Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Space tv-nin “Ad günü”

Bu gün Azərbaycanın televiziya məkanında yayımlanan verilişlərin eyni formatda və məzmunda olması sözsüz ki, tamaşaçıları yorur və bəzən bu narazılıqlara səbəb olur


Bununla yanaşı bir çox verilişlərin əsasən Türkiyə kanallarında yayımlanan verilişlərin oxşarı olmasıda problemli məsələlərdəndir. Əslində bu gün dünyanın televiziya məkanında bu problem yaşanır və demək olar ki, əsas ideyalar RusiyaAvropa televiziyalarında ixrac olunur. Amma bununla yanaşı Azərbaycanın özündə də maraqlı  ideyalar ortaya çıxır və texniki imkanlar məhdud olsada bunları reallaşdırmaq mümkün olur. Belə verilişlərdən biri də Space tv-də yayımlanan “Ad günü” verilişidir. Bu verilişdə maraqlı olan məqamlar bəs nədir?

Verilişi ilk növbədə maraqlı edən ilk məqam aparıcıdır. Aparıcı Əkbər Əlizadənin peşəkar aktyor olması ilk diqqəti cəlb edən məqamdır. O, məhz aktyorluq məharətindən istifadə edərək hər verilişin özünəməxsus ab-havasını formalaşdıra bilir. Hətta bəzən fərqli buraxılışlarda eyni qonaqlar olsada yaradılmış ovqata görə qonaqlar fərqli aspektdə təqdim edilir və yoruculuq müşahidə olunmur. Bu isə aparıcının əsas uğurudur. Teleməkanda diqqəti cəlb edən “Ad günü” verilişinin aparıcısı həm də səlis danışığı, azərbaycan dilinin incəliyini bilməsi ilə fərqli durum yaradır. 

Əkbər Əlizadə tək-tük aparıcılardandır ki, səlis azərbaycan dilində danışır və rus sözlərindən demək olar ki, istifadə etmir. Buna görə fikrini səlis ifadə edir və əsl efir dilində ünsiyyət yaradır. Əkbər Əlizadənin başqa bir üstünlüyü isə qonaqlarını aşağılamaması və onları tamaşaçıya daha səmimi şəkildə təqdim etməsidir. Bu gün aparıcılarda maraqlı bir “xəstəlik” yaranıb və bu “xəstəliyin” kökündə özünü daha ağıllı göstərməyə cəhddir. Amma Əkbər Əlizadə də bu xəstəlik yoxdur və nə qədər populyarlaşırsa bir o qədər də tamaşaçıya yaxınlaşır. 

Nəhayət verilişin maraqlı olma məqamlarından biri də niyyətinin aydın olmasıdır. Hər buraxılışda tanınmış simalardan kimlərinsə ad günü keçirilir və bunun çox maraqlı efir formatı tapılıb. Bir tərəfdən qonaqlar ad günü olan şəxsin şəxsi keyfiyyətlərini tamaşaçıya çatdırır, digər tərəfdən isə musiqi nömrələri ilə çıxış edirlər. Buna görə verilişdə heç vaxt ucuz şouya üstünlük verilmir və tamaşaçının zövqü nəzərə alınır. 

Ümumiyyətlə yeni televiziya sezonunda Space tv-də maraqlı verilişlər hazırlanır və marifləndirmə gücü daha çox hiss olunur. Bu baxımdan peşəkar aparıcılar Orxan Fikrətoğlunun və Elçin Əlibəylinin də bu kanala gəlişi ciddi addım oldu. Kanalın prezidenti Vaqif Mustafayevin ideyası ilə reallaşdırılan bu yeniliklər sözsüz ki, Space tv-nin auditoriyasının genişlənməsinə də müsbət təsirini göstərir. Beləliklə qeyd etmək olar ki, “Ad günü” verilişi də başda olmaqla Space tv, televiziya məkanına yeniliklər gətirə bildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar