Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonuncu rus çarı haqda sensasion məlumatlar


Ölümündən 100 il sonra II Nikolayın ölümü ilə bağlı elə detallar məlum olur...; yaponiyalı professor tarixi həqiqətin bir addımlığında


Sonuncu Rus imperatoru II Nikolayın faciəli ölümü üzərindən tezliklə düz 100 il - bir əsr ötəcək. Hadisənin ildönümü yaxınlaşdıqca mövzu ətrafında mübahisələr getdikcə daha da qızışır. Vurub qalxır kəlləçarxa.

Tokio universiteti mikrobiologiya şöbəsi professoru Tatsuo Naqai bu mübahisələrə qoşulduqdan sonra mövzu daha qəlizləşib. Nə olub axı? Gün hardan doğub, Ay harda batıb? Niyə dünya mətbuatı yapon alimlərinin son rəyini qəzet manşetlərinə çıxarır indi? Niyə alimlər Sankt-Peterburqun Petropavlovsk qalasındakı toplu məzarı indi Romanovlara aid etmir, mövzuya şübhə ilə yanaşırlar?


***

PƏRDƏARXASI SİRR: Xatırladıram, mövzu birinci günündən siyasi sifarişli olub. Vaxtilə Britaniya kraliçası Yelizaveta 2-ci bu barədə görün bir nə demişdi Britaniya mətbuatı səhifələrində: “Atam ilə Nikolay 2-ci əmioğlu idilər. Biz qanı bir qohumuq. II Nikolaya qarşı işlədilmiş vəhşiliyə görə rəsmi Moskva bizlərdən üzr istəməsə, mən Rusiya ərazisinə bir addım belə basmayacağam”.

Usta yazıçı qələminə möhtac bu kriminal süjet təkcə elə Romanovların sür-sümükləri ilə məhdudlaşmır. Ortada ağır çəkili qızıl söhbəti də var. Britaniyanın “Berinq qardaşları bankı”nda II Nikolaya məxsus xeyli qızıl külçələri mövcuddu. Deyilənə görə, nə az, nə çox - düz 6 ton!

Nikolay Romanovun məzarı, ölümü barədə əldə rəsmi sənəd olmasa, bu əmanət heç kimə, heç bir köpəkoğluna çata bilməz.



NİKOLAYIN QIZILI: 90-cı illər boyu sonuncu Romanovlar ətrafında qızışan bütün söhbətlər məhz bu nöqtədən qaynaqlanıb bəlkə də. Bir tərəfdə Londonun xahişi, digər tərəfdə tonlarla qız-qızıl... Qısası, Qorbaçovun, Yeltsinin bircə göz yummağı ilə bu söz-söhbət 90-cı illərdə şişir öz-özünə. Uralda Romanovların bədən qalıqları aşkarlanır guya. Tibbi ekspertizanın birmənalı rəyi o zaman başqa fərqli bir fikrə ayaq yeri belə qoymur. Rus pravoslav kilsəsindən savayı digər heç kim bu sür-sümüklərə öz şəkk-şübhəsini sərgiləmir.

XRONİKA: 1993-cü ildə Romanovların qalıqları ilə əlaqədar dövlət komissiyası yaradılaraq başlayır işə. Komissiyanın sədri Boris Nemtsov təyin edilir. İngiltərənin “Oldermaston Kriminalistik mərkəzi”ndə, ABŞ-ın Hərbi-tibb Akademiyasında keçirilən müayinələr, tədqiqatlar eyni rəyi təsdiqləyir. Uralda aşkarlanmış toplu məzar Romanovlara məxsusdu guya. 30 yanvar 1998-ci ildə komissiya öz son rəyini açıqlayır: “Yekaterinburqda aşkarlanmış insan qalıqları sonuncu Romanovlara, II Nikolayın özünə, ailə üzvlərinə aiddi”.

27 fevral 1998-ci ildə Rusiya rəhbərliyi qərara gəlir bu qalıqlar, sür-sümüklər Sankt-Peterburqun Petropavlovsk qəsrində torpağa tapşırılsın. 17 iyul 1998-ci ildə qərar çox saylı mətbuat işçilərinin iştirakı ilə həyata keçirilir.

nikolay 2.jpg (8 KB)


TORBADAKI PİŞİK: Həmin əsnalarda - 1994-cü ildə, görünür, Yeltsin şəxsən özü Romanovlara görə Britaniya kral xanədanından üzr istəyir. Bu cəhd özünü doğruldur tam. Həmin ildəcə kraliça II Yelizaveta ilk və sonuncu kərə Rusiyaya gələrək mövzunu birtəhər, pis-yaxşı xətm etməyi bacarır. O ki qaldı Nikolayın qızılına...


***

Bu barədə hamı ağzına su alıb susur hələ də. Düz-əyri bir söz demirlər. İngiltərə qanunlarına görə bankdakı pul sahibinin məzarı yoxdusa, heç nə... Demək, həmin kəs hələ sağdı. Varisləri, banka gəlib ordan öz haqlarını tələb edə bilməzlər. 

Nə isə... Mövzu ətrafında tələskənliyi indi ancaq bununla izah etmək düzgündü. Naməlum, bəlkə də məlum bir şəxs, hadisələrin adi axarını sürətləndirmək istəyib o vaxt. Yalandan tezbazar silsilə ekspertizalar keçirdib. Xarici alimlərin rəyini birtəhər satın alıb. Yeltsinin papağını qoyub Nemsovun başına. Nemsovunkunu basıb Amerikadakı qocaman bir professor-pataloqoanatomun daz kəlləsinə. Çırt-pırt, axır ələmə car çəkib: “Ay camaat! Özünüzü dağa-daşa çox salmayın. Nikolayın məzarı burdadı. Qızılını indi bəri eləyin...”

Ek3.gif (85 KB)


***


Kobud desək, bu “gop”a ilk olaraq rus pravoslav kilsəsi öz dodaqlarını büzüb. Nəşlərin, Romanovlara məxsusluğuna gözucu baxıb. Başını sağa-sola çox bulayıb o vaxt. Ancaq, ehtiyat sərgiləyərək mübahisələri çox da qızışdırmayıb mövzu ətrafında.

Söhbəti bu kəslərin ümidinə buraxsaq, Romanovlar barədə yağlı yalanlar indiyədək davam edərdi, məncə. Nəticədə biz də Sankt-Peterburqa gedib Romanovların toplu məzarı üzərinə tər gül-çiçək çələngi qoya bilərdik. Ancaq şükür, ötən il mübahisələrə Tokio Universiteti mikrobiologiya professoru Tatsio Naqai qara nöqtə qoymağı bacarıb nəhayət ki.


TƏKRAR EKSPERTİZA: “Romanovların nəşi” mövzusunda həqiqəti saxtalaşdıranlar hardan biləydilər ki, uzaq Yaponiyada II Nikolaya məxsus həqiqi qan ləkələri mövcuddu. Eləmə tənbəllik, bu ləkələrin genetik analizini keçir, vəssalam. Əsl həqiqət məhz bu vaxt üzə çıxıb saxtakarları çətin duruma salacaq.

Без названия.jpg (11 KB)


Professor Tatsio Naqainin peşəkarlığına həsəd aparmaq olar ancaq. O, süjetin digər iştirakçıları kimi başını gic-gic mövzularına qatmır əsla. Müsahibələrinin birində görün bir nə deyir: “29 aprel 1891-ci ildə şahzadə Nikolay Yaponiyada səyahətdə ikən gəlib çıxır Otsu adlı çox mənzərəli bir şəhərciyə. Mənzərəli gölə baş çəkdikdən sonra heyət şəhərə daxil olur. Yaponlar, əllərindəki kiçik milli bayraqları yelləyə-yelləyə balaca Nikolayı salamlayırlar. Şəhər küçələrinin darısqallığı imkan vermir Nikolaya at arabasına əyləşib ətrafı yaxşıca gözdən keçirsin. Yerli rikşalar Nikolayı öz əl arabalarına əyləşdirib şəhərdə gəzdirdiyi zaman xoşagəlməz hadisə qeydə alınır. Polislərdən biri - Suda Sandzo, qəfil öz samuray qılıncını sivirib qınından çıxarır. Sonra iki zərbə endirir balaca Nikolayın başına. Zərbələrə dözən Nikolay bir də gözlərini açanda görür polislər müqəssiri yerə yığıb təpikləri altına salıblar. Zərərçəkən Nikolaydan qalma danılmaz dəlilləri - üstü qan ləkəli kiçik yaylığı, dənizçi köynəyini, habelə balaca Nikolayın sonra üzərində uzandığı divanı, mədəniyyətə bir bax, yaponlar götürüb indiyədək saxlayıblar. Necə deyərlər, saxla samanı, gələr zamanı. Uzun zaman yapon muzeylərinin birində istifadəsiz qalmış bu dəlillər bir gün düşür professor mikrobioloq Tatsio Naqainin iti caynağına. Nəyə sahibləndiyini o, anında dəyərləndirir. Cumur qan analizi laboratoriyasına".


***


Genetik analizin nəticələrini əldə edən qocaman professor öz sonrakı addımlarını elə bəri başdan hesablayır. Əvvəlcə özünü vurur tülkülüyə. Özünü oxşadır adi təqaüdçü turistin birinə. Durub gəlir guya səyahət üçün Sank-Peterburqa. Çantasındakı sənədlərdən əlini bir an kənara çəkmir.


***

Картинки по запросу Nikolay II Yaponiya

1997-ci ildə baş vermiş bu xoşagəlməz fakta ruslar əvvəlcə bir o qədər əhəmiyyət vermirlər. Ancaq necə deyərlər, yalan ayaq tutar, fəqət yeriməz.

Yaponlar sakit yanaşırlar rusların bu siyasətinə. Qərara gəlirlər mövzu dairəsini genişləndirsinlər bir az. Təkrar ekspertizaya görün bu dəfə kim qoşulur, kim? - cənab Bonte!

Cənab Bontenin qarşısında indi də hamı qorxudan tükünü tökür. Məhkəmə tibb ekspertləri arasında təkzibolunmaz nüfuz sahibi sayılan bu təcrübəli şəxs, yaponlara tam bəraət qazandırmayana qədər sakitlik nədi bilmir. Müsahibələrində görün bir o, nə deyib: “II Nikolay, fiziki oxşarlarından daim geninə-boluna istifadə edib. Bu oxşarlardan birinin - Filatovun genetik analizi, Uraldakı nəticələrlə eynidir. Məzarda yatanların Romanovlara zərrə ucu qədər belə dəxli yoxdur”.


***

NİKOLAYIN OXŞARLARI?: II Nikolayın, deyilənə görə, 7 oxşarı, bir növ 7 əkiz qardaşı varmış. Oxşarların rus saraylarındakı təntənəsi başlayır çar I Aleksandrdan. Elə rus çarı, dövlət xadimi yoxdur ki, oxşarlarının yardımı ilə canını Əzrayıldan qurtarmasın. II Nikolay da bu siyahıda istisna deyil. Çarı qorumağa xatir müxtəlif fəndlərdən istifadə edilirdi o vaxtlar. Misal üçün, eyni vaxtda Qış Sarayından üç fərqli kareta çıxırdı. Kənardakılar son anadək bilmirdilər çar hansı karetadadı.



KİÇİK HAŞİYƏ: Bu məxfi ssenariyə, bu gizli standartlara Kremldə indi də əməl edilir. Vladimir Putin yola çıxarkən, Kremlin üç fərqli qapısından eyni anda üç avtomobil karvanı start götürür. Son anadək bilinmir Putin hansı avtomobildə əyləşərək şəhər kənarındakı hansı öz iqamətgahına tələsir.

ROMANOVLARMI? FİLATOVLARMI?: 1917-ci ildə hakimiyyəti qəsb edən bolşeviklər belə oxşarlardan birinin - Berezkin Sergey Davıdoviçi aşkarlayıb gözlə gördüklərinə əvvəlcə heç inanmırlar. Berezkin oxşarı Nikolaydan heç nə ilə seçilmirdi. Arvadı Surovseva Aleksandra Fedorovna da, qızları da sanki Romanovların eyni idi. Sovet zamanı o, Suxumidə yaşayıb. 1957-ci ildə dünyasını dəyişib.

Filatovlar da, bəli, Romanovların növbəti oxşar ailə modeli idi. Mövzu ilə əlaqədar bütün dəqiq məlumatlar FTX-nin arxivlərindədir indi. Özünüz düşünün, niyə hazırda bu ailənin sür-sümükləri məzardan çıxarılıb? Niyə bu sümüklər sonra Romanovlara aid edilib?



Bütün bu deyilənlərdən bircə nəticə çıxarmaq mümkündü: Filatovlar uzun zaman siyasi səhnədə Romanovlar ailəsi görüntüsü yaradıblar. Əvvəl bədənləri qulluq edib buna. Sonra sür-sümükləri.

***

Belə getsə, gələn il Romanovlara aid təntənəli tədbirlər bəlkə heç keçirilmədi də.

Hadisələrin sürətli inkişafına hazır olun. Gələn il bizləri bu mövzuda maraqlı söhbətlər gözləyir.

Həmid HERİSÇİ(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar