Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spirtli içki aludəçisi olan dünya ulduzları və onların etirafları


Onlar ekranda qüsursuz gülüşləri ilə göz oxşayır, lüks evlərdə yaşayır və ən yaxşı partilərdə iştirak edirlər


Problem yox, narahatlıq yox. Hətta siz bu məşhurların yaşadığı həyata həsəd apara bilərsiniz. Lakin bu ulduzlar böyük sərvətə və şöhrətə rəğmən, özlərini dərin bir yalnızlıqda hiss edir və rahatlığı içki şüşələrində tapırlar.

PİA.AZ publika.az-a istinadən alkoqolizmdən əziyyət çəkən ulduzları təqdim edir:

YUEN MAKQREQOR

Aktyor etiraf edir ki, əvvəllər tək əyləncəsi spirtli içki qəbul etmək olub. O, həyatının həmin dövlərini xatırlayarkən spirtli içki qəbul edən zaman yalnız xoş təəssüratlar yaşadığını etiraf edir. Lakin aktyor 40 yaşından sonra spirtli içkini atmağa qərar verir. O, kariyerasına daha çox diqqət ayırır və sağlamlığı üçün faydalı olan işlər görməyə başlayır.

DERİK UİBLİ

"Sum 41" musiqi qrupunun vokalisti və Avril Lavignenin keçmiş həyat yoldaşı Derik Uibli həddən artıq spirtli içki qəbul edir və şoka düşür. Müğənni 2014-cü ilin aprel ayında huşsuz vəziyyətdə xəstəxanaya aparılır. Onun qaraciyəri və böyrəkləri artıq sıradan çıxmış formada olur.

Bu hadisədən sonra müğənni sağlam həyat tərzinə keçmək qərarına gəlir və gündəlik yaşamını rejimə salır.

DANİEL REDKLİFF

18 yaşı olarkən "Harry Potter" serialının ulduzuna çevrilən aktyor birdən-birə kariyera çöküşü yaşayır. O, hər gün spirtli içki qəbul edir. Çəkilişlərə sərxoş halda gedir və özünü evə qapayır. Aktyor 2010-cu ildə etiraf edir ki, onun gün boyu içməsinə səbəb məşhurluq zirvəsindən düşmək qorxusu olub.

SƏİD LABEUF

Məşhur ulduz 2014-cü ildə təşkil edilən "Kabare" musiqili festivalı zamanı ictimai qaydaları pozur və tamaşaçılarla kobud davrandığına görə həbs edilir. Aktyorun sərxoş olduğu ortaya çıxır və əli qandallı şəkildə teatrı tərk edərkən "Siz mənim kim olduğumu bilirsiniz?" deyə qışqırmağa başlayır. Polis məntəqəsində belə özünə gələ bilməyən aktyor qanun işçisinin üzünə tüpürür. Aktyorun həddən artıq spirtli içki qəbul etməsi səbəbilə bu hala düşməsini deyən həkimlər ona 6 aylıq məcburi reabilitasiya müalicəsi yazır.

YELENA PEROVA

"Lisey" qrupunun solisti Yelen Perova dəfələrlə anormal vəziyyətdə mediaya yaxalanır. Onun haqqında alkoqolizm istifadəçisi olduğu, hətta narkotikdən istifadə etməsi iddiaları da yayılır. Lakin o, bütün müsahibələrində bu iddiaları hər zaman təkzib edir.

ZAK EFRON

Amerikalı aktyor və müğənni sizi qüsursuz fiziki görünüşü, hündür boyu və yaraşığı ilə aldada bilər. Lakin o, bu bədən quruluşunu kokain asılılığı sayəsində əldə edib. Belə ki, aktyor narkotik maddələrdən asılı olduğu üçün iki dəfə reabilitasiya keçib və sağlam həyat tərzi yaşamağa başlayıb. O, kokainə qarşı olan asılılığına qalib gəlsə də, içkilərə olan məhəbbətini hələ də davam etdirməkdədir. Yayılan şaiyələrə görə, Zak hələ də spirtli içkilərdən istifadə edir.

MEL GİBSON

Kariyerası müddətində hər zaman qalmaqallarla yadda qalan aktyora mətbuatda çox zaman "irqçi psixopat" epiteti ilə müraciət edirlər. Çünki o, çox zaman spirtli içkinin təsirində olur və ağlasığmaz biabırçılıqlar edir.
Bir gün aktyor açıq paltarlar geyindiyinə görə sevgilisinə gecə yarısı zəng edir və onu təhqir edərək "zənci sürüsü" tərəfindən zorlanmağa layiq olduğunu deyir.

2006-cı ildə irqçi fikirlərinə görə polis onu saxlayır. Aktyor isə polisləri təhqir edir. Daha sonra açıq şəkildə bütün ictimaiyyətdən üzr istəyən Gibson spirtli içkinin təsirində olduğunu etiraf edir.

CONNİ DEPP

Aktyor 2015-ci ilin mart ayında yüz minlərlə insanın işlədiyi "Karib dənizinin quldurları" filminin işlərini dayandırmağa səbəb olur. Çünki layihənin ulduzu Conni Depp əlini yaralayır. Aktyorun yaralanmasına səbəb isə uzun müddət dostları ilə birlikdə spirtli içki qəbul etməsi olur. O, içdikdən sonra həyat yoldaşına zəng edir və mübahisə etməyə başlayır. Mübahisə zamanı əsəbiləşən aktyor qapıya yumruq vurur və əlini yaralayır.

Bir neçə dəfə spirtli içki asılılığı səbəbindən müalicə olunmasına baxmayaraq, aktyor hələ də alkoqolizmdən əziyyət çəkir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar