Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial şəbəkələrə daxil olanlar vergi ödəyəcək - Uqandada

Uqanda parlamenti sosial şəbəkələrdən istifadə olunmasına görə vergi tutulmasını nəzərdə tutan qanun qəbul edib


Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, qanuna əsasən “Facebook”, “WhatsApp”, “Viber” və “Twitter”dən istifadə edən vətəndaşlar gündə 200 Uqanda şillinqi (0,05 dollar) ödəməlidir.

Ölkə prezidenti Kaquta Museveni bu yolla internetdə yalan məlumatların yayılmasının qarşısını almağı düşünür. Qanun başqa vergiləri də nəzərdə tutulur, məsələn, hər mobil ödənişdən 1% vergi tutulacaq.

Maliyyə naziri Matia Kasaya deyib ki, qanun interneti məhdudlaşdırmağa yönəlməyib: “Biz ölkənin təhlükəsizliyini və insanların sosial şəbəkələrdən daha çox istifadə etməsini təmin etmək üçün şəbəkəni genişləndirməyə pul axtarırıq”.

Qeyd edək ki, Uqandada 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar