Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyüşcül xalqın “abırlı” yazarları

Ayxan Ayvaz yazır

 
O vaxtlar Rasim Qaracanın “Arqo deyimlər” adında bir kitabı çap olunmuşdu. Atam o kitabdan 10-a yaxın nüsxə gətirmişdi. Yeniyetməydim və bu cür kitablar diqqətimi çəkirdi.

Amma təəssüf ki, oxuya bilmədim o kitabı. Bir az keçəndən sonra gördük ki, “Arqo deyimlər” zibil qabında tüstülənir.

Anam onu yandırmışdı.

İndi xeyli zaman ötüb keçsə də o kitabı hələ də oxuya bilməmişəm. Təzədən genişlənərək çap olunub hətta. Amma kitabın varlığından xəbərim yoxdur.

Çox qəribədir. Söyüşlü cəmiyyət söyüşdən qaçır. Özü də fikir vermişəm ki, bu qaçışda bir saxtakarlıq var. Çünki biz söyüşsüz keçinə bilmirik. Söyüş necə deyərlər, bizim canımızda, qanımızdadır. Həm də ki, biz söyüş barədə maşallah, çox zəngin dilə sahibik.

Söyüş barəsində ziddiyyətliyik. Tutaq ki, söyüşcül adam bizdə gülüş doğurur, onu hər məclisdə görmək istəyirik. Bu haqda hətta lətifə də düz-qoş ediblər:

“Bir kənddə söyüşcül Həsən adında biri varmış. Yağış yağıbmış, hər yer də palçıq. Yolla gəlib keçən maşın Həsənin üstünü batırır. Sürücü bir az gedəndən sonra düşünür ki, ay aman, bu Həsən kişi indi mənə söyür. Tez geri qayıdır, pəncərə şüşəsini açıb deyir ki, ay Hasan əmi, birdən mən cəhənnəm anamı, atamı söyərsən, olan işdi sən canın bağışla. Həsən kişinin tarixi cavabı:

- İndiyə ana, ata qalar, a bala?”

İkinci tərəf söyüşə qəzəblidir, bunun üstündə dava salar, adam döyər, hətta kiminsə qanını şoruldadar.

Biz söyüşün arxasında dayanan mənzərədən əsəbiləşirik. Özü də fikir vermişəm, bizim dildə çox vaxt söyüş birbaşa şəxsə deyil, onun yaxınlarına tuşlanır. “Ana-bacı” söyüşü təbii ki, bizi özümüzdən çıxarır. Çünki söyüşü gözümüzün qabağında canlandırırıq. Mən isə belə söyüşləri istedadsız söyüşlər hesab edirəm. Dilimizin bu sahədə imkanları o qədər çoxdur ki, yalnız bayağı və məzmunsuz adam bu tip söyüşə əl atar.

Bizim söyüşə münasibətimiz saxtadır. Ciddi deyirəm. Əsas da ədəbiyyatda və filmlərdə. Heç kim inciməsin. Hətta bir çox yazıçılarımızda bu saxtalığın lap yekəsini görmüşəm.

Filmlərdəki dava səhnələri əttökəndir. Bircə dənə də söyüş yoxdur. Hansısa əsərimizi oxuyursan, yaxalaşan adam o birinə uzaqbaşı belə deyir: “Yekəbaş”. Bu da oldu söyüş.

Özümüzdən qaçmaqdır bunlar. Ədəbiyyatını oxuyursan, filminə baxırsan, həyat başqa cürdür. Amma o ki çölə, bayıra çıxırsan, söyüşün biri bir qəpik. Adam müharibədən, əsgərlikdən hekayə yazır, heç bir söyüş rastına çıxmır. Niyə bu qədər saxta olasan ki? Guya bilmirik ki, əsgərlikdə söyüşsüz bir an belə keçmir. Avtobus şoferlərinin bir-birinin qanına susadığı bir zamanda yazıçımız götürüb yazır ki, sürücü tıxacı görüb qışqırdı: “Heç düzələn deyilik!” Siz Allah, bir avtobus sürücüsü belə danışarmı?

Biz gərək özümüzə yalançı qılaf taxmayaq. Söyüşlü cəmiyyətin söyüşsüzlüyü gülünc mənzərə yaradır. Rahat olmaq lazımdı. Dünyanın hər yerində söyüş var. Söyüşü tək biz yaratmamışıq. Ona görə də, bir-birimizi aldatmaq lazım deyil. Olduğumuz kimi olaq. Yeri gələndə söyüş də söyək... Əsərlərdə, filmlərdə söyüş vacib olan yerlərdən sükutla keçməyək. Əndazəni aşmamaq şərti ilə...(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar