Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib


Baş katib bildirib ki, NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: “NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”.
 
Y. Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: “Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”.
 
G. Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: “Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”.(APA)

pia.az
Etiket:

loading...