İmişlidə su kanalında batan şəxsin cəsədi tapılıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb.
T.Şirinovun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.