki, böyük müharibədən qaçmağın ən optimal yolu tezliklə işğalçı tərəfi konstruktiv mövqeyə kökləyəcək addımların atılmasıdır. Bunun yolunu isə həmsədr dövlətlər, ələlxüsus da Rusiya tapmalıdır. Yalnız atəşkəsi qorumaq naminə vasitəçilik ədalətli sülhə gətirə bilməz. Necə ki, 23 ildir gətirmir. Demək, genişmiqyaslı müharibə riski, hərbi və siyasi ekspertlərin də xəbərdarlıq etdikləri kimi, böyükdür.

Ancaq düşünmürük ki, bu müharibə vasitəçi dövlətlərin, Rusiyanın marağında olsun. Bir sıra obyektiv və subyektiv səbəblərdən konfliktə cəlb olunmuş qlobal güclər, Qərb və Kreml bunda maraqlı deyil. Onların regiondakı iqtisadi, geosiyasi, enerji maraqları, böyük investisiya yatırımları və s. buna qarşıdır. Fəqət, atəşkəs, statusu-kvo da uzun müddət belə qala bilməz. O, ya sülh anlaşması ilə yekunlaşmalıdır, ya da müharibənin növbəti fazasının başlamasına gətirməlidir. Üçüncü yol, sadəcə, yoxdur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar