Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyərək stress atanlar

Nemət Hacıəliyev yazır...


Səbəbləri araşdırmadan qorxuya düşən yalnız kütlədir. Fərd heç vaxt kor-koranə qorxmur. Qorxu lazımlı hiss olsa da bəzən yersiz istifadəsi fəlakətə gətirir.

Bir gün dovşan manqo ağacının altında yatırmış. Gurultuya ayılıb qorxur. Qorxudan qaçmağa başlayır. Yolda dovşanlar onu saxlayıb sorğu-suala tutur. Dünyanın dağıldığını deyən dovşana digər dovşanlar inanır. Hamı bir yerdə qaçırlar. Yolda ayı, canavar, şir, kərgədan və digər bütün heyvanlar dovşana qoşulub qaçırlar. Axırda bir insana rast gəlirlər. İnsan səbəbi araşdırmağı təklif edir. Bütün heyvanları sual atəşinə tutandan sonra növbə dovşana çatır:

- Hadisə baş verəndə harada idin?

- Manqo ağacının altında yatmışdım.

İnsan gülümsəyib deyir :

- Çox güman manqo meyvəsi yerə düşərək möhkəm səs çıxarıb. O səsdən qorxub qaçmısan.

Dünya dağılmır.

Kütləni əldə saxlamaq üçün qədimi zamanlardan əyləncəli proqramlar yaradıblar. O vaxt Kalizeydə qladiatorlar dalaşırdısa indi Marakanada futbolçular qol vurmağa çalışırlar. Kütlə isə hər zaman əsəbidir. Futbolçuları söyərək stressini azaltmağa çalışır. Bütün idman yarışmalarına baxmaqla əsl zövq yaşamaq mümkün deyil. Əsl zövq özün oyunun içində olarkən olur. Anı yaşamaq lazımdır. Anı yaşayanlar, məsələn, Ronaldo, Messi bir çox insanların qəhrəmanına çevrilir.

Kütlə olmayan yerdə şou olmur. Şou kütlə üçün nəzərdə tutulub. Şou proqramlara baxanda bunu hiss etmək olar. Öncədən lentə alınmış alqış, gülüş, təəccüb səsləri lazımi anda səsləndirilir.

Kütləyə harada gülmək lazım olduğu bildirilir. Fərd isə heç vaxt ona gülməli gəlməyən mövzuya gülməz. Bir insan kənarda oturub kitab oxuyanda ona deyirlər:

- At onu kənara.

- Gəl bizə qoşul.

- Görürsən söhbət edirik, hörmətsizlik etmə.

İnsanı kütləyə salmağa çalışırlar. Özləri kimi zombiyə çevirmək istəyirlər.

Kütlə sözündən çox istifadə etdiyim üçün üzrlü sayın, amma hamımız kütləyə çevrilirik. Bunun qarşısını almaq üçün yalnız  bir üsul tətbiq etmək olar. Fərdi şəkildə incəsənətlə məşğul olmaq. Özün üçün tək qalanda hər hansı bir musiqi alətində ifa etmək, rəsm əsəri çəkmək, şeir, hekayə yazmaq. Ancaq özün üçün.

Kütlənin şablon yanaşma tərzi var. Yaxşı və pis. Vəssalam. Ya Tolstoyu bəyənirlər, ya da yox. Ya Şakira gözəldir, ya da yox. Konkretlik kütlənin silahıdır. Həssaslıq yoxdur. Ona görə Qustav Le Bön yazır ki, Roma imperiyasını incəsənət dağıtdı. Roma imperiyası çiçəklənən dövrdə güclü orduya malik idi. İncəsənət geniş meydanı ələ keçirəndən sonra insanlar təkcə döyüşməklə əylənmirdilər. Biri şəkil çəkirdi, biri musiqi bəstələməyə çalışırdı, digəri yazırdı. İncəsənət Roma imperiyasını dağıtdı. Bəli, təkcə Roma imperiyasını deyil, bütün kütləviləşməyə meylli qurumları dağıtdı.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar