Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son kadr rotasiyaları nədən xəbər verir?


İcra başçılarının rotasiyası kadr islahatları ilə bağlı dolaşan şaiyələrə son qoydu. Yenilik olmayacaq. Elə cəmiyyətdə olan gözləntilər də puç oldu


Əslində hər hansı bir dəyişiklik cəmiyyətdəki gərginliyi nisbətən də olsa aradan qaldıra, qarşıdurmanı bir az səngidə bilərdi. Dövlət başçısı isə fərqli taktikaya üstünlük verdi. Görünür, ölkə rəhbəri hesab edir ki, seçki ilində komandada ciddi dəyişikliklər arzu edilən deyil.

Lakin kimlərinsə cəzalanacağı da istisna deyil. Xatırladaq ki, 2005-ci ildə seçki ərəfəsində rəngli inqilab gözləntisi olduğundan, birbaşa bu hakimiyyətə qarşı çıxan iki nazir və bir neçə məmur həbs olundu. Ancaq seçkidən dərhal sonra kabinetin 20-30 faizi yeniləşdi. Maliyyə naziri dəyişdirildi, iqtisadi inkişaf naziri, Dövlət Neft Şirkətinin prezidenti, əmək və əhalinin sosial müdafiə naziri, idman naziri, mədəniyyət naziri dəyişdirildi, komanda kifayət qədər yeniləndi. Odur ki, kadr dəyişikliyinin seçkidən sonra olacağını ehtimal etmək mümkündür.

Prezident parlament seçkiləri öncəsi hansısa köklü dəyişikliklərə gedə bilməz və komandasını indiki qeyri-sabit şəraitdə qətiyyən dəyişə bilməz. Lakin regionlarda sosial narazılıqlar artır, əhali narazıdır və harın məmurların yerini dəyişmək zərurirəti yaranır.  Bu baxımdan İlham Əliyev hansısa çıxış yolları tapmaq istəyir və komandasını dəyişəcəyi mesajı ilə cəmiyyətə ünvanlanan çıxışlar edir. Dəyişiklik olacaq. Sadəcə olaraq, İlham Əliyev bu komandanı seçkiyə qədər dəyişə bilməz. Ən azı ona görə ki, bu komandada ciddi dəyişiklik etmək ölkə başçısı üçün böyük risk olardı. 

Odur ki, həmin məmurlardan azad olmaq həmin o piramidanın sökülməsi və siyasətşünaslıqda işlədilən domino effektinə çevrilməsi, bütün bu iyerarxiyanın çöküşü demək olardı. 

Seçki ilində də ölkə rəhbəri buna gedə bilməz. 

Digər tərəfdən, bir neçə nazirin cəzalandırılması ilə Azərbaycanda vəziyyət müsbətə dəyişə bilməz. Sistem dəyişilməyincə, çox ciddi siyasi, sosial və iqtisadi islahatlar aparılmayınca, Azərbaycanda heç bir dəyişiklikdən söhbət gedə bilməz.

Digər tərəfdən, hazırda hakimiyyət daxilində oliqarxlarla siyasətçilərin və mütəxəssislərin yeni savaşının konturları da sezilməkdədir. Bir sözlə, proseslər hakimiyyət üçün heç də xoş olmayan müstəviyə keçməkdədir. Daha bir nüansa diqqət yetirmək lazım gəlir. Deyəsən, vaxtilə hakimiyyətin əsas dayağı olan Yeni Azərbaycan Partiyasının istifadə müddəti başa çatır. Böyük planlarda bu partiyaya aparıcı rol ayrılmır. Son 10 il ərzində YAP cəmiyyətə təsir imkanlarını əsaslı dərəcədə itirib. 

Vaxtilə “kadr yetişdirən laboratoriya” funksiyasını yerinə yetirən YAP kadr rotasiyaları zamanı olduqca minimal funksiyaya malik olur. Son icra başçısı rotasiyaları da bunu deməyə əsas verir. Artıq bu partiya Prezident Administrasiyasının bir şöbəsinə çevrilib. 
Belə status kvo “yeni azərbaycanlıları” qane etmir.

Odur ki, partiya yenidən öz gücünü bərpa etməyə, siyasi proseslərə dolayısı ilə deyil, birbaşa təsir etmək imkanlarına nail olmağa çalışır.  

Lakin dövlət başçısına YAP-ın siyasi çəkisinin artması əlavə problemdir. Öncələrdə vurğulamışdıq ki, güclü bir təşkilatın, hətta doğma təşkilat olsa belə, iddialarını vaxtaşırı təmin etmək lazım gəlir. Əks təqdirdə, hakimiyyətə kölgə düşə bilər.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Yaşına və səhhətinə görə Artur Rasizadə öz postu ilə vidalaşmalı olacaq.  Əgər baş nazir dəyişikliyi həyata keçirilməsə, Nazirlər Kabinetini işlək quruma çevirmək mümkün olmayacaq. 

Artıq hökumətdə işləmək həvəsində olan bircə şəxs belə qalmayıb. Belə Nazirlər Kabineti ilə nə təkamüldən, nə də islahatlardan danışmaq mümkündür. Belə gedişat isə yüksək təhsilli gənclərin iqtidardan tamamilə əl üzməsi ilə sonuclana bilər.

Dövlət başçısı isə rayonlarda harınlamış məmurların yerini dəyişmək fikrindədir. Taktika sadədir - hansı rayonlarda hökumətin dayaqları zəifdirsə, orada icra başçısı hakimiyyətin planına uyğun fəaliyyət göstərə bilmirsə, dəyişdirilir. 

Belə praktika əvvəlki seçkilərdə də müşahidə edilib. 

Lakin araşdırmaçılar kardinal dəyişikliklər və prinsipial islahatlar barədə deyilənlərə skeptik yanaşırlar. 

Onu da nəzərə almaq lazım gəlir ki, hakimiyyətdə böhran müşahidə olunur. Sistem böhranı baş verir. Belə vəziyyətdə hakimiyyətdaxili mübarizənin getdiyi fonda bu və ya digər nazirləri vəzifəsindən uzaqlaşdırmaq hakimiyyətin maraqlarına cavab vermir. Hamı seçkidən sonra baş verəcək prosesləri gözləyir...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar