Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son həbslərlə bağlı Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradıldı


AMİP və AXCP həbsdə olan şəxslərin müdafiəsi ilə bağlı tədbirə qatılmayıb


Avqustun 15-də KXCP qərargahında ölkədə həyata keçirilən son həbslərlə bağlı müxalifətin əsas siyasi qüvvələrinin cəmləşdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin (BHMM) növbəti toplantısı keçirilib. Bu barədə musavat.com-a müxbirimiz məlumat verib. 

Tədbirdə siyasi partiyaların liderləri, təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Aparıcı KXCP sədri Mirmahmud Mirəlioğlu olub. 

Mirmahmud Mirəlioğlu tədbirin mahiyyəti barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, son həbslərlə bağlı birgə yaratdıqları qurumda təmsil olunmaq üçün AMİP, AXCP və başqa siyasi partiyaları dəvət edib. Lakin onlar dolayısı yolla iştirakdan imtina ediblər.
İlk olaraq çıxış üçün söz AXP sədri Pənah Hüseynə verilib. O, BHMM-in qısa müddət ərzində gördüyü işlərdən danışıb: “Çox istərdik ki, bu gün burada demokratik düşərgənin bütün nümayəndələri təmsil olunardı. Bunun üçün hər kəsə dəvət göndərmişik. İştirak etməmək kiminsə haqqıdır. Amma unutmayaq ki, həbs edilənləri müdafiə etmək hər birimizin mənəvi borcudur”.
Daha sonra söz Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimova verilib. Partiya sədri qeyd edib ki, ölkədə baş verən  qanun pozuntularının qarşısını almaq üçün birliyə ehtiyac var: “İnsanların şərlənərək, həbs olunmalarına qarşı müqaviməti gücləndirməliyik. Bunun üçün birgə mübarizəyə ehtiyac var. Hər bir partiyanın nümayəndəsinin təmsil olunduğu qurum yaratmalıyıq. Buna görə qurumun adı BHMM olması daha uyğundur. Təəssüflər olsun ki, bəzən bir şəxs həbs olunur. Ona yaxın partiya bununla bağlı Müdafiə Komitəsi yaradır. Lakin intriqalarına görə, digər qüvvələrə dəvət göndərmirlər. Buda müəyyən qədər qüvvələri parçalayır və müdafiəni zəiflədir. Amma biz belə etməməliyik”.
Müsavat başqanı İsa Qəmbər hakimiyyətin həyata keçirdiyi həbsləri dayandırmaq fikrinin olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Həbs olunanların fəaliyyəti demokratikləşməyə yönəlib. Bunlar isə, hakimiyyətə  sərf etmir. Onların həbs dalğasını dayandırmaq fikirləri yoxdur. Cəmiyyət bu insanları müdafiə etməlidir. Hazırda ölkəmizdə 5-10 hüquq müdafiəçisi, QHT təmsilçisi və jurnalist var ki çalışırlar. Onların əməyi yüksək qiymətləndirilməlidir. Siyasi partiyalar ayrılıqda bəyanat verirlər və bununla işlərini bitmiş hesab edirlər. Güclü müqavimət olmasa, rejim həbs fəaliyyətindən geri çəkilməyəcək. Onların məqsədi cəsarətli insanları zərərsizləşdirmək, cəmiyyətdə xof yaratmaqdır. Amma bunlar təsir etməyəcək. Əksinə günü-gündən həqiqəti anlayan, deyən çoxalacaq. Biz heç zaman məhbusları bölməməliyik. Hamı eyni dərəcədə müdafiə olunmalıdır. Onların müdafiəmizə ehtiyacları var. Hər biri günahsız insanlardır. Haqqı dediklərinə görə, məhbəs həyatı yaşayırlar. Hüquqları pozulan hər bir şəxsin yanında olmalıyıq. Bu müdafiənin önündə siyasi partiyalar getməlidir. Başlayan bu prosesi yüksək qiymətləndirirəm. Müdafiə işini qısa zamanda sistemləşdirməliyik. Hesab edirəm ki, bugünkü tədbirimizdən bəyanatla yox, konkret qərarlarla çıxmalıyıq”. 
Azadlıq Partiyasının sədri Əhməd Oruc hazırkı situasiyada cəmiyyətin siyasi repressiyaların qarşısında dayana  bilmədiyini söyləyib: “Faktiki olaraq, hakimiyyət demokratik institutları sıradan çıxarır. Bu həbslərin qarşısını alacaq güc yoxdur. Bu baxımdan proseslərə partiyaların qoşulması qaçılmazdır. Bunun üçün bir olmalıyıq. Həbs edilənlərin məhkəmələrində kütləviliyi təmin etməli, aidiyyəti qurumların qarşısında piket keçirməliyik”.
Tədbirdə M.Mirəlioğlu İntiqam Əliyevin onların müdafiəsindən imtina etməsi ilə bağlı mətbuatda gedən xəbərlərə aydınlıq gətirib: “Mən İntiqam müəllimin vəkili ilə danışdım, bu xəbərlərin yalan olduğunu bildirdi. Bunlar bəzi insanların uydurduğu şayiələrdir”.
Müsavatın Divan üzvü Tural Abbaslı bildirib ki, İntiqam müəllim təvazökarlığından  bu sözləri deyə bilər: “İntiqam müəllim həbs olunarkən, məhkəmə önündəki insanlara müdafiəsinə vaxt ayırmamağı, əksinə digər məhbusları daha çox diqqətdə saxlamağı demişdi. Bunlar onun sadəliyindən irəli gəlir. Bu baxımdan bu cür fikirlər desə də, başqa mənada anlaşılmamalıdır”.
“125-lər” Siyasi Klubunun sədri İlhamiyyə Rza həbs edilənlərin müdafiəsi ilə bağlı hər kəsin səfərbər olmasının vacibliyindən danışıb: “Hansı məhbusun müdafiəyə ehtiyacının olması ilə bağlı ciddi mexanizm müəyyən olunmalıdır. Bütün hüquq müdafiəçiləri səfərbər olmalıdır”.
Toplantının sonunda səsvermə yolu ilə KXCP sədri Mirmahmud Mirəlioğlu BHMM-nə sədr seçilib. Mərkəzin növbəti toplantısı növbəti cümə gününə təyin olunub.








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar