Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Sukerberq ən varlılar siyahısında 4 pillə irəlilədi


“Bloomberg” agentliyi dünyanın ən varlı şəxslərinin növbəti siyahısını dərc edib


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, siyahıda ilk 3 pillədə ardıcıllıqla “Amazon” şirkətinin rəhbəri Ceff Bezos, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və “Facebook” şirkətinin yaradıcısı Mark Sukerberq yer alıb.

Bununla da ilk üç pillədə ilk dəfə olaraq İT biznesinin nümayəndələri qərarlaşıb.

Ceff Bezosun sərvəti 142 milyard dollar, Bill Qeytsin 94,2 milyard dollar, üçüncü Mark Sukerberqin isə 81,6 milyard dollar dəyərində qiymətləndirilib.

Sukerberq bundan öncəki siyahıda 64,9 milyard dollarlıq sərvəti ilə 7-ci pillədə yer almışdı. O, bu rəqəmi bir neçə ay ərzində 16,7 milyard dollar artırmağa nail olub.

Qeyd edək ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır. Bir sıra şirkətlərlə bağlı hesablama şirkətin kapitallaşma dəyərinin “EBITDA” (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) və ya səhm dəyərinin səhm üçün gəlir nisbəti üzrə aparılır.

pia.az
Etiket:
loading...