Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb



"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır"


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar qeydə alınıb: "Belə ki, BBGİ Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 10 ədəd "beşbarmaq", 5 ədəd dəyənək, 9 ədəd silah hissəsi, 4 ədəd elektroşoker, 48 ədəd ox aşkar edilib".
 
Bundan başqa, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.
 
Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar