Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial evlər üçün vətəndaşlara krediti bu bank verəcək


Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qaydanı fəaliyyətində rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir


Eyni zamanda, daha bir güzəşt vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunacaq mənzilləri güzəştli ipoteka krediti ilə əldə etmək imkanıdır.

MİDA-dan AzVision.az-a verilən məlumata görə, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 30 ilədək müddətə verilən güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə mənzilin satış qiymətinin 10%-ni təşkil edir.

Sözügedən Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.

Ötən müddət ərzində Agentlik tərəfindən vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə görülmüş işlər çərçivəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 müvəkkil bankına müraciət olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” ASC oldu.

Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən “Kapital Bank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 19.07.2017-ci il tarixində imzalanıb.

Azərbaycanın bank sektorunda xüsusi çəkisi olan “Kapital Bank” ən böyük filial şəbəkəsinə malik maliyyə qurumlarındandır. 3 milyondan çox fiziki şəxsə və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərən “Kapital Bank” ASC-nin xidmət şəbəkəsi 92 filialı və 7 şöbəsi ilə bütün ölkəni əhatə edir. Eyni zamanda, “Kapital Bank” dövlət sosial proqramlarının icrası sahəsində də geniş təcrübəyə malikdir.

Fəaliyyətində vətəndaş məmnunluğunu əsas göstərici kimi qəbul edən Mənzil İnşaatı Dövlət Agentliyi təcrübəli və etibarlı tərəfdaşlarla səmərəli əməkdaşlığın qurulması istiqamətində işlərini davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar