Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

Politoloq: “Gələcək perspektivdə Paşinyan hakimiyyəti ilə Rusiya arasında ciddi problemlərin yaşanacağı ehtimalı böyükdür”


“Corc Soros təşkilatı ilə əməkdaşlıq edən birinin Ermənistanın Təhlükəsizlik Şurasına katib olaraq təyin olunması Rusiyanı o mənada narahat edir ki, gələcəkdə bu postun səlahiyyət dairəsi tələb edir ki, bütün ordu, eyni zamanda Rusiyanın hərbi bazaları haqqında informasiyalar onun əlində cəmləşsin”.

Bu sözləri politoloq Natiq Miri Qərbə bağlı kadrların Ermənistanda vəzifələrə gətirilməsi prosesin PİA.AZ-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Sorosun adamı olaraq bilinən Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postuna gətirməsi Rusiyada və Ermənistanda, həmçinin Dağlıq Qarabağda narazılıqla qarşılanıb. Məlumatlara görə, Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın Paşinyan hakimiyyətinə qarşı çıxmaq üçün istənilən vaxt erməni əhalisini ayağa qaldıra bilər. Sadəcə olaraq Saakyanın bunun üçün ya Rusiyadan, ya da “Qarabağ klanı”nın liderləri Köçəryan və Sarkisyandan təlimat almalıdır. Ermənistan mediası hazırda ancaq Xankəndini nəzarətdə saxlayan “Qarabağ klanı”nın hakimiyyəti qaytarmaq üçün hətta sui-qəsdlərə də əl ata biləcəyini yazır.

Eyni zamanda Corc Sorosa bağlı şəxslərin strateji vəzifələrə gətirilməsi Rusiyada da narahatlıq yaratmaqdadır. Bu həmçinin Nikol Paşinyanın baş nazir seçilmək üçün verdiyi sözləri tutmaması kimi anlaşılmaqdadır və rəngli inqilablar memarı Sorosun Ermənistanda hakimiyyətdə pay sahib olması heç də Kremlin xoşuna gələ bilməz. Bundan əvvəl də dəfələrtlə Kreml Qərblə olan qarşıdurmasının əsas səbəblərindən birini məhz MDB məkanında Soros tərəfindən maliyyələşdirilərək həyata keçirilən rəngli inqilablar olduğunu bəyan edib. Rusiya prezidenti Vladimir Putinin isə Soros fondunun fəaliyyətinə olan şəxsi münasibəti həddindən artıq neqativ və hətta demək olar ki, aqressivdir. Bir çox analitiklərə görə isə Putinin ən çox qorxduğu şey də rəngli inqilabdır. Bu Putinin Ukraynada baş verən inqilaba olan münasibətində də bariz şəkildə ortaya çıxdı. Məhz Ukraynada baş verən inqilabın “əvəzini ödəmək” məqsədi ilə Putin Krımı ilhaq etdi və Şərqi Ukraynada tanınmayan respublikalar yaradaraq Ukrayna sərhədinin böyük bir hissəsini nəzarətə götürdü. Hazırda isə Ermənistanda Sorosa bağlı kadrları strateji vəzifələrə təyin olunmasına Rusiyanın göstərəcəyi münasibət maraq doğurmaqdadır.

Qərbə bağlı kadrların, xüsusən də rəngli inqilabların memarı olaraq bilinən Corc Sorosa bağlı olan insanları Ermənistanda strateji vəzifələrə gətirilməsi, Rusiyanın Paşinyan hakimiyyətinə qarşı mövqe tutmasına yol aça bilərmi və Rusiyanın Ermənistanda “Qarabağ klanı”ndan başqa Paşinyana alternativ olaraq görə biləcəyi siyasi qüvvə varmı?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri müraciət edib.

Image result for natiq Miri pia.az

Natiq Miri: “Hər nə qədər mövqeyinin anti-Rusiya olduğunu gizlətmək istəsə də, təbii ki, bu cür təyinatlarda Paşinyanın əsl mahiyyəti üzə çıxır”.


Ermənistanda bütün hakimiyyət rəhbərlərinin qalib olandan sonra ənənəvi olaraq ilk rəsmi səfərlərini Rusiyaya etdiklərini xatırladan politoloq Natiq Miri əlavə edib ki, Paşinyan ilk dəfə olaraq bu ənənəni pozur və ilk rəsmi səfərini Gürcüstana etməklə dolayısı ilə Qərbə inteqrasiya xəttinə üstünlük verən Gürcüstanla strateji müttəfiqliyini ortalığa qoymuş olur. Bu da təbii ki, Rusiyanı qıcılqandırmamış deyil:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya preizdenti Putinlə görüşəndə Ermənistanda anti-Rusiya ofqatının olmadığı haqqında vədlər vermişdi. Həmçinin Paşinyan Rusiya-Ermənistan münasibətlərinin eyni ilə davam edəcəyi haqqında da müəyyən öhdəliklər üzərinə götürmüşdü. Amma bütün bu açıqlamalara rəğmən Rusiya hələ də Paşinyan hökümətinə etibar etmir. Çünki Paşinyanın bir siyasətçi olaraq anti-Rusiya mövqeyində olduğu haqqında onlarda konkret şübhələr var. 

Ayrıca Paşinyanın rəhbərlik etdiyi “məxməri inqilab”ın məhz Qərb dövlətlərində olan erməni lobbiləri tərəfindən maliyyələşdirildiyi haqqında da Rusiyada informasiyalar var. Ən nəhayət, hər nə qədər mövqeyinin anti-Rusiya olduğunu gizlətmək istəsə də, təbii ki, bu cür təyinatlarda Paşinyanın əsl mahiyyəti üzə çıxır. Başqa cür bunu etmək də mümkün deyil. Təbii ki, Paşinyan bütün postlara özünün fikirlərinə uyğun və özünə yaxın insanları təyin etməlidir ki, ən azından hakimiyyətini Ermənistanda möhkəmləndirə bilsin. Çünki bu cür möhkəm bir hökumət olmasa, istənilən bir cəhdlə yeni hökuməti asanlıqla devirməyin mümkün olacağını Paşinyan çox gözəl bilir. 

Buna görə də düşünürəm ki, bu cür təyinatlar gələcəkdə Rusiya-Ermənistan arasında müəyyən problemlərin ortaya çıxacağına zəmin yaradacaq. Artıq bu cür təyinatlar və Paşinyanın başqa addımları Rusiyada çox ciddi narahatlıqlar doğurmaya başlayır. 

Bildiyimiz kimi Paşinyan təkcə bu cür təyinatlarla Rusiyanı qıcıqlandırmır. Eyni zamanda Paşinyan ilk rəsmi səfərini Gürcüstana etməklə də, Rusiyanı qıcıqlandırıb. Aydındır ki, Ermənistanda bütün hakimiyyət rəhbərləri qalib olandan sonra ənənəvi olaraq ilk rəsmi səfərlərini Rusiyaya ediblər. Ancaq Paşinyan ilk dəfə olaraq bu ənənəni pozur və ilk rəsmi səfərini Gürcüstana etməklə dolayısı ilə Qərbə inteqrasiya xəttinə üstünlük verən Gürcüstanla strateji müttəfiqliyini ortalığa qoymuş olur. Bu da təbii ki, Rusiyanı qıcılqandırmamış deyil. 

Natiq Miri: “Rusiya istənilən zaman Ermənistanda hər hansı bir hərbi-siyasi çevriliş edə bilər”.


Bu baxımdan düşünürəm ki, gələcək perspektivdə Paşinyan hakimiyyəti ilə Rusiya arasında ciddi problemlərin yaşanacağı ehtimalı böyükdür. Həmçinin Corc Soros təşkilatı ilə əməkdaşlıq edən birinin Ermənistanın Təhlükəsizlik Şurasına katib olaraq təyin olunması Rusiyanı o mənada narahat edir ki, gələcəkdə bu postun səlahiyyət dairəsi tələb edir ki, bütün ordu, eyni zamanda Rusiyanın hərbi bazaları haqqında informasiyalar onun əlində cəmləşsin. Rusiya narahatdır ki, bu cür informasiyaların Qərb yönümlü, xüsusilə də Sorosa yaxın bir şəxsin əlində cəmləşməsi gələcəkdə bu kəşfiyyat informasiyalarını Qərbə ötürə bilər. Əslində Rusiyanın ən böyük qorxusu da buna görədir. Bu yöndə də Rusiya tərəfindən tədricən Paşinyan hökumətinə təzyiqlər ola bilər.

Əslində indiki prezident Armen Sarkisyan hakimiyyətə demək olar ki, bir növ “Qarabağ klanı” iqtidarından endirilib, ona görə də hələlik Ermənistan cəmiyyətində prezidentin və təmsil etdiyi “Qarabağ klanı”nın təsir imkanları tamamilə çıxdaş edilmiş deyil. Serj Sərkisyan dönəmində bir oliqarxik idarəetmə sistemi mövcud idi. Bu gün Ermənistan iqtisadiyyatının böyük bir sahəsi məhz bu şəxslərin əlindədir. Eyni zamanda böyük maliyyə imkanları da məhz bu dairələrin əlində cəmləşib. Bütün bunlara görə də, bu cür böyük maliyyə imkanları var olduqca bunlar Paşinyan hökumətinə potensial rəqib və təhlükə olaraq qalacaqlar. Buna görə Rusiya istənilən zaman bu qüvvələrdən istifadə edərək Ermənistanda hər hansı bir hərbi-siyasi çevriliş edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar